Parisdə azərbaycanlı ailənin iki uşağı niyə əllərindən alınıb?

Azərbaycanlı ailə iki azyaşlı övladının Fransada əllərindən alındığını deyir. Hadisə 3 gün əvvəl Paris hava limanında baş verib.

Bizim.Media xəbər verir ki, “Qafqazinfo.az” məsələ ilə bağlı azyaşlıların valideynləri Məhəmməd Quliyev və Gültac Abdullayeva ilə əlaqə saxlayıb.

Valideynlər saytımıza bildirib ki, onlar bir neçə il Almaniyanın Dortmund şəhərində yaşayıblar.
 

Almaniya tərəfindən övladlarının Avropadan çıxışına qadağa qoyulub. Uşaqlarının birinin 2 yaşı var, digəri 6 aylıqdır. Avqustun 6-da ailə birdəfəlik Azərbaycana qayıtmaq üçün yola çıxıbmış


Ailə üzvlərinin sözlərinə görə, Paris Hava Limanında polis əməkdaşları onlara yaxınlaşaraq uşaqları əllərindən alıblar.
 

Almaniyanın uşaqların Avropadan çıxışına qadağa qoymasının səbəbinə gəlincə, valideynlər bunu əsassız iddia ilə əlaqələndirirlər. Həmin iddia da ondan ibarətdir ki, ana bir neçə ay əvvəl xəstəxanada övladına əzab verib:


“İkinci uşağımız doğulandan dərhal sonra əməliyyat olundu.
 

Təxminən 1 ay uşaq xəstəxanada qaldı. Hər şey də orada başladı. Xəstəxananın həkimləri və tibb bacıları heç bir əsas olmadan şikayət ediblər ki, mən uşağıma işgəncə vermişəm.


Guya 3 aylıq körpənin başını daşa çırpmışam, ağzına dəsmal bağlamışam, hətta buzlu su verərək öldürmək istəmişəm.

Hamısı yalandır. Bu necə ola bilər? Biz uşaqlarımıza çox yaxşı baxırıq. Onlara niyə əzab verək?
 

Nə isə bu şikayətlərdən sonra “Jugendamt” (Almaniyada ailəiçi zorakılıq, uşaq hüquqlarının təmin olunması və digər sosial müdafiə hallarına müdaxilə edən təşkilat-red.) işə qarışdı.


Əvvəlcə məni xəstəxanadan çıxmağa belə qoymurdular. Sonradan uşağa nəzarət üçün evimizə türk müəllim yolladılar. Həmin qadın da bizimlə yola getmədi.

Hər dəfə bir bəhanə gətirirdi ki, uşağa belə baxın, elə baxın. Nəhayət uşaqları götürüb, birdəfəlik vətənə qayıtmağa qərar verdik. Parisə çatanda da başımıza bu iş gəldi”.
 

Artıq 3 gündür uşaqlarından ayrı düşdüyünü bildirən ailə övladlarının hazırda sığınacaqda olduğunu qeyd edir. Yaxın günlərdə uşaqların Avropadan çıxışına qoyulan qadağanın götürülməsi tələbi ilə məhkəmə keçiriləcək.


Valideynlər məsələ ilə bağlı Azərbaycanın Fransadakı səfirliyinə də məlumat veriblər:

“Səfirliyin nümayəndəsi dedi ki, Almaniya uşaqların Avropadan çıxışınaa qadağa qoyub.

Məsələ ilə məşğul olurlar.”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu ölkənin Baş naziri istefa verdi

Bu ölkənin Baş naziri istefa verdi

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

Azərbaycanın U-19 millisi məğlub oldu

Azərbaycanın U-19 millisi məğlub oldu

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

Tehran region ölkələrindən birini hədələyib

Tehran region ölkələrindən birini hədələyib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

Peskov: ABŞ heç bir zəmanət vermir

Peskov: ABŞ heç bir zəmanət vermir

Dibala Türkiyədə oynaya bilər

Dibala Türkiyədə oynaya bilər

Tramp mayda Çinə gedəcək

Tramp mayda Çinə gedəcək

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

İran daha bir boğazı bağlaya bilər

İran daha bir boğazı bağlaya bilər

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Salah Messinin komandasına keçir?

Salah Messinin komandasına keçir?

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Şakiranın Qətər konserti təxirə düşdü

Şakiranın Qətər konserti təxirə düşdü

Şəhid qardaşların atası vəfat etdi - Foto

Şəhid qardaşların atası vəfat etdi - Foto

Apreldə 8 gün iş OLMAYACAQ

Apreldə 8 gün iş OLMAYACAQ

End of content

No more pages to load

RADİO