Sülh müqaviləsinin paraflanması nə deməkdir? - İZAH

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ətrafında danışıqlar davam etdirilir. Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanın Əbu-Dabi görüşündən sonra sülh müqaviləsinin paraflanması ilə bağlı məlumatlar yayılmağa başlayıb.

Bəs sülh müqaviləsinin paraflanması dedikdə nə başa düşülür?

Bizim.Media xəbər verir ki, uzun illər diplomatik xidmətdə olmuş, siyasi elmlər doktoru, millət vəkili Rizvan Nəbiyev "Operativ Media"ya bildirib ki, paraflama ifadəsi diplomatiya və müqavilə hüquqi terminologiyasına aiddir. Beynəlxalq müqavilə mətninin iştirakçı tərəflər üçün bərabər autentik (yəni eyni) olmasının müəyyən edilməsində istifadə olunur.

Bu ifadə bir beynəlxalq müqavilənin və ya digər hər hansı beynəlxalq sənədin yekun mətninin tam razılaşdırıldığını göstərir, başqa sözlə onun mətninin dəyişdirilməyəcəyini təsdiqləyir.

Eyni zamanda paraflanma sənədin hələ imzalanması anlamına gəlmir.

Paraflanma razılaşdırılmış müqavilə layihəsi mətninin müvafiq səlahiyyətli nümayəndələr tərəfindən imzalanmadan əvvəl ilkin razılıq əlaməti olaraq paraflanması, yəni mətnin hər bir səhifəsinə öz ad və soyadlarının baş hərfləri və ya qısa imza formasını qoyması deməkdir. Bu prosedur, əsasən, danışıqların yekunlaşdığını və tərəflərin razılaşdırdığı mətnin artıq imzalanmağa hazır olduğunu təsdiqləyir.


"Razılaşdırılmış beynəlxalq müqavilələrin mətninin yəni müqavilə layihəsinin paraflanması məsələsi Müqavilələr hüququ haqqında 1969-cu il Vyana Konvensiyasının 10-cu maddəsində öz əksini tapmışdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası da bu Konvensiyaya 2017-ci ildə Milli Məclis tərəfindən ratifikasiya olunduqdan və müvafiq dövlətdaxili prosedurlar tamamlandıqdan sonra qoşulmuşdur.

Beynəlxalq müqavilələrin, eləcə də beynəlxalq müqavilə hesab olunmayan digər sənədlərin və ya siyasi xarakterli razılaşmaların paraflanması praktikası – istər ikitərəfli, istərsə də çoxtərəfli formatda razılaşdırılmış sənədlərə münasibətdə – həm beynəlxalq praktikada, həm də Azərbaycan Respublikasının müqavilələr hüququ təcrübəsində tətbiq olunur.

Beynəlxalq müqavilələrin imzalanması, sonrakı mərhələlərdə ratifikasiyası və dövlət başçısı tərəfindən təsdiqi müqavilənin hüquqi baxımından öhdəlik yaradan mərhələsinin yekunlaşmasıdır.

Belə ki, dövlət başçısı tərəfindən rəsmi səlahiyyətləndirilmiş şəxs müqaviləni imzalayır. İmzalanmadan sonra, əgər müvafiq qaydalarda nəzərdə tutulubsa, müqavilə ratifikasiya, təsdiq mərhələlərindən keçərək qüvvəyə minir. Bu prosedurların tamamlanması barədə isə tərəflər bir birinə diplomatik kanallarla bildiriş, yəni nota təqdim edirlər.

İkitərəfli beynəlxalq müqavilələr adətən üç nüsxədə imzalanır, iştiraçkçı dövlətlərin dövlət dilləri ilə yanaşı üçüncü dil olaraq BMT-nin işçi dillərindən birində.

Azərbaycan və Ermənistan arasında imzalanması planlaşdırılan sülh müqaviləsi də Azərbaycan və erməni dillərindəki mətnlərlə yanası, üçüncü bir dildə olan mətndən ibarət ola bilər. Bu ona görə edilir ki, Azərbaycan və erməni dilləri arasındakı mətnlər arasında hər hansı fikir ayrılığı , üçüncü bir dildə olan müqavilə mətni əsas götürülməklə istifadə edilə bilsin.

