Boşanmaların əsas səbəbi türk seriallarıdır? – Deputatlardan TƏZADLI AÇIQLAMA

Son illərdə Azərbaycanda tamaşaçıların böyük əksəriyyəti yerli seriallardan daha çox türk seriallarına üstünlük verir. Bunun həm milli mədəniyyətə, həm də gənc nəslə təsirləri müzakirələr doğurur. Bir çox insan xarici serialların mənfi təsirlərinin daha çox olduğunu düşünür. Hətta bəzi şəxslər ailə institutunun dağılması və boşanmaların sayındakı artıma təsir edən faktorlardan biri kimi türk seriallarını ön plana çəkirlər.

Məsələyə aydınlıq gətirmək üçün Bizim.Media - nın əməkdaşı Milli Məclisin deputatlarının fikirlərini öyrəndi.

Millət vəkili Tahir Rzayev bildirdi ki, istər türk, istərsə də Azərbaycan serialları olsun, əsas məsələ milli-mənəvi dəyərlərə və əxlaqa üstünlük verilməsidir:

“Əgər seriallarda milli və bəşəri ideyalar, əxlaq və insan həyatına dair düzgün mesajlar önə çəkilirsə, bu, müsbət haldır və belə serialların təbliği vacibdir. Amma təəssüf ki, bir çox hallarda əks mənzərə ilə rastlaşırıq. Zalımlığı, qəddarlığı, oğurluğu, digər mənəviyyatsızlıqları təbliğ edən, sənətkarlıq baxımından zəif olan seriallar insanların əxlaqına zərbə vurmaqla yanaşı, onların gələcək həyatına da mənfi təsir göstərir. Boşanmaların artması və bir çox əxlaqi dəyərlərin arxa plana keçməsi də bunun nəticəsidir”, - deyə o bildirib.

Deputat qeyd edib ki, tamaşaçıların baxış zövqü də burda mühüm rol oynayır:

“Ağıllı insan öz mədəniyyətini və tarixini qoruyursa, belə mənfi təsirli seriallara baxmaz. Azərbaycanda da keyfiyyətli seriallar çəkilib, lakin əksəriyyətinin səviyyəsi aşağıdır. Rollar, hadisələr, dialoqlar tamaşaçının qəlbini fəth edə bilmir, əksinə, neqativ emosiyalar oyadır. Türk seriallarının isə tarixi kökləri daha dərin olduğundan və aktyorları daha istedadlı olduğundan onların keyfiyyəti də yüksəkdir. Ona görə də tamaşaçının onlara üstünlük verməsi təbiidir”.

Onun sözlərinə görə, mənfi halların qarşısının alınması üçün həm yaradıcı şəxslər məsuliyyət daşımalı, həm də cəmiyyətin mövqeyi önəmli olmalıdır:

“Ssenarilər və çəkilişlər yaradıcı insanların baxışından asılıdır. Digər tərəfdən, tamaşaçı özü də münasibət bildirməlidir. İnsanlar mənfi təsirli seriallara baxmağı dayandırsalar, baykot etsələr, nəticə əldə etmək mümkündür”, - deyə deputat cəmiyyətə öz təklifini irəli sürdü.

“Hamısı möhtəşəmdir”

Millət vəkili Aqil Abbas isə Bizim.Media- ya açıqlamasında türk seriallarını yüksək qiymətləndirdiyini bildirdi:

“Türk seriallarının hamısı möhtəşəmdir. Sultan Mehmet, Diriliş Ertuğrul, Payitaht Əbdülhəmid kimi ekran işləri insanı ruhlandırır. Bunun qarşısını almaq olmaz, əksinə, millət ruhlanır. Türklərin seriallarında son vaxtlar Azərbaycan musiqilərinə də yer verilir. Hətta Azərbaycan obrazlarını da görə bilirik. Bu, qürurvericidir”.

Deputat əlavə edib ki, Azərbaycanda da keyfiyyətli serialların çəkilməsi üçün zəmin formalaşır:
 

“Hazırda bizdə də əvvəlki türk seriallarının səviyyəsinə yaxın işlər ərsəyə gəlir. Yavaş-yavaş güclənəcəyik. Bir neçə yaxşı serial var, adlarını bilmirəm, amma biləm ki, gələcəkdə daha da inkişaf edəcək. Bizim rejissorlar birdən-birə Sultan Mehmet səviyyəsində ekran əsəri ərsəyə gətirə bilməzlər, amma bu yol başlanılıb və davam etdirilməlidir”, - deyə millət vəkili bildirib.


