Norveç nəşrində Cənubi Qafqazda sülh prosesi ilə bağlı məqalə dərc edildi

Norveçin “Utrop” nəşrində Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədovun Cənubi Qafqazda sülh prosesinə həsr olunmuş məqaləsi dərc edilib.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, diplomat məqalədə norveçli yazıçı Terye Holmedalin təxminən iyirmi il əvvəl yazdığı “Mən bacaracağam” kitabına istinad edir. Kitabda Birinci Qarabağ müharibəsi zamanı evini tərk etməyə məcbur olan və təhsil almaq imkanından məhrum olan cəbrayıllı Lalə adlı qız haqqında bəhs edilir.

Z.Əhmədov yazır ki, bu gün Lalə və bir çox digər azərbaycanlı məcburi köçkünlər nəhayət ki, onilliklər ərzində xarabalığa çevrilmiş doğma kəndlərinə qayıtmaq şansı əldə ediblər. Sakinlərin qayıdışı ilə kəndlərdə həyat canlanır, uzun müddət qeyri-sabitlik yuvası sayılan region isə sülhün ümid məkanına çevrilir.

Məqalədə bu il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə əldə edilmiş tarixi sazişə xüsusi diqqət yetirilir. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan iki ölkə arasında münasibətlərdə yeni dövr açan Birgə Bəyannamə imzalayıblar.

Razılaşmaların əsas bəndi nəqliyyat kommunikasiyalarının, o cümlədən Azərbaycanın əsas hissəsini Ermənistan ərazisindən Naxçıvanla birləşdirəcək Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) (Trump Route for International Peace and Prosperity) (TRIPP) layihəsinin açılması olub. Bu marşrut Avropa ilə Asiyanı birləşdirən Orta Dəhliz təşəbbüsünün mühüm həlqəsinə çevriləcək.

Səfirin fikrincə, Cənubi Qafqazda sabitlik təkcə region ölkələrinə deyil, həm də Avropaya, o cümlədən Norveçə də fayda gətirəcək. Skandinaviya ölkələri inteqrasiya və sülhməramlı təcrübələri ilə etimadın möhkəmlənməsinə və əməkdaşlığın inkişafına mühüm töhfə verə bilər.

Sonda diplomat vurğulayır ki, Lalənin hekayəsi sülh prosesinin insani ölçüsünü xatırladır: hər bir razılaşmanın arxasında Vətənə qayıtmaq və yeni həyata başlamaq arzusunda olan insanlar dayanır.

“Cənubi Qafqaz üçün bu, yeni başlanğıcdır. Norveç üçün bu, növbəti fəslin yazılmasında kömək etmək dəvətidir”, - deyə müəllif sonda qeyd edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İstilik mövsümünə START VERİLİR – Hansı hazırlıq işləri görülüb?

İstilik mövsümünə START VERİLİR – Hansı hazırlıq işləri görülüb?

Bu şəxslər daha yüksək maaş ALIR

Bu şəxslər daha yüksək maaş ALIR

Xırdalan–Sumqayıt qatarının fəaliyyətinin bərpa olunacağı vaxt BİLİNDİ

Xırdalan–Sumqayıt qatarının fəaliyyətinin bərpa olunacağı vaxt BİLİNDİ

Leyla Əliyeva Mingəçevirdə avarçəkmə bazasında idmançılarla görüşdü – FOTO

Leyla Əliyeva Mingəçevirdə avarçəkmə bazasında idmançılarla görüşdü – FOTO

“Ən çox evlilik təklifi mesajı alıram”

“Ən çox evlilik təklifi mesajı alıram”

Azər Bağırov Fofananı “Kəpəz”dən göndərmək İSTƏYİR

Azər Bağırov Fofananı “Kəpəz”dən göndərmək İSTƏYİR

Xankəndidə mənzil sahibi olmaq istəyənlərə ŞAD XƏBƏR

Xankəndidə mənzil sahibi olmaq istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanda illik inflyasiya AÇIQLANDI

Azərbaycanda illik inflyasiya AÇIQLANDI

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Bakının bu rayonlarında mənzillər kəskin BAHALAŞDI – FOTO

Bakının bu rayonlarında mənzillər kəskin BAHALAŞDI – FOTO

Asiya İnkişaf Bankının nümayəndə heyəti İlham Əliyevin qəbulunda - FOTO

Asiya İnkişaf Bankının nümayəndə heyəti İlham Əliyevin qəbulunda - FOTO

İranda su qıtlığı TƏHLÜKƏLİ HƏDDƏ çatdı – 10 milyon insan ölüm riski ilə ÜZ-ÜZƏ

İranda su qıtlığı TƏHLÜKƏLİ HƏDDƏ çatdı – 10 milyon insan ölüm riski ilə ÜZ-ÜZƏ

Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar – SİYAHI

Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar – SİYAHI

“Yeni Klinika”da ana doğuş zamanı dünyasını dəyişdi

“Yeni Klinika”da ana doğuş zamanı dünyasını dəyişdi

Yeni baş nazir təyin ediləcək - Qərar gözlənilir

Yeni baş nazir təyin ediləcək - Qərar gözlənilir

Xocalının Şuşakənd və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salındı – FOTO

Xocalının Şuşakənd və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salındı – FOTO

Rusiya Kiyevi “İsgəndər”lə VURDU – Qəlpələr Azərbaycan səfirliyinə düşdü - FOTO/VİDEO

Rusiya Kiyevi “İsgəndər”lə VURDU – Qəlpələr Azərbaycan səfirliyinə düşdü - FOTO/VİDEO

Sabirabadda qadın güllələnərək ÖLDÜRÜLDÜ - Qardaşı tutuldu

Sabirabadda qadın güllələnərək ÖLDÜRÜLDÜ - Qardaşı tutuldu

Bakıda satılan dana əti basdırmasında at DNT-si aşkarlandı – FOTO

Bakıda satılan dana əti basdırmasında at DNT-si aşkarlandı – FOTO

Sürətlə bahalaşan YUMURTA – “Qiymətlər daha da artacaq”

Sürətlə bahalaşan YUMURTA – “Qiymətlər daha da artacaq”

Şəhid pilot daha əvvəl təyyarə qəzasından yaralı xilas olubmuş... – FOTO

Şəhid pilot daha əvvəl təyyarə qəzasından yaralı xilas olubmuş... – FOTO

İlham Əliyev: "Nəqliyyat qovşaqlarımızın artan rolu onları destruktiv qüvvələrin hədəfinə çevirir"

İlham Əliyev: "Nəqliyyat qovşaqlarımızın artan rolu onları destruktiv qüvvələrin hədəfinə çevirir"

Toy karvanında yola pul səpənlərlə bağlı DİN-dən AÇIQLAMA – VİDEO

Toy karvanında yola pul səpənlərlə bağlı DİN-dən AÇIQLAMA – VİDEO

Leyla Əliyeva Mingəçevirdə ekoloji aksiyalarda – FOTO

Leyla Əliyeva Mingəçevirdə ekoloji aksiyalarda – FOTO

End of content

No more pages to load

RADİO