Uşaq bağçasında QALMAQAL - Azyaşlılara ət əvəzinə toyuğun dərisini kotlet edib verirlər? - VİDEO

Abşeron rayonunun Pirəkəşkül kəndində yerləşən 21 saylı uşaq bağçasından şikayət var.

Bizim.Media Musavat.com-a istinadən xəbər verir ki, övladı bağçaya gedən valideynlərdən biri iddia edir ki, onun 5 yaşlı qızı bağçanın müdiri Xədicə Vəliyeva tərəfindən səhər yeməyi vaxtı qovulub.

Valideyn iddia edir ki, hadisəyə səbəb həyat yoldaşının bağçanın şəraitindən narazılığını dilə gətirməsi olub:
 

"Yoldaşım əvvəllər bağçanın vəziyyətindən şikayət edib. Bu da Xədicə xanımın xoşuna gəlməyib. Nəticədə, hirsini balamın üstünə töküb. Qızımın qolundan tutub pilləkənlərdən çölə itələyib. Uşaq qorxudan ağlayırdı. Mən hadisə ilə bağlı Baş Prokurorluğa və Elm və Təhsil Nazirliyinə müraciət etdim. Bildirdim ki, 66 yaşı var, amma hələ də müdir işləyir.


Davranışları uşaqlara uyğun deyil. Dövlətin verdiyi ərzaqları evinə aparır. Videolarım var, sübut edə bilərəm. Uşaqlar səhər yeməyi adı ilə sadəcə çörək və çay içirlər. 15 gündən bir 10 kiloqram ət gətirilir, amma ondan uşaqlara bir kilo belə çatmır. Toyuğun piylərini, dərisini çəkib kotlet adı ilə uşaqlara yedizdirirlər. Kompot uşaqlara verilmir, onun evinə daşınır. Mən özüm hər gün uşağa bulka alıb çantasına qoyurdum ki, ac qalmasın. Bağçada istilik yoxdur, odun sobası yandırılır. Uşaqlar evdən təmiz gedir, qayıdanda isə his iyi gəlir. Qışda metlaxın üstündə gəzirlər. Bütün bunlara dözürdük, amma uşağımı ayaqyalın yemək vaxtı çölə atmasını heç cür bağışlamıram".

Bağça müdiri isə iddiaları təkzib edərək bildirib ki, onların müraciəti əsasında Baş Prokurorluq və Elm və Təhsil Nazirliyi yoxlama aparıb:

"İzahat alınıb. Hər şey aydınlaşdırıldı. Deyilənlərin heç biri təsdiqini tapmadı. Həmin şəxsin uşağı artıq bağçaya gəlmir, məktəbə hazırlığa gedir. Mənim onun uşağı ilə nə əlaqəm ola bilər?

Qaydada yazılıb ki, uşaqlar saat 9-a qədər gətirilməlidir. Onlar isə uşağı 10-a işləmiş gətiriblər, müəllimlər də qəbul etməyib. Anası uşağın ayaqqabısını geyindirirdi, mən isə səs-küyə çıxanda, müəllimlər dedilər ki, vaxt keçib. Mən uşaq döyənəm?

Bundan əvvəl də həmin uşağı suçiçəyi ilə gətirmişdilər, müəllimlər isə yoluxma təhlükəsinə görə qəbul etməmişdilər.

Anasıgil 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə konfet paylamaq istədilər, amma biz icazə vermədik. Çünki qaydaya görə, kənar məhsulu uşaqlara yedizdirmək olmaz.

Nazirlik əməkdaşları da bağçaya gəldilər, vəziyyətlə tanış oldular. Deyildiyi kimi, menyuda problem yoxdur, uşaqlara normal yemək verilir. Mənim 66 yaşım var, amma qanuna görə, 70 yaşa qədər işləmək hüququm var. Əgər yeyinti etsəydim, 30 ildir burada işləməzdim. Mən hər gün 3 saat yol qət edirəm, avtobusla gedib-gəlirəm. Bağçada 30 ildir ki, odun sobası işləyir, bunu hamı bilir. Dövlət də bunun üçün odun ayırır. Bir sözlə, həmin valideynlər bizə şər atır, reallıqdan uzaq danışırlar".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yamal "Barselona"nın ÇL matçını da BURAXACAQ

