Türkiyəli məşhur müğənni Halil Sezainin "Instagram" hesabı oğurlanıb.
Bizim.Media Türkiyə mətbuatına istinadla xəbər verir ki, müğənni 132 min izləyicisi olan hesabının oğurlanmasından sonra "Twitter" hesabından açıqlama verib:
"Orada boş-boş paylaşımlar olarsa, o mən deyiləm. Bu arada vallah halal olsun. O qədər qorunan hesabı necə oğurladınız? Çox istedadlı uşaqlarımız var".
Bizim.Media