İlham Əliyevlə Tramp arasında maraqlı DİALOQ – “9 nəvəm var” – VİDEO

Xəbər verdiyimiz kimi, avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunu imzalayıblar.
 

MÖVZU İLƏ BAĞLI

Trampdan Vaşinqton görüşü ilə bağlı PAYLAŞIM – FOTO



Bizim.Media xəbər verir ki, sonra dövlət başçıları söhbət etdilər.

Prezident İlham Əliyev: 33 il davam edən sanksiyaların sonu Prezident Trampın sayəsində mümkün oldu.

Prezident Donald Tramp: Xalqınız böyük xalqdır. Bizim şəxsi tanışlığımızdan əvvəl belə Siz mənim haqqımda gözəl sözlər söylədiniz. Hətta bizim seçkilərdə qalib gəlməyimizdən əvvəl.

Prezident İlham Əliyev: Bəli, Sizin qalib olmağınızdan əvvəl. Bu mənim səmimi sözlərim idi.

Siz ilk prezidentlik dövrünüzdə gördüyünüz işlərə görə Azərbaycan xalqının və beynəlxalq ictimaiyyətin rəğbətinə layiqsiniz. Son bir neçə ay ərzində Siz Asiya, Afrika və nəhayət Cənubi Qafqaza sülh gətirdiniz. İnanılmazdır.

Prezident Donald Tramp: Pakistan və Hindistan arasında qarşıdurma. Bu, ciddi məsələ idi, çünki hər ikisi nüvə silahına malik ölkədir.

Prezident İlham Əliyev: Kamboca və Tailand.

Prezident Donald Tramp: Bəli, böyük işlər gördük. Siz də həmin işləri görərdiniz. Sizin münaqişə də ciddi məsələdir, nə qədər sürdü döyüşlər – 33, 35 il?

Prezident İlham Əliyev: Bəli, münaqişə 1988-ci ildə başlayıb. Lakin hərbi qarşıdurmanın fəal fazası 1991-1992-ci illərdə başlayıb.

Prezident Donald Tramp: Lakin münaqişə həll edilmirdi.

Prezident İlham Əliyev: Xeyr. Müharibə 1994-cü ildə dayandı və sonsuz, mahiyyətdən məhrum olan danışıqlar dövrü başladı.

Prezident Donald Tramp: Bu, çox ciddi bir məsələdir.

Prezident İlham Əliyev: Əlbəttə, Siz möcüzəyə imza atdınız.

Prezident Donald Tramp: Ancaq mətbuat bunu heç vaxt eşitmək istəmir.

Prezident İlham Əliyev: Azərbaycan mətbuatı bunu işıqlandıracaq.

Prezident Donald Tramp: Siz böyük lidersiniz.

Prezident İlham Əliyev: Böyük lider mənim yanımda əyləşib.

Prezident Donald Tramp: Mənim Sizin üçün hədiyyəm var. İcazə verin, onu təqdim edim. Zənnimcə, bəyənəcəksiniz.

Prezident İlham Əliyev: Mənim 9 nəvəm var, icazə versəniz, hamısını götürərdim.

Prezident Donald Tramp: Sizin 9 nəvəniz var? Mənə əlavə sikkə verin. Siz gözəl danışıq aparırsınız. Bu sikkələr hamının xoşuna gəlir. Dünyanın ən gözəl sikkəsidir. Bəlkə də dünyanın ən bahalı sikkəsidir. Heyət üzvləri yaxınlaşın və şəkilinizi də çəksinlər.

Sonda Ağ Evin rəmzi açarını Prezident İlham Əliyevə təqdim edən Prezident Donald Tramp deyib:

Sizə daha bir hədiyyəm var. Bu, Ağ Evin rəmzi açarıdır. Mən bunu nadir hallarda təqdim edirəm.

