Azərbaycan-ŞƏT tərəfdaşlığında YENİ DÖNƏM - Bakının çoxvektorlu DİPLOMATİYASI

Azərbaycan Prezidenti İlham Əliyevin Çinin Tiencin şəhərinə səfəri və burada Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşü iki ölkə münasibətlərində mühüm əhəmiyyət daşımaqla yanaşı, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əlaqələrinin dərinləşməsi baxımından da xüsusi əhəmiyyət kəsb etdi. 

Çin lideri Prezident  İlham Əliyevi “əziz dostum” sözləri ilə salamlayaraq, iki ölkə arasında əlaqələrin 30 ildən artıq müddətdə yüksələn xətlə inkişaf etdiyini vurğuladı.

Si Cinpin Azərbaycanın “Bir Kəmər, Bir Yol” təşəbbüsündə strateji tranzit ölkə roluna diqqət çəkərək, Trans-Xəzər dəhlizinin xüsusilə Çin üçün əhəmiyyətini qeyd etdi. O, həmçinin Azərbaycanın ŞƏT çərçivəsində rolunu yüksək qiymətləndirərək, ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinin genişlənməsini dəstəklədiyini bəyan etdi.
 

Çin liderinin bu sözləri Azərbaycanın beynəlxalq müstəvidə gündən-günə güclənən mövqeyini, bütün istiqamətlərdə apardığı balanslı siyasəti bir daha nümayiş edirdi.  


Prezident İlham Əliyev “Bir kəmər, bir yol” layihəsinə toxunaraq, onun vacib tərkib hissəsi olan və Azərbaycan ərazisindən keçən Orta Dəhliz vasitəsilə daşımaların, xüsusilə Çin yüklərinin daşınmasının artmasını bu dəhlizin səmərəliliyinin və cəlbediciliyinin nümunəsi kimi qiymətləndirdi. Söhbət zamanı Azərbaycanla Çin arasında əməkdaşlığın perspektivlərinə dair geniş fikir mübadiləsi aparıldı.

Qeyd edim ki, Şanxay Əməkdaşlıq Təşkilatı bu gün Avrasiyanın ən böyük siyasi-iqtisadi əməkdaşlıq platformalarından birinə çevrilib. ŞƏT-in əsas məqsədləri regional təhlükəsizliyin təmin olunması, terrorizm və ekstremizmə qarşı mübarizə, iqtisadi əməkdaşlığın genişləndirilməsi, enerji və nəqliyyat layihələrinin inkişafıdır.

Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna malikdir.

Lakin Tiencində səslənən bəyanatlar göstərir ki, ölkəmizin tam üzvlük perspektivi real siyasi gündəmə daxil olub. Azərbaycanın mövqeyi aydındır: Bakı təşkilata üzvlüyü regional əməkdaşlıq üçün yeni imkan kimi görür, lakin bu prosesi balanslı xarici siyasət çərçivəsində həyata keçirməyi hədəfləyir. Azərbaycan çoxvektorlu diplomatiya aparır və bu, ölkənin milli maraqlarına xidmət edən əsas strategiyadır.

Azərbaycanın ŞƏT-ə mümkün tam üzvlüyü ölkəmizə bir neçə mühüm üstünlük qazandıra bilər. İlk növbədə, təhlükəsizlik sahəsində daha sıx əməkdaşlıq, regional sabitliyin möhkəmləndirilməsi və sərhədlərarası təhlükələrin qarşısının alınması imkanları genişlənəcək.
 

İkinci olaraq, ŞƏT-in nəqliyyat və logistika layihələrində Azərbaycanın mərkəzi mövqeyi – xüsusilə Trans-Xəzər dəhlizi və Bakı-Tiflis-Qars xətti – ölkəmizi Avrasiyanın əsas tranzit qovşaqlarından birinə çevirməsidir. Nəhayət, iqtisadi əməkdaşlığın yeni istiqamətləri, xüsusilə rəqəmsal texnologiyalar və yaşıl enerji sahələrində inteqrasiya, Azərbaycanın davamlı inkişaf strategiyasına töhfə verəcək.


Tiencində keçirilən görüş və səfər nəticəsində əldə edilən razılaşmalar göstərdi ki, Azərbaycan-Çin münasibətləri artıq ən yüksək strateji mərhələyə qədəm qoyub. ŞƏT çərçivəsində perspektivlərin genişlənməsi isə Azərbaycanın Avrasiyanın siyasi, iqtisadi və təhlükəsizlik arxitekturasında daha mühüm rol oynamaq yolunda olduğunu nümayiş etdirir.

