Əvvəl Rusiya, indi də ABŞ ORDUSU – Ermənistan qlobal güclərin toqquşma meydanına ÇEVRİLİR

Xəbər verdiyimiz kimi, son günlər Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasına silah, texnika, hətta əlavə qüvvələr toplanır. Məlumata görə, hər gün bazaya bir neçə rus yük təyyarəsi enir.

Bununla paralel olaraq, İrəvan ABŞ-la növbəti birgə hərbi təlimlərə də start verəcək. 12-20 avqust tarixlərində Ermənistanda “Eagle Partner – 2025” adı altında Ermənistan-ABŞ hərbi təlimləri keçiriləcək. Təlimlərdə Ermənistanın sülhməramlı briqadasının şəxsi heyəti, habelə ABŞ Quru Qoşunlarının Avropa və Afrikadakı briqadalı və Kanzasda yerləşən Milli Qvardiyanın hərbçiləri iştirak edəcək. Görünən odur ki, seçkilər yaxınlaşdıqca Ermənistanda böyük güclər daha da aktivləşir.

Ermənistan böyük güclərin toqquşma meydanına çevrilir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, İrəvan bir neçə stulda oturmaq istəyir və onun bu seçiminə də bütün ölkələr normal yanaşırlar:

“Məsələ ondadır ki, əksər postsovet dövlətləri, hətta KTMT-yə üzv olan ölkələrin,  o cümlədən Ermənistanın da NATO ilə təmasları var. Hətta onlar NATO-nun “sülh naminə tərəfdaşlıq” proqramında da iştirak ediblər. Yəni bunlar bir-birini istisna etmir. Yalnız bir neçə postsovet ölkəsi özlərinin NATO-ya üzvlükdə israr edirdi. Bunlar Ukrayna, Gürcüstan və Moldovadır. Amma onlarla bağlı proseslərin necə inkişaf etdiyi də göz qabağındadır. Onların NATO arzusu reallaşmadı”.

Ermənistana gəldikdə, ekspertin fikrincə, bu ölkə o dərəcədə yararsız subyektdir ki, nə onun özünün müqəddəratı, nə də xarici siyasi paradiqmalarının nəyə bağlı olduğu bəlli deyil:

“İrəvan bütün stullarda oturmaq istəyir və onun bu seçiminə də bütün ölkələr normal yanaşır. Bilirlər ki, Ermənistan problemli məmləkətdir, digər tərəfdən, özünü sığortalamaq üçün daim öz yükünü kimlərinsə üzərinə atmağa çalışır.

Ermənistan müxalifəti Moskva ilə münasibətləri düzəldib, Azərbaycana zərbə endirməyi düşünür:

İndi Rusiya ilə Azərbaycan arasında nisbətən soyuq münasibətlər yaranıb. Ermənistandakı indiki müxalifət isə çalışır ki, Rusiya ilə münasibətlərini düzəldib, bununla da Azərbaycana zərbə endirsinlər. Rusiyanın Ermənistanla bağlı planları var və hələlik onun şıltaqlığına göz yumur”.

T. Abbasov düşünür ki, Ermənistanın dəqiq seçim etmək məcburiyyətində qalacağı həssas məqam artıq yetişə bilər:

“Seçkilər yaxınlaşdıqca Paşinyan çalışacaq ki, çoxsaylı manevrlərdən istifadə etsin. Buna onun imkanları var. Paşinyan kilsəyə güc göstərirsə, deməli nəyəsə güvənir.

