Trampdan dünyanı qorxuya salan ADDIM – Nüvə müharibəsi yenidən GÜNDƏMDƏ

Ukrayna ilə Rusiya arasında 3 il yarımdır davam edən müharibə deyəsən artıq daha geniş və təhlükəli maştabda yayılmaq həddinə gəlib.

Məlumatlara görə, ABŞ Prezidenti Donald Trampın əmrinə əsasən Rusiya sərhədlərinə doğru istiqamət götürən bu ölkənin iki nüvə sualtı qayığı artıq təyin olunmuş əraziyə çatıb. Bu barədə jurnalistlərə açıqlamasında məlumat verən Tramp onların artıq regionda, “lazım olan yerdə” olduğunu bildirib.

Qeyd edək ki, Ağ Evin rəhbəri nüvə sualtı qayıqları ilə bağlı yerdəyişmə qərarını Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin sərt bəyanatlarına cavab vermək zərurəti ilə izah edib.

Xatırladaq ki, Medvedev iyulun 28-də ABŞ liderinin Moskva ilə “ultimatum oyunu” oynadığını deyib. Onun sözlərinə görə, Tramp başa düşməlidir ki, Rusiya tərəfi nə İsrail, nə də İrandır və Moskva hər yeni təhdidi ABŞ ilə müharibəyə doğru növbəti addım kimi qiymətləndirir.

Tramp isə öz növbəsində Medvedevi Rusiyanın uğursuz sabiq prezidenti adlandırıb.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında AVP sədri Fəzail Ağamalı Medvedevi məsuliyyətsiz şəxs kimi xarakterizə edib:

“Onun danışıqları, fikirləri həmişə problem yaradır.

Açıqlamalarında kifayət qədər ziddiyyətlər var. Ancaq güman etmirəm ki, Medvedev dedikləri birbaşa onun öz təşəbbüsünün məhsuludur. Fikrimcə, Putin ətrafdakı komandasında kimin hansı söz deməli olduğunu sistemləşdirib.

Tramp Medvedyevin fikrini haqlı olaraq ciddiyə alıb. Çünki Medvedyev sıradan biri deyil. Ona görə də Tramp onun fikrinə ciddi əhəmiyyət verərək, hazır olmağı gündəliyə gətirdi. Ancaq dünyanın nüvə müharibəsinə doğru sürükləndiyini güman etmirəm. Bu ritorik fikirlərdir”.

Partiya sədri avqustun 8-dən sonra Trampın atacağı addımları gözləməyi məsləhət görüb:

“O, bu gün bir söz deyir, sabah isə onu fərqli şəkildə təkzib edir. Avqustun 8-nə qədər o, Rusiyaya atəşkəslə bağlı həyata keçəcək təkliflə çıxış etməsə, vəziyyət mürəkkəbləşə bilər. Bu da iki istiqamətdə özünü göstərəcək. Rusiyaya qarşı daha ağır və kəskin sanksiyalar gündəmə gələcək. Digər tərəfdən isə Ukrayna ciddi şəkildə öldürücü silahlarla silahlandırılacaq. Bunlar tətbiq olunarsa, Putin müharibəni dayandıra bilər. Putin fərqli siyasətçidir, onu sözlə aldatmaq,” başının altına yastıq qoymaq” mümkün deyil”.

“Vəziyyət daha da gərginləşir”

Milli Məclisin deputatı Ceyhun Məmmədov isə qeyd edir ki, dünyanın nüvə müharibəsinə doğru sürüklənməsi prosesin vəziyyəti, gedişaatından asılı bir məsələdir:
 

“Proseslərin bu formada inkişafı dünya üçün yaxşı heç nə vəd etmir. Gərginliyin getdikcə daha da artacağı gözlənilir. Bunun da ciddi səbəbləri var.


