Almaniya Xarici İşlər Nazirliyi İranla bağlı səyahət tövsiyələrini sərtləşdirib.
Bizim.Media xəbər verir ki, bu barədə Almaniya XİN məlumat yayıb.
Qeyd olunub ki, nazirlik Almaniya vətəndaşlarına İran İslam Respublikasına səfər etməməyi məsləhət görür.
“Almaniya vətəndaşlarına İrandan dərhal çıxmaları qətiyyətlə tövsiyə olunur”, – deyə Almaniya XİN-in bəyanatında bildirilib.
Bizim.Media