Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan maraqlı açıqlaması ilə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, Akopyan yaxın vaxtlarda Si Cinpinin kitabını bitirdikdən sonra oxumağı planlaşdırdığı kitabın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müəllifi olduğu “Daha ədalətli dünya mümkündür” (“A Fairer World is Possible”) adlı əsər olduğunu deyib.
Onun bu açıqlaması Ermənistan cəmiyyətində birmənalı qarşılanmayıb.
Məlumat yerli və region mediasında geniş müzakirələrə səbəb olub.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan bu kitabında beynəlxalq ədalətsizliklər, BMT-nin struktur problemləri və qlobal nizamın dəyişməsinin zəruriliyindən bəhs edir.
Bizim.Media