Bir ekosistemində yeni mərhələ: Umico Bonus artıq Bir Bonus oldu

1 sentyabr 2025-ci il tarixində Qafqazın ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi Bir ekosistem ictimaiyyətə yeni loyallıq proqramını təqdim edib. İllərdir tanıdığımız Umico Bonus artıq böyük yeniliklər və daha böyük güclə Bir Bonus olaraq yoluna davam edəcək.  

Tədbir Bir ekosistemin Loyallıq Proqramı İdarəsinin baş direktoru Fərid İslamovun çıxışı ilə başlayıb.

O qeyd edib ki: “Bu, sadəcə ad dəyişikliyi deyil, ekosistem brendlərinin və minlərlə tərəfdaşımızın gücünün eyni çətir altında birləşməsidir. Bir Bonus ekosistemin bütün brendlərini və minlərlə partnyorumuzu bir-birinə bağlayan dəyərli parçadır. Müştərilərimiz üçün isə bu unikal təcrübədir. Onlar tam rahatlıqla gündəlik əməliyyatlarından bonuslar qazanacaq və həm brendlərimizdə, həm də partnyorlarımızda bonuslarını rahatlıqla xərcləyə biləcəklər”.

Ekosistemin Partnyor Şəbəkəsi Departamentinin direktoru Mahmud Mahmudov isə yeni sistemin həm müştərilər, həm də partnyorlar üçün daha çevik imkanlar təqdim etdiyini vurğulayıb. “Bir neçə ildir ki, biz müştərilərimizlə keşbek sistemi vasitəsilə dəyər yaradırdıq, amma görürük ki, yalnız keşbek modeli müştərilərin gözləntilərinə tam cavab vermir.
 

Ona görə də biz daha geniş imkanlara malik, fərdi yanaşma və çeviklik təqdim edən bonus sisteminə keçid edirik. Bu sistem milyonlarla istifadəçiyə fərdi seçim imkanı verəcək və onların alış-veriş təcrübəsini daha maraqlı edəcək. Digər tərəfdən, partnyorlarımız artıq öz müştəri bazasına uyğun fərqli kampaniyalar yarada, müştəri davranışını daha dərindən, rahat izləyə biləcəklər”.  


Qeyd edək ki, Bir Bonus – Birbank, m10, Birmarket və digər ekosistem brendləri ilə yanaşı minlərlə tərəfdaşda istifadəçilərə bonus qazanmaq və onları asanlıqla xərcləmək imkanı yaradan vahid loyallıq proqramıdır. Bonusları BakıKart biletindən Trendyol sifarişinə, mobil balansdan Birmarket alış-verişinə qədər çox geniş imkanlarla istifadə etmək mümkündür. Bir ekosistemin yeni loyallıq proqramı Bir Bonus yaxın gələcəkdə də həm müştərilər, həm də partnyorlar üçün innovativ həllər və yeni imkanlar təqdim etməkdə davam edəcək.

Bir ekosistem ölkənin aparıcı brendləri olan Birbank, Birmarket, m10 və MilliÖn brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda ekosistem Trendyol Azərbaycan və BakıKart kimi strateji tərəfdaşlarla əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir.

Bu inteqrasiya sayəsində müştərilər partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, Birmarket-də Birbank vasitəsilə kreditli alış-verişdən, Trendyol Azərbaycan-da Birbank taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalanırlar. Bütün bu imkanlar ekosistemin dörd əsas konsepti – Vahid giriş, Vahid bonus, Vahid ödəniş və Vahid kredit platforması üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət təqdim edir.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qadın voleybolçular mükafatlandırıldı - FOTO

Qadın voleybolçular mükafatlandırıldı - FOTO

Almaniya millisində ciddi itki

Almaniya millisində ciddi itki

Rafael İsgəndərovun Moskva gəzintisi - FOTO

Rafael İsgəndərovun Moskva gəzintisi - FOTO

"Onlarla mən günlər, hadisələr yaşamışam"

"Onlarla mən günlər, hadisələr yaşamışam"

ABŞ qüvvələri İran gəmisinə atəş açdı

ABŞ qüvvələri İran gəmisinə atəş açdı

UFO-ları araşdıran 11 alimin ölümü ilə bağlı Trampdan AÇIQLAMA

UFO-ları araşdıran 11 alimin ölümü ilə bağlı Trampdan AÇIQLAMA

2 hərbçinin öldüyü qəza yerindən - VİDEO

2 hərbçinin öldüyü qəza yerindən - VİDEO

Fransada “Respublikaçılar” prezidentliyə namizədini müəyyənləşdirdi

Fransada “Respublikaçılar” prezidentliyə namizədini müəyyənləşdirdi

Bakıdan Məkkəyə velosipedlə gedir - VİDEO

Bakıdan Məkkəyə velosipedlə gedir - VİDEO

“Pezeşkian ilə konstruktiv söhbət etdim” - Şahbaz Şərif

“Pezeşkian ilə konstruktiv söhbət etdim” - Şahbaz Şərif

Azərbaycanlı alpinist Himalay dağ silsiləsində bu zirvəni fəth etdi - FOTO

Azərbaycanlı alpinist Himalay dağ silsiləsində bu zirvəni fəth etdi - FOTO

Azərbaycanda turizm sektorunda yeni standartlar nə vəd edir?

Azərbaycanda turizm sektorunda yeni standartlar nə vəd edir?

Zibil torbalarını xatırladan divan - FOTO

Zibil torbalarını xatırladan divan - FOTO

"Bavariya" 35-ci dəfə Almaniya çempionu oldu - VİDEO

"Bavariya" 35-ci dəfə Almaniya çempionu oldu - VİDEO

SON DƏQİQƏ: İran ABŞ ilə danışıqlardan imtina etdi

SON DƏQİQƏ: İran ABŞ ilə danışıqlardan imtina etdi

Günay arıqlamağı ilə diqqət çəkdi - FOTO

Günay arıqlamağı ilə diqqət çəkdi - FOTO

Bolqarıstanda “exit-poll”un nəticələri açıqlandı

Bolqarıstanda “exit-poll”un nəticələri açıqlandı

Zelenski: “Kiyevdə polis orqanlarında kadr islahatları aparılacaq”

Zelenski: “Kiyevdə polis orqanlarında kadr islahatları aparılacaq”

Kanalizasiya xətləri təmir edildi, asfaltın bərpası "yaddan çıxdı" - VİDEO

Kanalizasiya xətləri təmir edildi, asfaltın bərpası "yaddan çıxdı" - VİDEO

"Ərzurumspor" 5 ildən sonra Superliqada

"Ərzurumspor" 5 ildən sonra Superliqada

ABŞ-da atışma: 8 uşaq HƏLAK OLDU

ABŞ-da atışma: 8 uşaq HƏLAK OLDU

İDDİA: Çelik Bakıda konsertində tamaşaçılara hörmətsizlik etdi - VİDEO

İDDİA: Çelik Bakıda konsertində tamaşaçılara hörmətsizlik etdi - VİDEO

«Kəpəz” “İmişli”yə məğlub oldu - VİDEO

«Kəpəz” “İmişli”yə məğlub oldu - VİDEO

Bakıdan Naxçıvana uçan təyyarə reysi təxirə salındı

Bakıdan Naxçıvana uçan təyyarə reysi təxirə salındı

End of content

No more pages to load

RADİO