Həmin görüntüləri təqdim edirik:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zaqatalada BƏDBƏXT HADİSƏ: Şabalıd yığarkən ağacdan yıxıldı

Zaqatalada BƏDBƏXT HADİSƏ: Şabalıd yığarkən ağacdan yıxıldı

Ən etibarsız avtomobillərin siyahısı AÇIQLANDI

Ən etibarsız avtomobillərin siyahısı AÇIQLANDI

Almaniyada yüzlərlə uçuş ləğv edildi

Almaniyada yüzlərlə uçuş ləğv edildi

Xoşqədəmin verilişinə o aparıcılıq edir

Xoşqədəmin verilişinə o aparıcılıq edir

İran tüməndən dörd sıfırı sildi - RƏSMİ

İran tüməndən dörd sıfırı sildi - RƏSMİ

Azər Qəribin İtaliyada başına iş gəldi - VİDEO

Azər Qəribin İtaliyada başına iş gəldi - VİDEO

Bu 5 əlaməti bir ay əvvəl hiss edirsinizsə, infarkt keçirə bilərsiniz

Bu 5 əlaməti bir ay əvvəl hiss edirsinizsə, infarkt keçirə bilərsiniz

SON DƏQİQƏ: Türkiyədə zəlzələ oldu

SON DƏQİQƏ: Türkiyədə zəlzələ oldu

Xankəndidə qızıl medal qazanan qazaxıstanlı idmançı: “Şəhər xoşuma gəldi”

Xankəndidə qızıl medal qazanan qazaxıstanlı idmançı: “Şəhər xoşuma gəldi”

Putindən ABŞ-ın Ukraynaya “Tomahawk” raketlərini göndərməsi xəbərinə REAKSİYA - VİDEO

Putindən ABŞ-ın Ukraynaya “Tomahawk” raketlərini göndərməsi xəbərinə REAKSİYA - VİDEO

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

MDB Oyunları: Boksçularımızdan 2-ci qızıl medal - FOTO

MDB Oyunları: Boksçularımızdan 2-ci qızıl medal - FOTO

Lvovda qaz anbarı yandı - VİDEO

Lvovda qaz anbarı yandı - VİDEO

Xankəndidə kamandan oxatma üzrə yarışının qalibləri BƏLLİ OLDU

Xankəndidə kamandan oxatma üzrə yarışının qalibləri BƏLLİ OLDU

“Fənərbaxça”nın yeni prezidenti özündən 31 yaş kiçik aktrisa ilə... - FOTO

“Fənərbaxça”nın yeni prezidenti özündən 31 yaş kiçik aktrisa ilə... - FOTO

Şəmkirdə piyadanı naməlum avtomobil vuraraq öldürdü

Şəmkirdə piyadanı naməlum avtomobil vuraraq öldürdü

Tramp Portlendə Milli Qvardiya göndərə bilməyəcək - Qadağa qoyuldu

Tramp Portlendə Milli Qvardiya göndərə bilməyəcək - Qadağa qoyuldu

Tbilisidə etiraz aksiyasının təşkilatçıları saxlanıldı: Sabiq prokuror, polkovnik...

Tbilisidə etiraz aksiyasının təşkilatçıları saxlanıldı: Sabiq prokuror, polkovnik...

Almaniya Müdafiə Nazirliyi: Müharibə vəziyyətində deyilik

Almaniya Müdafiə Nazirliyi: Müharibə vəziyyətində deyilik

Rusiyalı milyarderin keçmiş həyat yoldaşı alt paltarı ilə FOTOSUNU paylaşdı

Rusiyalı milyarderin keçmiş həyat yoldaşı alt paltarı ilə FOTOSUNU paylaşdı

Bu gün Ajans.az xəbər portalının 1 yaşı tamam olur

Bu gün Ajans.az xəbər portalının 1 yaşı tamam olur

Bərdədə pendir sexində partlayış: 65 yaşlı kişi öldü

Bərdədə pendir sexində partlayış: 65 yaşlı kişi öldü

İsrail ordusu Qəzzadan geri çəkilir - Münaqişə sona çatır?

İsrail ordusu Qəzzadan geri çəkilir - Münaqişə sona çatır?

Sabah külək güclənəcək, çiskin olacaq

Sabah külək güclənəcək, çiskin olacaq

End of content

No more pages to load

RADİO