Türkiyə Super Liqasında 3-cü turun oyunları keçirilir.
Bizim.Media xəbər verir ki, son çempion “Qalatasaray” səfərdə “Kayserispor”la üz-üzə gəlib.
“Sarı-qırmızılılar” rəqibini 4 cavabsız qolla darmadağın edib - 4:0.
Qeyd edək ki, "Qalatasaray" 3 turdan sonra 9 xalla 1-ci pillədə qərarlaşıb.
Türkiyə Super Liqası
III tur
22:30. Kayserispor - Qalatasaray 0:4
Qollar: E.Elmalı,36, 46, V.Osimhen,86, L.Sane,90+3.
Bizim.Media