Ülviyyə Zülfiqar - siyasi şərhçi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Paytaxtın 555 küçəsi yuyuldu - FOTO

Paytaxtın 555 küçəsi yuyuldu - FOTO

"Mançester Siti" onunla müqaviləni UZATDI

"Mançester Siti" onunla müqaviləni UZATDI

Hot-doq ömrü 36 dəqiqə qısaldır - Dörd ZƏRƏRLİ QİDA

Hot-doq ömrü 36 dəqiqə qısaldır - Dörd ZƏRƏRLİ QİDA

Maya Sandu Tbilisidəki iğtişaşları DƏSTƏKLƏDİ

Maya Sandu Tbilisidəki iğtişaşları DƏSTƏKLƏDİ

Çexiyada parlament seçkilərində ANO partiyası QALİB GƏLİB

Çexiyada parlament seçkilərində ANO partiyası QALİB GƏLİB

"Bunu həyat tərzimə çevirmişəm"

"Bunu həyat tərzimə çevirmişəm"

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Tbilisidəki iğtişaşlar nəticəsində 14 polis əməkdaşı XƏSARƏT ALIB - VİDEO

Tbilisidəki iğtişaşlar nəticəsində 14 polis əməkdaşı XƏSARƏT ALIB - VİDEO

HƏMAS və İsrail arasında danışıqlar BU TARİXDƏ başlayacaq

HƏMAS və İsrail arasında danışıqlar BU TARİXDƏ başlayacaq

AFFA U-21 millisinə baş məşqçi təyin etdi - Rəsmi

AFFA U-21 millisinə baş məşqçi təyin etdi - Rəsmi

Yaponiyada GÜCLÜ ZƏLZƏLƏ oldu

Yaponiyada GÜCLÜ ZƏLZƏLƏ oldu

Əməkdar artist Yadigar Muradov xəstəxanaya yerləşdirildi

Əməkdar artist Yadigar Muradov xəstəxanaya yerləşdirildi

İsmayıllıdakı qəzada iki nəfər ölüb, dörd nəfər xəsarət alıb - YENİLƏNİB

İsmayıllıdakı qəzada iki nəfər ölüb, dörd nəfər xəsarət alıb - YENİLƏNİB

Tibbdə YENİLİK: Sümük sınıqlarını 3 dəqiqəyə sağaldan gel hazırlandı

Tibbdə YENİLİK: Sümük sınıqlarını 3 dəqiqəyə sağaldan gel hazırlandı

Gürcüstan DİN Tbilisidəki hadisələrlə bağlı araşdırma aparır

Gürcüstan DİN Tbilisidəki hadisələrlə bağlı araşdırma aparır

Mənzil bazarında qiymətlər kəskin ARTDI - VİDEO

Mənzil bazarında qiymətlər kəskin ARTDI - VİDEO

Rasim Balayev nəvəsinə toy etdi - VİDEO

Rasim Balayev nəvəsinə toy etdi - VİDEO

Tbilisidə VƏZİYYƏT GƏRGİNDİR: Etirazçılar barrikadaları yandırdılar - VİDEO

Tbilisidə VƏZİYYƏT GƏRGİNDİR: Etirazçılar barrikadaları yandırdılar - VİDEO

Kobaxidze Aİ səfirini Tbilisidəki iğtişaşlara görə İTTİHAM ETDİ

Kobaxidze Aİ səfirini Tbilisidəki iğtişaşlara görə İTTİHAM ETDİ

“Kəpəz”in baş məşqçisi: “Məqsədimiz uğursuz seriyanı qırmaq idi”

“Kəpəz”in baş məşqçisi: “Məqsədimiz uğursuz seriyanı qırmaq idi”

Tovuzda maşın işıq dirəyinə ÇIRPILDI

Tovuzda maşın işıq dirəyinə ÇIRPILDI

Bakıda bağçada uşaq ağır xəsarət aldı, təcili tibbi yardım çağırılmadı - VİDEO

Bakıda bağçada uşaq ağır xəsarət aldı, təcili tibbi yardım çağırılmadı - VİDEO

Rəssam Tahir Şıxəliyev “Saküder 2025 İncəsənət Mükafatı”na layiq görüldü - FOTO

Rəssam Tahir Şıxəliyev “Saküder 2025 İncəsənət Mükafatı”na layiq görüldü - FOTO

Kaxa Kaladze yenidən Tbilisinin meri SEÇİLDİ

Kaxa Kaladze yenidən Tbilisinin meri SEÇİLDİ

End of content

No more pages to load

RADİO