Yamal "Barselona"nın ÇL matçını da BURAXACAQ

Bakıda kişinin meyiti evin həyətindən TAPILDI

Bakıda kişinin meyiti evin həyətindən TAPILDI

Dövlətə məxsus 55 nəqliyyat vasitəsi SATILDI

Dövlətə məxsus 55 nəqliyyat vasitəsi SATILDI

“Qəbələ”nin oyunçusu dünya çempionatında İŞTİRAK EDƏCƏK

“Qəbələ”nin oyunçusu dünya çempionatında İŞTİRAK EDƏCƏK

İdman zalı ayaq yolundan daha mikropludur

İdman zalı ayaq yolundan daha mikropludur

BMT baş katibi: “Ukraynada yaxın zamanda sülh görünmür”

BMT baş katibi: “Ukraynada yaxın zamanda sülh görünmür”

“Qarabağ” “Benfika”nı YIXDI 3:2 - Qələbə qolları - VİDEO

“Qarabağ” “Benfika”nı YIXDI 3:2 - Qələbə qolları - VİDEO

Ceyhunun avtomobili YANDI

Ceyhunun avtomobili YANDI

"Qarabağ" 3-cü qolu VURDU - VİDEO

"Qarabağ" 3-cü qolu VURDU - VİDEO

İsrail Suriyaya yeni təhlükəsizlik sazişi təklif edib – KİV

İsrail Suriyaya yeni təhlükəsizlik sazişi təklif edib – KİV

Sumqayıtda qadın qətlə yetirildi - Əri şübhəli bilinir - FOTO

Sumqayıtda qadın qətlə yetirildi - Əri şübhəli bilinir - FOTO

Trampdan Azərbaycanla bağlı növbəti PAYLAŞIM - FOTO

Trampdan Azərbaycanla bağlı növbəti PAYLAŞIM - FOTO

"Qarabağ" hesabı BƏRABƏRLƏŞDİRDİ - VİDEO

"Qarabağ" hesabı BƏRABƏRLƏŞDİRDİ - VİDEO

Onkoloq Anar Məmmədovun peşəkarlığı səhv iddiaları DOĞRU ÇIXARDI - VİDEO

Onkoloq Anar Məmmədovun peşəkarlığı səhv iddiaları DOĞRU ÇIXARDI - VİDEO

"Qarabağ" fərqi AZALTDI - VİDEO

"Qarabağ" fərqi AZALTDI - VİDEO

Sərnişin tərəfindən döyülən avtobus sürücüsü açıqlama verdi - VİDEO

Sərnişin tərəfindən döyülən avtobus sürücüsü açıqlama verdi - VİDEO

“Benfika” hesabı ARTIRDI - YENİLƏNİB/VİDEO

“Benfika” hesabı ARTIRDI - YENİLƏNİB/VİDEO

Sabirabadda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var

Sabirabadda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var

Naxçıvanın BU ƏRAZİSİNDƏ işıq olmayacaq

Naxçıvanın BU ƏRAZİSİNDƏ işıq olmayacaq

Azərbaycan klubu baş məşqçi ilə müqaviləni UZATDI

Azərbaycan klubu baş məşqçi ilə müqaviləni UZATDI

Bu ətlərin qiymətində UCUZLAŞMA

Bu ətlərin qiymətində UCUZLAŞMA

Trampdan VƏD: “Ukrayna ciddi problemlərlə qarşı-qarşıyadır, amma mən bunu dayandıracam”

Trampdan VƏD: “Ukrayna ciddi problemlərlə qarşı-qarşıyadır, amma mən bunu dayandıracam”

Zərərli qidalardan asan yolla imtina etməyin YOLLARI - Dietoloqdan tövsiyələr

Zərərli qidalardan asan yolla imtina etməyin YOLLARI - Dietoloqdan tövsiyələr

“Barselona” “Nou Kamp”a qayıda bilmir

“Barselona” “Nou Kamp”a qayıda bilmir

End of content

No more pages to load

RADİO