Möcüzəvi planet KƏŞF EDİLDİ – FOTO

Stokholm Universitetinin alimləri Ceyms Uebb kosmik teleskopunun köməyi ilə qeyri-adi kimyəvi tərkibə malik protplanet diski aşkarlayıblar. 

Bizim.Media xəbər verir ki, tədqiqatın nəticələri Astronomy and Astrophysics (A&A) jurnalında dərc olunub.

Məlumata görə, adətən Yerə bənzəyən planetlərin formalaşa biləcəyi daxili bölgələrdə su buxarı üstünlük təşkil edir. Lakin müşahidə edilən obyektin spektrində güclü karbon qazı (CO₂) xətləri qeydə alınıb.

Stokholm Universitetinin Astronomiya kafedrasının doktorantı, araşdırmaya rəhbərlik edən Yenni Fredianni bildirib:

“Ətrafdakı disklərin əksəriyyətində su buxarı üstünlük təşkil etdiyi halda, bu obyekt karbon qazı ilə zəngindir. Su o qədər azdır ki, demək olar, görünmür”.

Alimlərin sözlərinə görə, bu qədər yüksək CO₂ konsentrasiyası mövcud protplanet disk modellərinə uyğun gəlmir. Onların ehtimalına görə, səbəb ulduzun özündən və NGC 6357 ulduz əmələgəlmə bölgəsindəki iri qonşu ulduzlardan gələn güclü ultrabənövşəyi şüalanma ola bilər.

Bundan başqa, spektrdə ilk dəfə karbon-13, oksigen-17 və oksigen-18 ilə zənginləşmiş nadir izotoplu karbon qazı da aşkarlanıb. Bu kəşf Günəş sistemindəki meteorit və kometlərin qeyri-adi izotopik izlərinin mənşəyini anlamağa kömək edə bilər.

Maks Plank Astronomiya İnstitutunun (Heydelberq) əməkdaşı və XUE (eXtreme Ultraviolet Environments) layihəsinin rəhbəri Mariya-Klaudiya Ramires-Tannus deyib:

“Tapıntımız göstərir ki, ekstremal radiasiya mühitləri planetlərin baza materiallarını dəyişə bilir. Çünki ulduzların və çox güman ki, planetlərin əksəriyyəti belə şəraitdə formalaşır. Buna görə də müxtəlif atmosferlərin və yaşayışa yararlılığın öyrənilməsində bu amili nəzərə almaq vacibdir”.
 

Alimlər qeyd edirlər ki, Uebb teleskopunun MIRI aləti, İsveç mütəxəssislərinin də qatıldığı inkişaf prosesi nəticəsində, tozla gizlənmiş protplanet disklərinin infraqırmızı diapazonda misilsiz dəqiqliklə müşahidəsinə imkan verir.


Müqayisəli araşdırmalar vasitəsilə onlar ulduz əmələgəlməsinin “səs-küylü” mühitlərinin və “sakit” bölgələrin kimyəvi tərkibə və formalaşmaqda olan planetlərin gələcəyinə necə təsir etdiyini öyrənməyi planlaşdırırlar.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Elbrus dağında kanatın qırılması ilə 25 nəfərlik alpinist qrupu dərəyə düşdü - VİDEO

Elbrus dağında kanatın qırılması ilə 25 nəfərlik alpinist qrupu dərəyə düşdü - VİDEO

Məcburi köçkünləri təhqir edən aparıcının verilişi də bağlandı - İşdən ayrıldı

Məcburi köçkünləri təhqir edən aparıcının verilişi də bağlandı - İşdən ayrıldı

“Mançester Siti” bu futbolçu ilə müqaviləni UZATDI

“Mançester Siti” bu futbolçu ilə müqaviləni UZATDI

Polşa ordunu modernləşdirir, könüllülər CƏLB EDİR

Polşa ordunu modernləşdirir, könüllülər CƏLB EDİR

Bu bürclər tezliklə sevgiləri ilə QARŞILAŞACAQ

Bu bürclər tezliklə sevgiləri ilə QARŞILAŞACAQ

Bir sıra avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLİR

Bir sıra avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLİR

Xırdalanda çoxmərtəbəli binada YANĞIN: Sakinlər təxliyə edildi - FOTO

Xırdalanda çoxmərtəbəli binada YANĞIN: Sakinlər təxliyə edildi - FOTO

Çin ABŞ-a NOTA VERDİ

Çin ABŞ-a NOTA VERDİ

Nuri Şahin bu klubun baş məşqçisi oldu

Nuri Şahin bu klubun baş məşqçisi oldu

Bakıda 10 yaşlı uşaq İTKİN DÜŞDÜ

Bakıda 10 yaşlı uşaq İTKİN DÜŞDÜ

Ukrayna PUA-ları Ufada neft emalı zavoduna DÜŞDÜ - VİDEO

Ukrayna PUA-ları Ufada neft emalı zavoduna DÜŞDÜ - VİDEO

Daşbulağa yola salınan köç karvanı kəndə ÇATDI

Daşbulağa yola salınan köç karvanı kəndə ÇATDI

Nikah yaşına çatmayanları evliliyə məcbur edənləri hansı CƏZA GÖZLƏYİR?

Nikah yaşına çatmayanları evliliyə məcbur edənləri hansı CƏZA GÖZLƏYİR?

Millimiz yarımfinalda UDUZDU

Millimiz yarımfinalda UDUZDU

Zakir Həsənov Pakistan tərəfinə BAŞSAĞLIĞI VERDİ

Zakir Həsənov Pakistan tərəfinə BAŞSAĞLIĞI VERDİ

SON DƏQİQƏ: İranda zəlzələ oldu

SON DƏQİQƏ: İranda zəlzələ oldu

Bakıda ƏMƏLİYYAT: 17 kiloqram marixuana aşkarlandı - VİDEO

Bakıda ƏMƏLİYYAT: 17 kiloqram marixuana aşkarlandı - VİDEO

“Mən subay deyiləm” — VİDEO

“Mən subay deyiləm” — VİDEO

İki boksçumuz dünya çempionatının bürünc medalını QAZANDI

İki boksçumuz dünya çempionatının bürünc medalını QAZANDI

Baş nazirin dövlət mühafizəsində olan avtomobili OĞURLANDI

Baş nazirin dövlət mühafizəsində olan avtomobili OĞURLANDI

Bakıda süpürgəçilər arasında DAVA: Kişi qadını döydü

Bakıda süpürgəçilər arasında DAVA: Kişi qadını döydü

Daha iki marşrut xəttinə YENİ AVTOBUSLAR verilir

Daha iki marşrut xəttinə YENİ AVTOBUSLAR verilir

Xocalının Daşbulaq kəndinə ilk köç karvanı yola salındı - FOTO

Xocalının Daşbulaq kəndinə ilk köç karvanı yola salındı - FOTO

Fatih Terim millimizin baş məşqçisi OLA BİLƏR

Fatih Terim millimizin baş məşqçisi OLA BİLƏR

End of content

No more pages to load

RADİO