Seçkinin nəticələri Paşinyan üçün “qurbanlara dəyməyən qələbə” oldu – ABBAS CUMA - VİDEO 

Baş nazirin vəzifəsini icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi partiyanın  cəmiyyətdə həqiqi dəstəyi var, ancaq onu parlamentdə müxalifətlə çətin işlər gözləyir. 

Bizim.Media xəbər verir ki, bu fikri “Sputnik”ə müsahibəsində rusiyalı beynəlxalq jurnalist Abbas Cuma deyib. 

O, Ermənistandakı erkən parlament seçkiləri zamanı bəzi saxtakarlıqları istisna etməyib:

“Ancaq Nikol Paşinyan ictimai rəylərə baxmayaraq qələbə qazandı”. 

"Kiminsə xoşuna gəlsə də, gəlməsə də,  Ermənistanı gəzərək etiraf etməliyəm ki, atmosfer daha çox Paşinyanyönlü idi. Onu bütün günahlara görə ittiham edənlər də az deyildi”, deyə Cuma qeyd edib. 

Onun sözlərinə görə, Paşinyan tərəfdarlarının arqument çatışmazlığı nəzərə çarpırdı, yalnız bir tezisləri  var idi:

"Paşinyan uğrunda və nöqtə”. Həmçinin "Paşinyan yaxşı kişidir", "Ona badalaq gəldilər" versiyaları da səslənirdi. Çoxları Baş nazirə ona görə səs verdilər ki, "köhnə"lər (Köçəryan, Serj Sarkisyan nəzərdə tutulur) geri qayıtmasın”. 

Bundan əlavə, jurnalistin fikrincə, mövcud iqtidarın tərəfdarları istirahət etmək, hər şeyi unutmaq istəyirlər, müharibədən və siyasətdən artıq beziblər. İnsanların çoxu apatiya içindədir. 

"Paşinyan yəqin ki, insanlara eşitmək istədiklərini deyir. O, belə bir istedada sahibdir". Cuma əlavə edib. 

Jurnalistin fikrincə, Paşinyanın qələbəsindən sonra narazılığın təzahürləri simvolik xarakter daşıyırdı və sosial şəbəkələrdən kənara çıxmırdı. 

O əmindir ki, qələbəyə baxmayaraq hökumət başçısı çətin bir dövrə başlayır: 

"Qalib gəldi, amma bu, qurbanlara dəyməyən bir qələbədir. Çünki parlamentə oyuncaq müxalifət deyil, böyük idarəetmə təcrübəsinə sahib olanlar gəldi.  Buna görə Paşinyan hansısa sahədə uğur qazanmalıdır”. 

“Belə şəraitdə onun Qarabağ məsələsində irəliləyiş əldə edə biləcəyi ehtimalı azdır. Deməli, o, böyük ehtimalla iqtisadiyyatı yüksəltməyə və korrupsiyaya qarşı mübarizə sahəsində nəticə göstərməyə çalışacaq”. Cuma yekunlaşdırıb. 

Xatırladaq ki, Ermənistanda iyunun 20-də parlamentə erkən seçkilər keçirilib. Marafona 25 siyasi qüvvə - 21 partiya və 4 blok qatılıb. MSK-nın açıqladığı son səsvermənin nəticələrinə görə, Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası səslərin 53,91% -ni qazanıb. 

Robert Köçəryanın “Hayastan” bloku səslərin 21.09 faizini əldə edib. İlk üçlükdə həmçinin 5.22 faiz səslə “Şərəfim var” bloku da yer alıb. 

Məlumat üçün bildirək ki, “RİA Novosti” agentliyinin xüsusi müxbiri Abbas Cuma Moskvada dünyaya gəlib (anası rus, atası suriyalıdır). Atası zadəgan bir dindar ailəsindəndir. Uşaqlığını Suriyada, atasının vətənində keçirib, xüsusi məktəbdə oxuyub. 

Moskvada Rusiya Xalqlar Dostluğu Universitetinin Jurnalistika fakültəsini bitirib. İngilis və ərəb dillərini mükəmməl bilir. Xüsusilə Yaxın Şərqdəki geosiyasi hadisələrin analitikasında ixtisaslaşıb. 

