Cənub bölgəsinin qız məzunu Hərbi İnstituta qəbul olundu

Astara rayonunun təhsil tarixində ilk dəfədir ki, bir qız məzun Heydər Əliyev adına Hərbi İnstituta qəbul olunub. Kursant adına layiq görülmək şərəfinə nail olan məzun  Nəhmətzadə Zərifə Eldəniz qızıdır.

Bizim.Media “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, 2008-ci ildə Astara rayonunun Alaşa kəndində dünyaya göz açan Zərifə təhsil yoluna 2014-cü ildə Səncərədi kənd tam orta məktəbində başlayıb.

Daha sonra Astara şəhər Mirzə Ələkbər Sabir adına 1 nömrəli tam orta məktəbdə oxuyub, 2025-ci ildə həmin məktəbi başa vurub.

Buraxılış imtahanından 203, qəbul imtahanından isə 247 bal toplayaraq ümumilikdə 450 bal ilə Heydər Əliyev adına Hərbi İnstitutun kursantı adına layiq görülüb.

Zərifənin hərbi peşəyə yönəlməsində atasının təsiri az olmayıb. Polis orqanlarında xidmət edən atası onun üçün ən böyük nümunə olub və bu yolda qızına ruhlandırıcı dəstək verib.
 

“Cənub bölgəsində qızların hərbi sahəyə yönəlməsi bir az qəribə qarşılanır. Amma mən bu addımı atmaqla gələcəkdə başqa qızlara da yol açacağıma inanıram. Rayonumuzun tarixində ilk qız kursant olduğum üçün qürur hissi keçirirəm. Digər qızlara da tövsiyə edirəm ki, bu çətin və şərəfli peşədə addımlamaqdan qorxmasınlar”, - Zərifə Nəhmətzadə bildirib.


O, gələcəkdə vətəninə layiqli xidmət göstərərək ən yüksək rütbələrə sahib olmağı qarşısına məqsəd qoyub. Ən əsası isə qızlara verdiyi mesajdır:

“Kimliyindən və şəxsiyyətindən asılı olmayaraq, ürəkdən bu vəzifəni istəyən qızlar bu yoldakı çətinliklərə dözməli, “qızın hərbi sahədə nə işi var?” kimi sözlərə əhəmiyyət verməməlidirlər!”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyev: “Xəzər dənizi, sadəcə, coğrafi anlayış deyil”

İlham Əliyev: “Xəzər dənizi, sadəcə, coğrafi anlayış deyil”

Türkiyə MN qəza ilə bağlı bütün suallara cavab verdi

Türkiyə MN qəza ilə bağlı bütün suallara cavab verdi

Prezidentin Özbəkistan mediasına MÜSAHİBƏSİ - TAM MƏTN

Prezidentin Özbəkistan mediasına MÜSAHİBƏSİ - TAM MƏTN

ABŞ-la Mərkəzi Asiya ölkələri arasında TARİXİ ANLAŞMA – Azərbaycan logistik mərkəzə ÇEVRİLİR

ABŞ-la Mərkəzi Asiya ölkələri arasında TARİXİ ANLAŞMA – Azərbaycan logistik mərkəzə ÇEVRİLİR

SUMQAYITDAN BAKIYA açılan yeni marşrut xəttinin üstünlükləri nədir?

SUMQAYITDAN BAKIYA açılan yeni marşrut xəttinin üstünlükləri nədir?

MEDİA-nın yeni dəstək MEXANİZMİ – Maliyyə yardımının artırılması nə VƏD EDİR?

MEDİA-nın yeni dəstək MEXANİZMİ – Maliyyə yardımının artırılması nə VƏD EDİR?

Əvvəl döyüb, sonra boğaraq öldürüb - Cəlilabadda 9 il əvvəl törədilən qətlin TƏFƏRRÜATI

Əvvəl döyüb, sonra boğaraq öldürüb - Cəlilabadda 9 il əvvəl törədilən qətlin TƏFƏRRÜATI

Bu kəndlərə köçənlərə mənzillərin açarları təqdim edildi - FOTO

Bu kəndlərə köçənlərə mənzillərin açarları təqdim edildi - FOTO

Şimali Kiprin yeni prezidenti ilk səfərinə çıxdı

Şimali Kiprin yeni prezidenti ilk səfərinə çıxdı

Şafrankonun son DURUMU

Şafrankonun son DURUMU

İranda yumurta üçün uzun növbə - ANBAAN VİDEO

İranda yumurta üçün uzun növbə - ANBAAN VİDEO

Avtobusların iş qrafiki DƏYİŞİR – BU TARİXDƏN – ÖZƏL

Avtobusların iş qrafiki DƏYİŞİR – BU TARİXDƏN – ÖZƏL

Qrip əleyhinə peyvənd olunanların SAYI AÇIQLANDI

Qrip əleyhinə peyvənd olunanların SAYI AÇIQLANDI

Hikmət Hacıyev Emin İbrahimovun vəfatı ilə bağlı başsağlığı verdi – FOTO

Hikmət Hacıyev Emin İbrahimovun vəfatı ilə bağlı başsağlığı verdi – FOTO

Rusiyanın 6 milyard avro pulu Ukraynaya verilir - Avropa Komissiyasının QƏRARI

Rusiyanın 6 milyard avro pulu Ukraynaya verilir - Avropa Komissiyasının QƏRARI

Vətəndaşlar artıq iş yerinə dair arayışı “mygov”dan da əldə edə BİLƏCƏKLƏR

Vətəndaşlar artıq iş yerinə dair arayışı “mygov”dan da əldə edə BİLƏCƏKLƏR

Lənkəranda tanışını qətlə yetirən şəxsə HÖKM OXUNDU - VİDEO

Lənkəranda tanışını qətlə yetirən şəxsə HÖKM OXUNDU - VİDEO

Zaqatala sakini "Nar"dan avtomobil qazandı

Zaqatala sakini "Nar"dan avtomobil qazandı

Zelenski cəbhə xəttində - VİDEO

Zelenski cəbhə xəttində - VİDEO

Nazir: “Bu qədər sahə ilə fermerin ailəsini il boyu təmin etməsi mümkün deyil”

Nazir: “Bu qədər sahə ilə fermerin ailəsini il boyu təmin etməsi mümkün deyil”

“Nürnberq məhkəməsi”ndə prokurorlar ittihamlarla çıxış etdilər

“Nürnberq məhkəməsi”ndə prokurorlar ittihamlarla çıxış etdilər

Emin Əmrullayev: “5-10 nəfər şagirdi olan məktəbdə keyfiyyətli təhsil vermək mümkün deyil”

Emin Əmrullayev: “5-10 nəfər şagirdi olan məktəbdə keyfiyyətli təhsil vermək mümkün deyil”

Samir Abasov hakimləri söydüyünə görə AĞIR CƏZA aldı

Samir Abasov hakimləri söydüyünə görə AĞIR CƏZA aldı

İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Bakı ofisi açıldı

İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Bakı ofisi açıldı

End of content

No more pages to load

RADİO