Dünyanın gözü AĞ EVDƏ - Trampın Rusiyaya verdiyi vaxt başa çatır - EKSKLÜZİV TƏHLİL

Donald Trampın əmri ilə yeri dəyişdirilən ABŞ-nin iki nüvə sualtı qayığı artıq təyin olunmuş əraziyə çatıb. Bu barədə amerikalı lider Bedminsterdən (Nyu Cersi) Vaşinqtona uçmazdan əvvəl jurnalistlərə bildirib.

“Onlar artıq regiondadırlar, lazım olan yerdədirlər”, - Tramp bildirib.
 

Bundan əvvəl o, “Newsmax” telekanalına müsahibəsində sualtı qayıqların Rusiyaya daha yaxın yerləşdiriləcəyini qeyd etsə də, onların dəqiq yerini açıqlamaqdan imtina edib.


Ağ Evin rəhbəri yerdəyişmə qərarını Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin sərt bəyanatlarına cavab vermək zərurəti ilə izah edib.

Həmçinin Tramp qeyd edib ki, avqustun 8-dək Ukraynada atəşkəs əldə olunmasa, ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək.

Bizim.Media mövzunu amerikalı və rusiyalı politoloqlarla müzakirə edib. Amerikalı siyasi şərhçi və geosiyasət sahəsində ekspert Con Varoli və Rusiya Strateji araşdırmalar mərkəzinin müdir müavini Daria Qrevtsova hesab edir ki, Tramp sözünün üstündə durmayacaq.

Dari Qrevtsova qeyd edib ki, Trampın ritorikası həmişə ictimaiyyətə effektli görünür.

Onun bu cəlbedici və gözəl çıxışlarının arxasında çox zaman konkret hərəkət dayanmır:

“Buradan başa düşürük ki, Rusiya ilə ABŞ arasında gərginliyin əsas səbəbi sistemli xarakter daşıyır. Bu, ilk növbədə iki böyük dövlətin geosiyasi qarşıdurmasıdır. ABŞ Rusiyanı qlobal nizam üçün təhdid olaraq görür, Rusiya isə hesab edir ki, Qərb onu zəiflətmək və resurslarını əlindən almaq istəyir. NATO-nun genişlənməsi də bu qarşıdurmanın bir hissəsidir.
 

Moskva artıq onilliklərdir ki, Alyansın sərhədlərinə yaxınlaşmasına qarşı çıxır. Ukrayna məsələsində biz bunun necə baş verdiyini gördük – bu, bəlkə də Rusiyanın sonuncu “qırmızı xətti” idi”.


Qrevtsova əlavə edib ki, buna ideoloji qarşıdurma da əlavə olunur – Rusiyanın avtoritar modeli Qərbin liberal-demokratik sistemi ilə ziddiyyət təşkil edir.

“Qərbin Rusiyaya öz modelini və dəyərlərini sırımaq istəyi, Rusiyanı suverenlikdən məhrum edib onu Qərbə tabe etməyə yönəlib. Rusiya isə, təbii ki, bunu qəbul edə bilməz.
 

Rusiya ABŞ-ı nə dərəcədə ciddi qəbul edir? Əlbəttə ki, ABŞ prezidentinin sözlərini nəzərə alır, lakin müəyyən şərtlərlə. Əgər burada nüvə müharibəsindən söhbət gedirsə, Rusiya ilə ABŞ arasında nüvə pariteti mövcuddur.


Buna görə də hər iki tərəf daha çox dolayı – yəni “proksi” münaqişələr vasitəsilə hərəkət edəcək. Hazırda bu proksi münaqişə Ukraynadır, amma gələcəkdə digər bölgələr – məsələn, Afrika, Yaxın Şərq, Suriya və ya İran ola bilər”.

Varoli bildirir ki, ABŞ-da “Ohio” sinfinə aid 14 sualtı qayıq var. Bunlar nüvə raketləri daşıyır.

Onların 12-si istənilən anda aktiv vəziyyətdədir, digər ikisi isə təmir olunur:
 

“Beləliklə, bu 12 qayığın təxminən dördü Sakit okeanda, dördü Şimal buzlu okeanda və dördü isə Atlantik okeanın şimalındadır. Yəni bunların hamısı Rusiyanı vura biləcək məsafədə yerləşir.


Bəs Tramp iki sualtı qayığı Rusiyaya göndərməkdən danışanda nəyi nəzərdə tutur? Təmir olunan həmin iki qayığı? Bu, axmaqlıqdır, çünki onlar hazır deyil. Onlar təmir olunurlar, dənizə çıxmaq üçün hazır deyillər.
 

