Nura Suri toy qiymətlərinə endirim edib.
Bizim.Media xəbər verir ki, müğənni bu barədə sosial şəbəkə hesabında məlumat verib.
O, insanların pandemiya dövründə qazanclarının az olduğunu nəzərə alaraq bu qərarı verdiyini bildirib:
"Tədbirlərə, konsertlərə, el şənliklərinə qiyməti endirirəm. Şadlıq sarayları, restoranlar, benzin, qaz, yemək, onsuz da, hamısı qiyməti qaldırıb. Camaat da pandemiyaya görə pul qazanmır neçə vaxtdır. Hazırkı vəziyyətdə əlimdən başqa heç nə gəlmir".
Bizim.Media