Yadplanetlilər yerə hücum edə bilərlər – Tarix AÇIQLANDI

Alimlər bu yaxınlarda Günəş sisteminə daxil olan sirli ulduzlararası obyekt 3I/ATLAS-ın hələ noyabr ayında Yerə hücum planlaşdıran düşmən yadplanetli kosmik gəmi ola biləcəyini düşünürlər.

Bizim.Media Lent.az-a istinadla xəbər verir ki, əksər astronomlar onu adi bir kometa hesab etsələr də, yeni araşdırma obyektin yerdən kənar mənşəli olması fərziyyəsinə görə mübahisələrə səbəb olub.
 

Alimlər qrupu 3I/ATLAS adlı sirli ulduzlararası obyektin bəşəriyyət üçün potensial təhlükə yaradan yadplanetli mənşəli texnoloji artefakt ola biləcəyini fərz ediblər.


South West News Servicenin (SWNS) verdiyi məlumata görə, tədqiqat iyulun 16-da arXiv preprint serverində dərc edilib.
 

Obyekt ilk dəfə iyulun 1-də kəşf edilib və Günəşə doğru 210.000 km/saatdan (130.000 mil/saat) sürətlə hərəkət edir. İlkin hesablamalara görə, onun diametri 24 kilometrə qədər ola bilər ki, bu da onu Manhettendən daha böyük edir.


3I/ATLAS əvvəlcə kometa hesab edilsə də, tədqiqatçılar bunun maskalanmış yadplanetlilərin kəşfiyyat vasitəsi ola biləcəyini ehtimal edirlər. Məqalənin müəlliflərindən biri, 2017-ci ildə Oumuamuanın mümkün yadplanetli mənşəyini daha əvvəl açıqlayan Harvard Universitetinin məşhur astrofiziki Avi Loebdir.
 

Yeni təhlildə Loeb, Londondakı Ulduzlararası Tədqiqatlar Təşəbbüsündən Adam Qibberd və Adam Kroul ilə birlikdə qeyd edir ki, 3I/ATLAS atipik trayektoriyaya malikdir və əvvəllər məlum olan ulduzlararası cisimlərdən əhəmiyyətli dərəcədə yüksək sürətlə hərəkət edir.


Loeb deyir ki, bu, günəş sistemimizə gizlicə girməyə çalışan yadplanetli kəşfiyyat üçün bir üstünlük ola bilər.

Fərziyyəyə görə, 3I/ATLAS Yupiter, Mars və Veneranın yaxınlığından keçəcək ki, bu da bu planetlərə casus cihazların enməsi üçün imkanlar yaradır.
 

Bundan əlavə, noyabr ayında Günəşə maksimum yaxınlıq anında (perihelion) obyekt Yerdən görünməz olacaq ki, bu da müəlliflərin fikrincə, qəsdən müşahidədən yayınmaq cəhdi ola bilər.


"Bu, aşkarlanması çətin olan yerdən Yerə səssizcə cihazları göndərmək strategiyasının bir hissəsi ola bilər", - Loeb vurğulayıb.
 

Tədqiqatçılar qeyd edirlər ki, hücum ehtimalını istisna etmək olmaz və buna görə də “qoruyucu tədbirlər tələb oluna bilər”. Eyni zamanda, onlar etiraf edirlər ki, 3I/ATLAS çox güman ki, təbii kosmik cisimdir, lakin fərziyyəni nəzərə almağa dəyər.


Ancaq digər elm adamları bu cür iddialara çox ehtiyatla yanaşırlar. Məsələn, Kanadanın Recayna Universitetinin astronomu Smanta Louler bütün mövcud məlumatların başqa bir ulduz sistemindən atılan adi bir kometaya işarə etdiyini söyləyb.
 

