Ukrayna-Macarıstan gərginliyi PİK HƏDDƏ – SENSASİON İTTİHAMLAR

Ukrayna Prezidenti Vladimir Zelenski son günlər “Drujba” neft kəmərinə endirilən zərbələrin Macarıstanın Ukraynanın Aİ-yə üzvlüyü məsələsində mövqeyinə təsir edib-etməyəcəyi ilə bağlı suala cavab verib.

Bizim.Media xəbər verir ki, Ukrayna lideri Kanadanın baş naziri Mark Karni ilə birgə mətbuat konfransında bu barədə danışıb.

“Ukrayna həmişə Macarıstanla dostluğu dəstəkləyib. İndi isə “Drujba”nın mövcudluğu Macarıstanın mövqeyindən asılıdır”, - Zelenski bildirib.

Onun sözlərinə görə, bu məsələ Macarıstanın Aİ-yə üzvlük danışıqlarına qoyduğu vetonun aradan qaldırılmasına və sentyabrda ilk danışıqlar klasterinin açılmasına təsir göstərə bilər.

Buna cavab olaraq, Macarıstanın xarici işlər naziri Peter Siyarto Ukraynanın təhdidlərini qəbul etmədiyini bildirib. O, “Facebook” hesabında yazıb:

“Son günlər Ukrayna bizim enerji təchizatımızın təhlükəsizliyinə ciddi müdaxilə edib. Enerji təhlükəsizliyinə qəsd suverenliyə qəsd kimi qiymətləndirilməlidir”.

Siyarto əlavə edib ki, Macarıstan bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşır və eyni münasibəti digərlərindən də gözləyir. O, Zelenskiyə ünvanladığı mesajında Budapeştə qarşı hədələri dayandırmağa çağırıb.

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa isə Siyartonun Zelenskiyə sərt reaksiyasına münasibət bildirib:


“Mən macar dilində cavab verəcəyəm. Ukraynanın Prezidentinə nəyi nə vaxt deməyi siz izah edə bilməzsiniz. O, Ukraynanın prezidentidir, Macarıstanın yox. Macarıstanın enerji təhlükəsizliyi isə öz əlinizdədir. Diversifikasiya edin və bütün Avropa kimi Rusiyadan asılı olmayın”.

Buna cavab olaraq Peter Siyarto növbəti açıqlamasında yazıb:


“Bizim enerji təhlükəsizliyimizə hücumu dayandırın! Bu, bizim müharibəmiz deyil!”.

Xatırladaq ki, 13, 18 və 21 avqust tarixlərində Rusiyadan Macarıstana neft nəql edən “Dostluq” kəmərinə hücumlar edilmişdi. Rəsmi Budapeşt sözügedən hücumlara görə, Kiyevi ittiham edərək, bu cür addımların qəbuledilməz olduğunu bildirmişdi.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xəzər rayonunda qeyri-adi oğurluq hadisəsi - VİDEO

Xəzər rayonunda qeyri-adi oğurluq hadisəsi - VİDEO

Trampdan SENSASİON BƏYANAT: “İranda rejim dəyişib” – VİDEO

Trampdan SENSASİON BƏYANAT: “İranda rejim dəyişib” – VİDEO

Hava KƏSKİN DƏYİŞİR – Bu tarixədək yağış yağacaq

Hava KƏSKİN DƏYİŞİR – Bu tarixədək yağış yağacaq

Sumqayıtda xeyir-şər evlərinin fəaliyyəti dayandırılıb? – RƏSMİ AÇIQLAMA

Sumqayıtda xeyir-şər evlərinin fəaliyyəti dayandırılıb? – RƏSMİ AÇIQLAMA

Tramp: “İran nüvə silahından imtina edib” – VİDEO

Tramp: “İran nüvə silahından imtina edib” – VİDEO

“Beşiktaş” və “Qalatasaray”ın sabiq prezidentləri də SAXLANILDI

“Beşiktaş” və “Qalatasaray”ın sabiq prezidentləri də SAXLANILDI

Haradan haraya: İndi bütün dünya bu uşağı tanıyır

Haradan haraya: İndi bütün dünya bu uşağı tanıyır

ABŞ-ın İranla bağlı sülh planı ÜZƏ ÇIXDI – 15 maddəlik sənədin DETALLARI

ABŞ-ın İranla bağlı sülh planı ÜZƏ ÇIXDI – 15 maddəlik sənədin DETALLARI

Azərbaycan avtomobil hissələri idxalına çəkdiyi xərci 10 %-ə yaxın azalıb

Azərbaycan avtomobil hissələri idxalına çəkdiyi xərci 10 %-ə yaxın azalıb

Bu kəndə köçənlərə 54 min manat verilir

Bu kəndə köçənlərə 54 min manat verilir

Bakıda məşhur yerin qanlı və qaranlıq tarixi: Burada kimlərin ölüm hökmü verilib?

Bakıda məşhur yerin qanlı və qaranlıq tarixi: Burada kimlərin ölüm hökmü verilib?

Mark Zuckerberg süni intellektl agenti yaradır

Mark Zuckerberg süni intellektl agenti yaradır

Dünyanın ən bahalı avtomobili bu ölkədə görünüb

Dünyanın ən bahalı avtomobili bu ölkədə görünüb

ABŞ prezidenti: Rusiya və Ukrayna razılığa gəlməyə yaxındır

ABŞ prezidenti: Rusiya və Ukrayna razılığa gəlməyə yaxındır

"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ AÇIQLAMA

"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ AÇIQLAMA

Tramp İranın nüvə silahı əldə etməkdən imtina etdiyini açıqlayıb

Tramp İranın nüvə silahı əldə etməkdən imtina etdiyini açıqlayıb

Tanınmış aktyor zorlama hadisəsinə görə 59 milyon dollar təzminat ödəyəcək

Tanınmış aktyor zorlama hadisəsinə görə 59 milyon dollar təzminat ödəyəcək

BƏƏ hərbçisi İranın hücumlarını dəf edərkən həlak olub

BƏƏ hərbçisi İranın hücumlarını dəf edərkən həlak olub

Milyonçu olmaq istəyən oyunçunun yaşı müzakirəyə səbəb oldu - VİDEO

Milyonçu olmaq istəyən oyunçunun yaşı müzakirəyə səbəb oldu - VİDEO

NASA Ay yaxınlığında bu stansiyasının qurulmasını dayandırıb

NASA Ay yaxınlığında bu stansiyasının qurulmasını dayandırıb

Neft bütün dünyaya neçə il bəs edəcək?

Neft bütün dünyaya neçə il bəs edəcək?

Ronaldonun "ağlasığmaz" evlilik müqaviləsi bəlli oldu

Ronaldonun "ağlasığmaz" evlilik müqaviləsi bəlli oldu

Tramp: Biz İranla danışırıq və onlar razılaşmanı çox istəyirlər

Tramp: Biz İranla danışırıq və onlar razılaşmanı çox istəyirlər

Məşhur italyan müğənnisi vəfat etdi

Məşhur italyan müğənnisi vəfat etdi

End of content

No more pages to load

RADİO