Maliyyə sektorunda çalışanların nəzərinə!

Peşəkar mühasibatlıq maliyyə sektorunun formalaşması üçün beynəlxalq təcrübənin tətbiqi bu gün ən çox müzakirə olunan məsələlər sırasındadır. Məsələn bəzi ölkələrdə, o cümlədən Türkiyə və Almaniyada mühasibatlıq fəaliyyəti ciddi peşə sertifikatları və dövlət icazələri ilə tənzimlənir.

Azərbaycanda isə “outsourcing mühasibatlıq” xidməti üçün belə bir tələbin olmaması bazarda həm rəqabət, həm də keyfiyyətlə bağlı suallar yaradır. 

Bəs, Türkiyə və Almaniyanın təcrübəsi ölkəmizdə də tətbiq oluna bilərmi?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “qafqazinfo.az”a açıqlama verən İqtisadiyyat üzrə fəlsəfə doktoru, Azərbaycanın fəxri auditoru Anar Bayramovun sözlərinə görə, mühasibatlıq sahəsində adı çəkilən ölkələrin maraqlı təcrübəsi var:

“Məsələn Türkiyədə mühasibatlığın iki əsas qolu var. Bunlardan biri  SMMM-dir (Serbest Muhasebeci Mali Müşavir). Maliyyə müşaviri  mühasibat uçotu, vergi bəyannaməsi və maliyyə məsləhəti xidməti göstərir.  Bu şəxsin uyğun ali təhsili, ən azı 3 illik iş təcrübəsi, peşə odasına üzvlüyü və lisenziyası olmalıdır. YMM -Yeminli Mali Müşaviri isə SMMM tələblərindən əlavə olaraq vergi və maliyyə hesabatlarının hüquqi əsaslarını hazırlayır. Bu şəxsin ən azı 10 il peşə təcrübəsi və lisenziyası olmalıdır. 

Almaniyada isə “Steuerberater” - Vergi Müşaviri vergi məsləhəti verir, bəyannamə hazırlayır və vergi orqanları qarşısında sahibkarın təmsilçisi kimi çıxış edir. Müşavirin ali təhsilli, 2-3 il təcrübəsi və müvafiq dövlət imtahanından keçməsi vacibdir. “Wirtschaftsprüfer” auditor isə audit rəyini  və maliyyə hesabatlarını yoxlayıb təsdiqləyə bilir. O da ali təhsilə, 3–4 il ixtisas təcrübəsinə və dövlət qeydiyyatına sahib olmalıdır”.

Müsahibimiz təəssüflə qeyd edib ki, Azərbaycan inkişaf etmiş ölkələrin tətbiq etdiyi təcrübədən kənarada qalıb:

“Azərbaycanda “outsourcing mühasibatlıq” xidməti üçün nə sertifikat, nə də icazə tələbi var. İstənilən şəxs bu xidməti göstərə bilər. Bu da göstərilən mühasibat və audit xidmətinin keyfiyyətini xeyli aşağı salır. Nəticədə səhv hesabat və vergi riskləri artır. Unutmayaq ki, peşəkar hazırlıq sistemi olmayan yerdə keyfiyyətli xidmət gözləmək çətindir”.

Türkiyə və Almaniya modelində hansı üstünlüklər var?

Anar Bayramov hesab edir ki, peşə keyfiyyətinə ciddi nəzarət, vergi intizamının möhkəmlənməsi, saxta hesabatların qarşısının alınması və yerli kadrların beynəlxalq standartlara uyğun yetişməsi üçün xarici təcrübə vacibdir:
 

“Lakin Azərbaycanda bu modellərin hər hansı birinin tətbiq olunması üçün ilk növbədə sertifikat və icazə sistemi yaradılmalıdır.


Yerli kadrlar üçün təlim proqramları hazırlanmalıdır. Eləcə də, universitet proqramlarına praktiki mühasibat və audit modelləri əlavə edilməlidir. Təbii ki, bu modellərə keçid zamanı kadr çatışmazlığı problemi ola bilər. Amma bu modellərə keçid zəruridir və gələcək üçün böyük fürsətlər açır. Bunun üçünsə əvvəlcə təcrübəli mühasiblər üçün sürətli sertifikat proqramları, gənclər üçün isə peşəkar yetişdirmə kursları təşkil olunmalıdır”.

Beynəlxalq təcrübənin tətbiqi bizə nə verə bilər?