Bu mənada Gümrüyə göndərilən əlavə qüvvə və silahların, habelə ABŞ-la birgə keçirilən hərbi təlimlərin bilavasitə hər hansı bir risk oyadacağını düşünmürəm. Əlbəttə ki, potensial baxımdan risk yarada da bilər”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zaqatalada fındıq bağında meyit TAPILDI

Zaqatalada fındıq bağında meyit TAPILDI

"Ən yaxşı oyunlarımızdan birini göstərəcəyik" - Kadi

"Ən yaxşı oyunlarımızdan birini göstərəcəyik" - Kadi

Mərkəzi Bank Beynəlxalq Maliyyə Maarifləndirilməsi Şəbəkəsinə tamhüquqlu ÜZV OLDU

Mərkəzi Bank Beynəlxalq Maliyyə Maarifləndirilməsi Şəbəkəsinə tamhüquqlu ÜZV OLDU

“Qarabağ”ın sabiq futbolçusu İsrail klubuna KEÇDİ

“Qarabağ”ın sabiq futbolçusu İsrail klubuna KEÇDİ

Bir meyvə, min faydası: Heyvanın sirri

Bir meyvə, min faydası: Heyvanın sirri

Rafael Dadaşovun öz adını daşıyan nəvəsi İLK DƏFƏ - VİDEO

Rafael Dadaşovun öz adını daşıyan nəvəsi İLK DƏFƏ - VİDEO

Dünya çempionatı: Güləşçimiz bürünc medal qazandı

Dünya çempionatı: Güləşçimiz bürünc medal qazandı

Polşanın hökumət binaları üzərində dron göründü – Tusk

Polşanın hökumət binaları üzərində dron göründü – Tusk

Yaşarın da qızı birinci sinfə getdi - FOTO

Yaşarın da qızı birinci sinfə getdi - FOTO

İsveçli idmançıdan 14-cü DÜNYA REKORDU

İsveçli idmançıdan 14-cü DÜNYA REKORDU

Fələstinlilər kütləvi şəkildə Qəzzanı TƏRK EDİRLƏR

Fələstinlilər kütləvi şəkildə Qəzzanı TƏRK EDİRLƏR

Sabah Bakının 2 rayonunda QAZ OLMAYACAQ

Sabah Bakının 2 rayonunda QAZ OLMAYACAQ

İlk sürücüsüz elektrik avtobusu sınaqdan keçirildi - FOTO

İlk sürücüsüz elektrik avtobusu sınaqdan keçirildi - FOTO

İkinci Liqa: “Şəmkir” və “Şirvan” qələbə QAZANDI

İkinci Liqa: “Şəmkir” və “Şirvan” qələbə QAZANDI

Britaniya Polşa səmasını qorumaq üçün qırıcı təyyarələr GÖNDƏRƏCƏK

Britaniya Polşa səmasını qorumaq üçün qırıcı təyyarələr GÖNDƏRƏCƏK

Buna görə ad günü keçirtmir

Buna görə ad günü keçirtmir

“Çarli Kirkin qətlini alqışlayan əcnəbilərə ABŞ vizası verilməməlidir” - Rubio

“Çarli Kirkin qətlini alqışlayan əcnəbilərə ABŞ vizası verilməməlidir” - Rubio

Azərbaycan klubu ukraynalı legioner TRANSFER ETDİ

Azərbaycan klubu ukraynalı legioner TRANSFER ETDİ

Faiq Ağayev: “Mənim kəbinli arvadım var” - VİDEO

Faiq Ağayev: “Mənim kəbinli arvadım var” - VİDEO

Prezident Daşbulaq sakininin ata evi ilə bağlı TAPŞIRIQ VERDİ - VİDEO

Prezident Daşbulaq sakininin ata evi ilə bağlı TAPŞIRIQ VERDİ - VİDEO

“İsrail təcridə hazırlaşmalıdır” - Netanyahu

“İsrail təcridə hazırlaşmalıdır” - Netanyahu

“Qarabağ”la oyundan öncə “Benfika”da CİDDİ İTKİLƏR

“Qarabağ”la oyundan öncə “Benfika”da CİDDİ İTKİLƏR

Mehin ərə gedir

Mehin ərə gedir

Qızılın dəyəri TARİXİ MAKSİMUMA yüksəldi

Qızılın dəyəri TARİXİ MAKSİMUMA yüksəldi

End of content

No more pages to load

RADİO