Türkiyənin Bingöl vilayətində 5.2 bal gücündə zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, zəlzələ bu gün yerli vaxtla 21:28-də qeydə alınıb, yerin 15,51 kilometr dərinliyində baş verib.
Dağıntı və itkilər barədə hələlik məlumat verilməyib.
Bizim.Media