Beləliklə, deputatların mövqeləri göstərir ki, türk seriallarının populyarlığı həm müsbət, həm də mənfi cəhətləri ilə müzakirə mövzusudur. Bəzi deputatlar bunun milli-mənəvi dəyərlərə təhdid olduğunu vurğulayırsa, digərləri türk seriallarının ruhlandırıcı tərəflərinin üstün gəldiyini düşünür.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mahmud Qurbanov: “”Qarabağ” Bakıya sərfəli nəticə ilə qayıda bilər”

Mahmud Qurbanov: “”Qarabağ” Bakıya sərfəli nəticə ilə qayıda bilər”

BİZİM TƏQVİM: 16 sentyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 16 sentyabrda baş vermiş tarixi hadisələr

Zaqatalada fındıq bağında meyit TAPILDI

Zaqatalada fındıq bağında meyit TAPILDI

"Ən yaxşı oyunlarımızdan birini göstərəcəyik" - Kadi

"Ən yaxşı oyunlarımızdan birini göstərəcəyik" - Kadi

Mərkəzi Bank Beynəlxalq Maliyyə Maarifləndirilməsi Şəbəkəsinə tamhüquqlu ÜZV OLDU

Mərkəzi Bank Beynəlxalq Maliyyə Maarifləndirilməsi Şəbəkəsinə tamhüquqlu ÜZV OLDU

“Qarabağ”ın sabiq futbolçusu İsrail klubuna KEÇDİ

“Qarabağ”ın sabiq futbolçusu İsrail klubuna KEÇDİ

Bir meyvə, min faydası: Heyvanın sirri

Bir meyvə, min faydası: Heyvanın sirri

Rafael Dadaşovun öz adını daşıyan nəvəsi İLK DƏFƏ - VİDEO

Rafael Dadaşovun öz adını daşıyan nəvəsi İLK DƏFƏ - VİDEO

Dünya çempionatı: Güləşçimiz bürünc medal qazandı

Dünya çempionatı: Güləşçimiz bürünc medal qazandı

Polşanın hökumət binaları üzərində dron göründü – Tusk

Polşanın hökumət binaları üzərində dron göründü – Tusk

Yaşarın da qızı birinci sinfə getdi - FOTO

Yaşarın da qızı birinci sinfə getdi - FOTO

İsveçli idmançıdan 14-cü DÜNYA REKORDU

İsveçli idmançıdan 14-cü DÜNYA REKORDU

Fələstinlilər kütləvi şəkildə Qəzzanı TƏRK EDİRLƏR

Fələstinlilər kütləvi şəkildə Qəzzanı TƏRK EDİRLƏR

Sabah Bakının 2 rayonunda QAZ OLMAYACAQ

Sabah Bakının 2 rayonunda QAZ OLMAYACAQ

İlk sürücüsüz elektrik avtobusu sınaqdan keçirildi - FOTO

İlk sürücüsüz elektrik avtobusu sınaqdan keçirildi - FOTO

İkinci Liqa: “Şəmkir” və “Şirvan” qələbə QAZANDI

İkinci Liqa: “Şəmkir” və “Şirvan” qələbə QAZANDI

Britaniya Polşa səmasını qorumaq üçün qırıcı təyyarələr GÖNDƏRƏCƏK

Britaniya Polşa səmasını qorumaq üçün qırıcı təyyarələr GÖNDƏRƏCƏK

Buna görə ad günü keçirtmir

Buna görə ad günü keçirtmir

“Çarli Kirkin qətlini alqışlayan əcnəbilərə ABŞ vizası verilməməlidir” - Rubio

“Çarli Kirkin qətlini alqışlayan əcnəbilərə ABŞ vizası verilməməlidir” - Rubio

Azərbaycan klubu ukraynalı legioner TRANSFER ETDİ

Azərbaycan klubu ukraynalı legioner TRANSFER ETDİ

Faiq Ağayev: “Mənim kəbinli arvadım var” - VİDEO

Faiq Ağayev: “Mənim kəbinli arvadım var” - VİDEO

Prezident Daşbulaq sakininin ata evi ilə bağlı TAPŞIRIQ VERDİ - VİDEO

Prezident Daşbulaq sakininin ata evi ilə bağlı TAPŞIRIQ VERDİ - VİDEO

“İsrail təcridə hazırlaşmalıdır” - Netanyahu

“İsrail təcridə hazırlaşmalıdır” - Netanyahu

“Qarabağ”la oyundan öncə “Benfika”da CİDDİ İTKİLƏR

“Qarabağ”la oyundan öncə “Benfika”da CİDDİ İTKİLƏR

End of content

No more pages to load

RADİO