Azərbaycanın fəxri auditornun fikrincə, beynəlxalq təcrübənin ölkəmizdə tətbiqi ilk növbədə maliyyə bazarına şəffaflıq gətirə bilər:

“Bu innovativ tətbiqlər hesabına peşəkar mühasib sadəcə hesabat tərtib etməyəcək, həm də sahibkarın biznesini maliyyə risklərindən qoruyacaq. Maraqlıdır ki, bu zaman təkcə sahibkar yox, həm də dövlət qazanacaq. Belə ki, yaradılmış şəffaflıq mühitində vergi daxilolmaları artacaq, kölgə iqtisadiyyatı azalacaq, beynəlxalq maliyyə etibarlılığı güclənəcək. Unutmayaq ki, peşəkar mühasibatlıq milli iqtisadi təhlükəsizlik məsələsidir və yerli kadrların yetişdirilməsi bu sahədə uğurun yeganə yoludur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

Bu qida ağciyəri TƏMİZLƏYİR

Bu qida ağciyəri TƏMİZLƏYİR

İranda kəskin qrip virusu YAYILIB

İranda kəskin qrip virusu YAYILIB

"Tottenhem"in sabiq məşqçisi yenidən İngiltərə klubuna QAYIDA BİLƏR

"Tottenhem"in sabiq məşqçisi yenidən İngiltərə klubuna QAYIDA BİLƏR

Bu toyuqları almayın - AÇIQLAMA

Bu toyuqları almayın - AÇIQLAMA

“Barselona”da CİDDİ İTKİ

“Barselona”da CİDDİ İTKİ

Xocavənddə vəzifəli şəxs qəzada öldü

Xocavənddə vəzifəli şəxs qəzada öldü

İsrail ordusu Qəzzada “təmizləmə” əməliyyatını yekunlaşdırdı - VİDEO

İsrail ordusu Qəzzada “təmizləmə” əməliyyatını yekunlaşdırdı - VİDEO

Oğuzdakı qəzada xəsarət alan 6 nəfərin də kimliyi BİLİNDİ - FOTO

Oğuzdakı qəzada xəsarət alan 6 nəfərin də kimliyi BİLİNDİ - FOTO

"Bir manat veririk, ayaq üstə gedirik" - Sərnişinlər avtobus çatışmazlığından gileylənirlər - VİDEO

"Bir manat veririk, ayaq üstə gedirik" - Sərnişinlər avtobus çatışmazlığından gileylənirlər - VİDEO

41 yaşlı Tiaqo Silva “Portu” ilə müqavilə BAĞLADI

41 yaşlı Tiaqo Silva “Portu” ilə müqavilə BAĞLADI

Oğuzda mikroavtobus qəzasıda ölən şəxsin kimliyi BİLİNDİ - VİDEO

Oğuzda mikroavtobus qəzasıda ölən şəxsin kimliyi BİLİNDİ - VİDEO

Polad Bülbüloğlu oğlu ilə Şuşadakı BAĞINDA - VİDEO

Polad Bülbüloğlu oğlu ilə Şuşadakı BAĞINDA - VİDEO

Sumqayıtda zəncirvari avtoqəza olub, xəsarət alanlar var - FOTO/VİDEO

Sumqayıtda zəncirvari avtoqəza olub, xəsarət alanlar var - FOTO/VİDEO

“Sabah” mövsümdə ilk dəfə MƏĞLUB OLDU

“Sabah” mövsümdə ilk dəfə MƏĞLUB OLDU

Rüfət Əzizov 2025-ci ilin ƏN YAXŞI rektoru seçildi - FOTO

Rüfət Əzizov 2025-ci ilin ƏN YAXŞI rektoru seçildi - FOTO

Aşıq Alının “Nə qaldı” kitabı “ikinci dəfə ÇAP OLUNDU

Aşıq Alının “Nə qaldı” kitabı “ikinci dəfə ÇAP OLUNDU

Niyə isti içkilərlə dondurmanı birlikdə qəbul etmək olmaz - Həkimdən İZAH

Niyə isti içkilərlə dondurmanı birlikdə qəbul etmək olmaz - Həkimdən İZAH

Oğuzda mikroavtobus qəzaya uğradı - Ölən və yaralılar var -FOTO

Oğuzda mikroavtobus qəzaya uğradı - Ölən və yaralılar var -FOTO

"Fənərbağça" səfərdə inamlı qələbə QAZANDI

"Fənərbağça" səfərdə inamlı qələbə QAZANDI

Türkiyədə daha bir PUA aşkar edildi - Rusiya istehsalı ola bilər… - VİDEO

Türkiyədə daha bir PUA aşkar edildi - Rusiya istehsalı ola bilər… - VİDEO

Leyla Əliyeva Nüsrət Kəsəmənlinin şeirini SƏSLƏNDİRDİ - VİDEO

Leyla Əliyeva Nüsrət Kəsəmənlinin şeirini SƏSLƏNDİRDİ - VİDEO

"Anar Nağılbaz və digər reperlər narkotik istifadə edirdi"

"Anar Nağılbaz və digər reperlər narkotik istifadə edirdi"

Ukraynanın cəbhəyanı ərazilərində fortifikasiya işləri görülür - VİDEO

Ukraynanın cəbhəyanı ərazilərində fortifikasiya işləri görülür - VİDEO

End of content

No more pages to load

RADİO