Bahalı avtomobillərə olan marağı ilə seçilən Əməkdar artist Ədalət Şükürov bu dəfə yeni motosikleti ilə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, ifaçı 3 təkərli "Polaris Slingshot Nightcrawler" motosikleti ilə çəkilən fotosunu İnstagram səhifəsində paylaşıb.
Şəkildə sənətçinin həmkarı Samir Piriyev də yer alıb.
Qeyd edək ki, "Polaris Slingshot Nightcrawler"in xaricdəki qiyməti 28 min 500 dollardır.
Bizim.Media