Türkiyəli aktyor İbrahim Büyükak ata olub.
Bizim.Media xəbər verir ki, aktyor sosial şəbəkə hesabında bu barədə məlumat verib.
O, oğlu və həyat yoldaşı Nurdan Beşen ilə xəstəxanada çəkilən fotosunu paylaşıb:
"Oğlumuz Aslan Oktay dünən axşam dünyaya gəldi. Onun da, anasının da vəziyyəti yaxşıdır. Gözəl diləkləriniz üçün hər birinizə təşəkkür edirəm. Oğlumuz, səni çox sevirik", deyə yazıb.
Qeyd edək ki, cütlük yeni doğulan körpələrinə Aslan Oktay adını verib.
Bizim.Media