Qısaca desək, beynəlxalq müqavilələrin paraflanması tərəflər üçün hüquqi məcburliyi olan öhdəlik yaratmayan əsasən texniki razılaşma proseduru, imzalanma, ratifikasiya və təsdiq isə hüquqi öhdəlik doğuran rəsmi aktdır" - Rizvan Nəbiyev bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakının iki rayonunda QAZ OLMAYACAQ

Bakının iki rayonunda QAZ OLMAYACAQ

Piylənmə ilə mübarizəyə kömək edən qida əlavəsi KƏŞF EDİLDİ

Piylənmə ilə mübarizəyə kömək edən qida əlavəsi KƏŞF EDİLDİ

“Neftçi”nin yeni baş məşqçisi yanvarda gələcək

“Neftçi”nin yeni baş məşqçisi yanvarda gələcək

Sabiq icra başçısı oğlu ilə bağlı məhkəmədə İFADƏ VERDİ

Sabiq icra başçısı oğlu ilə bağlı məhkəmədə İFADƏ VERDİ

“Son 100 ildə Rusiya 19-dan çox ölkəyə hücum edib” - Kaya Kallas

“Son 100 ildə Rusiya 19-dan çox ölkəyə hücum edib” - Kaya Kallas

Stenford Universitetinə qəbul olan azərbaycanlı gəncin UĞUR HEKAYƏSİ

Stenford Universitetinə qəbul olan azərbaycanlı gəncin UĞUR HEKAYƏSİ

“Şəfa” qalib gəldi, “Səbail”dən gözlənilməz MƏĞLUBİYYƏT

“Şəfa” qalib gəldi, “Səbail”dən gözlənilməz MƏĞLUBİYYƏT

Əhməd İsmayılov Azərbaycanda səfərdə olan Özbəkistan nümayəndə heyəti ilə görüşüb - FOTO

Əhməd İsmayılov Azərbaycanda səfərdə olan Özbəkistan nümayəndə heyəti ilə görüşüb - FOTO

Leyla Əliyeva Lənkərandan PAYLAŞIM ETDİ - VİDEO

Leyla Əliyeva Lənkərandan PAYLAŞIM ETDİ - VİDEO

Arayikgilin məhkəməsində 6 təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib - FOTO

Arayikgilin məhkəməsində 6 təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib - FOTO

Rüfət Axundov yarım milyonluq maşınını GÖSTƏRDİ - VİDEO

Rüfət Axundov yarım milyonluq maşınını GÖSTƏRDİ - VİDEO

Azərbaycan və İtaliya XİN arasında strateji tərəfdaşlığın inkişafı müzakirə edildi - FOTO

Azərbaycan və İtaliya XİN arasında strateji tərəfdaşlığın inkişafı müzakirə edildi - FOTO

Qroznıya PUA hücumu oldu - VİDEO

Qroznıya PUA hücumu oldu - VİDEO

Gəncədəki qəzada ölən və xəsarət alan şəxslərin kimliyi BİLİNDİ - FOTO

Gəncədəki qəzada ölən və xəsarət alan şəxslərin kimliyi BİLİNDİ - FOTO

“Səbail” baş məşqçini istefaya GÖNDƏRDİ

“Səbail” baş məşqçini istefaya GÖNDƏRDİ

"Yanar dağ" qoruğunun yaxınlığında metan qazı AŞKARLANDI - FOTO

"Yanar dağ" qoruğunun yaxınlığında metan qazı AŞKARLANDI - FOTO

Alim Qasımovun nəvəsinin TOYU OLACAQ - VİDEO

Alim Qasımovun nəvəsinin TOYU OLACAQ - VİDEO

Gəncədə avtobusla minik maşınının toqquşması nəticəsində xəsarət alan şəxslərin SON DURUMU

Gəncədə avtobusla minik maşınının toqquşması nəticəsində xəsarət alan şəxslərin SON DURUMU

Beynəlxalq axtarışda olan Rusiya vətəndaşı ölkəsinə ekstradisiya edildi

Beynəlxalq axtarışda olan Rusiya vətəndaşı ölkəsinə ekstradisiya edildi

"Şəfa" qalib gəldi, "Səbail" UDUZDU

"Şəfa" qalib gəldi, "Səbail" UDUZDU

Babək Rayon Mərkəzi Xəstəxanasının maddi-texniki bazası gücləndirilib - FOTO

Babək Rayon Mərkəzi Xəstəxanasının maddi-texniki bazası gücləndirilib - FOTO

Ofisiantların ölümünə səbəb olan elektrik xətti Mehdiyevlərin bağına gedirmiş - FOTO

Ofisiantların ölümünə səbəb olan elektrik xətti Mehdiyevlərin bağına gedirmiş - FOTO

Honq Konqdakı yanğında ölənlərin sayı ARTDI - VİDEO

Honq Konqdakı yanğında ölənlərin sayı ARTDI - VİDEO

“Nyukasl” klubu UEFA-ya rəsmi şikayət ÜNVANLAYACAQ

“Nyukasl” klubu UEFA-ya rəsmi şikayət ÜNVANLAYACAQ

End of content

No more pages to load

RADİO