Əgər Tramp, həqiqətən də onları göndərərsə və həmin qayığın biri bu ay və ya gələn ay ərzində batsa, biz biləcəyik ki, o dəniz səfərinə çıxmaq üçün hazır deyildi”.



Görünən mənzərə onu deməyə əsas verir ki, Rusiya-ABŞ gərginliyinin seyrinin necə dəyişəcəyi 8 avqust tarixində bəlli olacaq. Onsuzda sanksiyalarla boğulan Rusiyaya qarşı ABŞ-nin hansı istiqamətlərdə sanksiya tətbiq edəcəyi isə sual olaraq qalır.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Konqoda 2 gəmi batdı - 200-dən çox insan həlak oldu

Konqoda 2 gəmi batdı - 200-dən çox insan həlak oldu

Polşa öz ərazisində NATO qüvvələrinin yerləşdirilməsinə razılıq verdi

Polşa öz ərazisində NATO qüvvələrinin yerləşdirilməsinə razılıq verdi

"Neftçi" "Sabah"la bərabərə qaldı

"Neftçi" "Sabah"la bərabərə qaldı

Özbəkistanda qatar avtomobillə toqquşdu: 6 ölü var

Özbəkistanda qatar avtomobillə toqquşdu: 6 ölü var

Bakının işğaldan azad edilməsindən 107 il ötür

Bakının işğaldan azad edilməsindən 107 il ötür

Azərbaycanda Bilik Günüdür

Azərbaycanda Bilik Günüdür

Çinin Şandun əyaləti üzərində partlayış - VİDEO

Çinin Şandun əyaləti üzərində partlayış - VİDEO

“Biz Üçüncü dünya müharibəsinin astanasındayıq” - Berns

“Biz Üçüncü dünya müharibəsinin astanasındayıq” - Berns

Renka daha bunu etməyəcək

Renka daha bunu etməyəcək

İlham Əliyevin azyaşlı ilə səmimi dialoqu - VİDEO

İlham Əliyevin azyaşlı ilə səmimi dialoqu - VİDEO

Göygöldə qəza: 2 yaralı var

Göygöldə qəza: 2 yaralı var

Sabunçuda yenə eyni mənzərə - VİDEO

Sabunçuda yenə eyni mənzərə - VİDEO

Braziliya prezidenti Trampı dialoqa çağırdı

Braziliya prezidenti Trampı dialoqa çağırdı

Xankəndidə erməninin silahlı təxribata hazırlıq görməsinin görüntüləri yayıldı - VİDEO

Xankəndidə erməninin silahlı təxribata hazırlıq görməsinin görüntüləri yayıldı - VİDEO

Xankəndidə yaralanan polis Bakıya gətirildi

Xankəndidə yaralanan polis Bakıya gətirildi

Sökülən evlərin sakinləri ilə tikinti şirkətləri arasında kompensasiya DAVASI

Sökülən evlərin sakinləri ilə tikinti şirkətləri arasında kompensasiya DAVASI

Zelenski Rusiyanın neft emalı zavodlarına edilən zərbələrin əhəmiyyətindən danışdı

Zelenski Rusiyanın neft emalı zavodlarına edilən zərbələrin əhəmiyyətindən danışdı

Qohum evliliyi qadağasından sonra nikahların sayı AZALDI - VİDEO

Qohum evliliyi qadağasından sonra nikahların sayı AZALDI - VİDEO

“Aygün Bəylər buna görə kişi paltarı geyinirdi”

“Aygün Bəylər buna görə kişi paltarı geyinirdi”

Tramp Avropaya görün hansı şərti qoyub?

Tramp Avropaya görün hansı şərti qoyub?

İlk dəfə anasını paylaşdı - FOTO

İlk dəfə anasını paylaşdı - FOTO

"Formula-1"ə görə Bakıya nə qədər turist gələcək? - VİDEO

"Formula-1"ə görə Bakıya nə qədər turist gələcək? - VİDEO

İlham Əliyevin qonaq olduğu evdən GÖRÜNTÜLƏR

İlham Əliyevin qonaq olduğu evdən GÖRÜNTÜLƏR

Əməkdar artist: "Hamilə ola-ola məni boşadı" - FOTO

Əməkdar artist: "Hamilə ola-ola məni boşadı" - FOTO

End of content

No more pages to load

RADİO