Tərəflərin heç biri geri çəkilmək istəmir. Xüsusən də Rusiyanın özünü bu formada aparması münasibətləri daha da gərginləşdirir. Medvedev ilk dəfə deyil ki, belə danışır. Amma hər dəfə də cavabını alır. ABŞ özünün atom sualtı gəmilərini Rusiya sahillərinə göndərdi. Bu fonda Moskva tərəflərin texniki detalları dəqiqləşdirdikdən sonra Putinin Zelenski ilə görüşə biləcəyi barədə açıqlama verib. Bunun özü də müsbət açıqlamadır”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ucuz geyimin “bahalı” ZƏRƏRİ – “Temu”dan alınan geyimlərin YARATDIĞI TƏHLÜKƏ

Ucuz geyimin “bahalı” ZƏRƏRİ – “Temu”dan alınan geyimlərin YARATDIĞI TƏHLÜKƏ

Özbəkistan Rusiyaya nota verdi

Özbəkistan Rusiyaya nota verdi

Ən DALAŞQAN bürclər açıqlandı

Ən DALAŞQAN bürclər açıqlandı

Vətəndaşlar istədiyi vaxtda pensiyaya çıxa biləcəklər?

Vətəndaşlar istədiyi vaxtda pensiyaya çıxa biləcəklər?

“O məktəblər ya bağlanacaq, ya da əvəzlənəcək”

“O məktəblər ya bağlanacaq, ya da əvəzlənəcək”

Tarix Əliyev Canananı ifşa etdi — “Kərim ailə sahibidir, sən isə...”

Tarix Əliyev Canananı ifşa etdi — “Kərim ailə sahibidir, sən isə...”

Çempionlar Liqası: "Qarabağ" "Benfika"ın qonağı olacaq

Çempionlar Liqası: "Qarabağ" "Benfika"ın qonağı olacaq

Manatın taleyi necə olacaq? - Mühüm məlumat

Manatın taleyi necə olacaq? - Mühüm məlumat

Dərsi rep formasında keçən müəllimə REAKSİYA – VİDEO

Dərsi rep formasında keçən müəllimə REAKSİYA – VİDEO

Tramp: “İsrail daha Qətərə zərbə endirməyəcək”

Tramp: “İsrail daha Qətərə zərbə endirməyəcək”

Kürdəmirdə ağır qəza - Ölən və xəsarət alan var – FOTO

Kürdəmirdə ağır qəza - Ölən və xəsarət alan var – FOTO

Mahmud Qurbanov: “”Qarabağ” Bakıya sərfəli nəticə ilə qayıda bilər”

Mahmud Qurbanov: “”Qarabağ” Bakıya sərfəli nəticə ilə qayıda bilər”

BİZİM TƏQVİM: 16 sentyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 16 sentyabrda baş vermiş tarixi hadisələr

Zaqatalada fındıq bağında meyit TAPILDI

Zaqatalada fındıq bağında meyit TAPILDI

"Ən yaxşı oyunlarımızdan birini göstərəcəyik" - Kadi

"Ən yaxşı oyunlarımızdan birini göstərəcəyik" - Kadi

Mərkəzi Bank Beynəlxalq Maliyyə Maarifləndirilməsi Şəbəkəsinə tamhüquqlu ÜZV OLDU

Mərkəzi Bank Beynəlxalq Maliyyə Maarifləndirilməsi Şəbəkəsinə tamhüquqlu ÜZV OLDU

“Qarabağ”ın sabiq futbolçusu İsrail klubuna KEÇDİ

“Qarabağ”ın sabiq futbolçusu İsrail klubuna KEÇDİ

Bir meyvə, min faydası: Heyvanın sirri

Bir meyvə, min faydası: Heyvanın sirri

Rafael Dadaşovun öz adını daşıyan nəvəsi İLK DƏFƏ - VİDEO

Rafael Dadaşovun öz adını daşıyan nəvəsi İLK DƏFƏ - VİDEO

Dünya çempionatı: Güləşçimiz bürünc medal qazandı

Dünya çempionatı: Güləşçimiz bürünc medal qazandı

Polşanın hökumət binaları üzərində dron göründü – Tusk

Polşanın hökumət binaları üzərində dron göründü – Tusk

Yaşarın da qızı birinci sinfə getdi - FOTO

Yaşarın da qızı birinci sinfə getdi - FOTO

İsveçli idmançıdan 14-cü DÜNYA REKORDU

İsveçli idmançıdan 14-cü DÜNYA REKORDU

Fələstinlilər kütləvi şəkildə Qəzzanı TƏRK EDİRLƏR

Fələstinlilər kütləvi şəkildə Qəzzanı TƏRK EDİRLƏR

End of content

No more pages to load

RADİO