"Komsomolskaya Pravda"nın jurnalistlərindən biri kimi o, televiziya və digər nəşrlərdə mütəxəssis kimi çıxış edir. 

İran, İraq, Baltikyanı ölkələrdə və Suriyada işləyib. Aktiv olaraq sosial şəbəkələrdə baş verən hadisələrə qiymət verir. Evlidir, bir qızı var. 

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Roma Papası İrandakı hadisələrlə bağlı çağırış etdi

Roma Papası İrandakı hadisələrlə bağlı çağırış etdi

Britaniya Ukrayna üçün ballistik raket hazırlayacaq?

Britaniya Ukrayna üçün ballistik raket hazırlayacaq?

Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

Ərdoğan nəvələrinin sayını açıqladı: "...sayımızı artırmalıyıq"

Ərdoğan nəvələrinin sayını açıqladı: "...sayımızı artırmalıyıq"

İranda matəm elan edildi

İranda matəm elan edildi

İranda ölənlərin sayı 500-ü keçdi: Etirazçılar geri çəkilmir - VİDEO

İranda ölənlərin sayı 500-ü keçdi: Etirazçılar geri çəkilmir - VİDEO

CNN sızdırdı: İrana dair Trampın ŞOK PLANI

CNN sızdırdı: İrana dair Trampın ŞOK PLANI

İstanbul aeroportlarında 78 uçuş ləğv olundu

İstanbul aeroportlarında 78 uçuş ləğv olundu

Saray qəsəbəsində gölləri qurudub yerində binalar tikiblər? - VİDEO

Saray qəsəbəsində gölləri qurudub yerində binalar tikiblər? - VİDEO

Qolundakı saatın 1,6 milyon qiyməti var - FOTO

Qolundakı saatın 1,6 milyon qiyməti var - FOTO

Oğuz qəzasında xəsarət alanların vəziyyəti AÇIQLANDI

Oğuz qəzasında xəsarət alanların vəziyyəti AÇIQLANDI

Bakıda tıxac problemi necə həll ediləcək?

Bakıda tıxac problemi necə həll ediləcək?

Tehran hazırda - ANBAAN VİDEO

Tehran hazırda - ANBAAN VİDEO

Kaya Kallas postundan uzaqlaşdırılmalıdır - FİTSO

Kaya Kallas postundan uzaqlaşdırılmalıdır - FİTSO

ABŞ-lı analitikdən diqqətçəkən paylaşım - FOTO

ABŞ-lı analitikdən diqqətçəkən paylaşım - FOTO

İcra başçısına ağır itki - FOTO

İcra başçısına ağır itki - FOTO

“Çoxmillətli İrana başqa bir fars diktatoru zorla qəbul etdirməyin” - FOTO

“Çoxmillətli İrana başqa bir fars diktatoru zorla qəbul etdirməyin” - FOTO

İranda 38 polis öldürülüb - VİDEO

İranda 38 polis öldürülüb - VİDEO

Moskvada yağan son qar 146 ilin ən güclü beş qar yağışından biri olub

Moskvada yağan son qar 146 ilin ən güclü beş qar yağışından biri olub

Məşhur müğənni 34 yaşında vəfat etdi

Məşhur müğənni 34 yaşında vəfat etdi

Larisa Dolina evindən çıxarılacaq? - SƏBƏB

Larisa Dolina evindən çıxarılacaq? - SƏBƏB

İstanbul Hava Limanında 54 reys ləğv edildi

İstanbul Hava Limanında 54 reys ləğv edildi

İzmir-İstanbul avtomagistralında zəncirvari qəza: 1 ölü, 10 yaralı var - FOTO

İzmir-İstanbul avtomagistralında zəncirvari qəza: 1 ölü, 10 yaralı var - FOTO

Sabah İstanbul məktəblərində dərs olmayacaq - SƏBƏB

Sabah İstanbul məktəblərində dərs olmayacaq - SƏBƏB

End of content

No more pages to load

RADİO