"Bu, milyardlarla kometanın ulduz sistemlərimizi tərk etməsi kimidir. Yadplanetlilərin fərziyyəsi elmi fantastikadır", - o qeyd edib


Oksford Universitetinin astronomu, obyektin mənşəyini modelləşdirməyə kömək edən Kis Lintott yadplanetli gəmisi iddiasını "tam cəfəngiyyat" və ciddi araşdırma aparan alimləri təhqir adlandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Neftçi" "Sabah"la bərabərə qaldı

"Neftçi" "Sabah"la bərabərə qaldı

Özbəkistanda qatar avtomobillə toqquşdu: 6 ölü var

Özbəkistanda qatar avtomobillə toqquşdu: 6 ölü var

Bakının işğaldan azad edilməsindən 107 il ötür

Bakının işğaldan azad edilməsindən 107 il ötür

Azərbaycanda Bilik Günüdür

Azərbaycanda Bilik Günüdür

Çinin Şandun əyaləti üzərində partlayış - VİDEO

Çinin Şandun əyaləti üzərində partlayış - VİDEO

“Biz Üçüncü dünya müharibəsinin astanasındayıq” - Berns

“Biz Üçüncü dünya müharibəsinin astanasındayıq” - Berns

Renka daha bunu etməyəcək

Renka daha bunu etməyəcək

İlham Əliyevin azyaşlı ilə səmimi dialoqu - VİDEO

İlham Əliyevin azyaşlı ilə səmimi dialoqu - VİDEO

Göygöldə qəza: 2 yaralı var

Göygöldə qəza: 2 yaralı var

Sabunçuda yenə eyni mənzərə - VİDEO

Sabunçuda yenə eyni mənzərə - VİDEO

Braziliya prezidenti Trampı dialoqa çağırdı

Braziliya prezidenti Trampı dialoqa çağırdı

Xankəndidə erməninin silahlı təxribata hazırlıq görməsinin görüntüləri yayıldı - VİDEO

Xankəndidə erməninin silahlı təxribata hazırlıq görməsinin görüntüləri yayıldı - VİDEO

Xankəndidə yaralanan polis Bakıya gətirildi

Xankəndidə yaralanan polis Bakıya gətirildi

Sökülən evlərin sakinləri ilə tikinti şirkətləri arasında kompensasiya DAVASI

Sökülən evlərin sakinləri ilə tikinti şirkətləri arasında kompensasiya DAVASI

Zelenski Rusiyanın neft emalı zavodlarına edilən zərbələrin əhəmiyyətindən danışdı

Zelenski Rusiyanın neft emalı zavodlarına edilən zərbələrin əhəmiyyətindən danışdı

Qohum evliliyi qadağasından sonra nikahların sayı AZALDI - VİDEO

Qohum evliliyi qadağasından sonra nikahların sayı AZALDI - VİDEO

“Aygün Bəylər buna görə kişi paltarı geyinirdi”

“Aygün Bəylər buna görə kişi paltarı geyinirdi”

Tramp Avropaya görün hansı şərti qoyub?

Tramp Avropaya görün hansı şərti qoyub?

İlk dəfə anasını paylaşdı - FOTO

İlk dəfə anasını paylaşdı - FOTO

"Formula-1"ə görə Bakıya nə qədər turist gələcək? - VİDEO

"Formula-1"ə görə Bakıya nə qədər turist gələcək? - VİDEO

İlham Əliyevin qonaq olduğu evdən GÖRÜNTÜLƏR

İlham Əliyevin qonaq olduğu evdən GÖRÜNTÜLƏR

Əməkdar artist: "Hamilə ola-ola məni boşadı" - FOTO

Əməkdar artist: "Hamilə ola-ola məni boşadı" - FOTO

Rusiyanın Xəzər donanması hərbi təlimlərə başladı

Rusiyanın Xəzər donanması hərbi təlimlərə başladı

Çexiya Polşaya helikopterlər göndərəcək

Çexiya Polşaya helikopterlər göndərəcək

End of content

No more pages to load

RADİO