Fatma Mahmudova: “Afaq Bəşirqızı səhnədə olmasa, mən də yoxam”

Son günlər sənət aləmində maraqlı bir xəbər yayılıb. Xalq artisti Afaq Bəşirqızı bildirib ki, yaxın zamanda həmkarı Fatma Mahmudova ilə birlikdə səhnəyə çıxacaqlar. Bu açıqlama aktrisa Fatma Mahmudovanın sənətə dönüşü barədə suallar yaradıb.

Mövzu ilə bağlı Bizim.Media əməkdar artistin özü ilə əlaqə saxlayıb.

Fatma Mahmudova səhnədən tamamilə getmədiyini bildirib:

“Mən hələ ölməmişəm, yaşayıram və səhnədən də getməmişəm. Sadəcə səhhətimdə problemlər var. Ən böyük arzum Afaq Bəşirqızının səhnəyə qayıtmasıdır. O qayıtsa, biz birlikdə işləyəcəyik. Hazırda sağlamlığım tam qaydasında deyil, vəziyyətim ağırdır. Amma ruhən səhnəyə qayıtmağa hazıram”.

Fatma Mahmudova Afaq Bəşirqızı ilə ilk olaraq hansı tamaşada səhnəyə çıxacağı ilə bağlı da danışdı:

“Afaq xanımla hər ikimizin çox sevdiyi tamaşa var – “Bankir adaxlı”. Əgər ömür vəfa etsə, o tamaşada birlikdə oynayacağıq. Afaq Bəşirqızı səhnənin kraliçasıdır. Onun geri dönüşü məni də ruhlandıracaq. Bu gün onu səhnədə yamsılayırlar, amma heç kim Afaq Bəşirqızı ola bilməz. O, əvəzedilməz sənətkardır”. 

Sənətçi səhnədə güclü tərəf müqabili ilə çıxış etməyin vacibliyinə də toxundu:

“Mənim tərəf müqabilim güclü olmalıdır. O da yalnız Afaq Bəşirqızıdır. O da eyni ilə qarşısındakı aktyorun güclü olmasını istəyir. Mən də geri dönəcəyəm”.

Sonda səhhətindəki çətinliklərə toxunaraq diqqətsizlikdən gileyləndi:

“Yıxılmışam, ağır vəziyyətdəyəm. Maraqlanan yoxdur. Bu, çox çətin bir durumdur”.

Fatma Mahmudova söhbətinin sonunda göz yaşlarını saxlaya bilməyib bir daha Afaq Bəşirqızına olan sevgisini və səhnəyə bağlılığını vurğuladı:

“Afaq olmasa, mən də yoxam. Onsuz səhnə boşdur”.

Aygün Hüseyn, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezident təqaüdçüləri hansı universitetlərdə oxuyurlar? - SİYAHI

Prezident təqaüdçüləri hansı universitetlərdə oxuyurlar? - SİYAHI

Tramp HƏMAS-ı hədələdi - Nümayəndə heyətləri Misirə gedir

Tramp HƏMAS-ı hədələdi - Nümayəndə heyətləri Misirə gedir

Vuçiç: “Hamı müharibəyə hazırlaşırsa, deməli, o, doğrudan da olacaq”

Vuçiç: “Hamı müharibəyə hazırlaşırsa, deməli, o, doğrudan da olacaq”

Zaxarovanın səsi ilə VİDEO yayıldı

Zaxarovanın səsi ilə VİDEO yayıldı

Ərdoğan sabah Azərbaycana gələcək

Ərdoğan sabah Azərbaycana gələcək

Göygöldə iki maşın toqquşdu: 4 nəfər xəsarət aldı

Göygöldə iki maşın toqquşdu: 4 nəfər xəsarət aldı

Türkiyədə 3 yaşlı uşağın qida borusundan 19 maqnit çıxarıldı

Türkiyədə 3 yaşlı uşağın qida borusundan 19 maqnit çıxarıldı

Fransada yeni hökumət - ADLAR

Fransada yeni hökumət - ADLAR

Şəmkirdə piyadanı öldürüb qaçan sürücü saxlanıldı

Şəmkirdə piyadanı öldürüb qaçan sürücü saxlanıldı

Tərtərdə ağır qəza: 1 ölü, 1 yaralı var - FOTO

Tərtərdə ağır qəza: 1 ölü, 1 yaralı var - FOTO

Gürcülər yenidən Tbilisi küçələrində

Gürcülər yenidən Tbilisi küçələrində

Ukraynada keçirilən paradda balaca qızın dünyaya səs salan tamaşasından 4 il ötür - VİDEO

Ukraynada keçirilən paradda balaca qızın dünyaya səs salan tamaşasından 4 il ötür - VİDEO

İtaliya A Seriyası: "Napoli" geridönüşlə qalib gəldi

İtaliya A Seriyası: "Napoli" geridönüşlə qalib gəldi

Özü azərbaycanlı, əri Qəzzadandır - Bakıya gətirilən ailə danışdı - VİDEO

Özü azərbaycanlı, əri Qəzzadandır - Bakıya gətirilən ailə danışdı - VİDEO

Evimizdəki "Wi-Fi" təhlükəsi

Evimizdəki "Wi-Fi" təhlükəsi

Netanyahu sabah Qəzza danışıqları üçün Misirə nümayəndə göndərəcək

Netanyahu sabah Qəzza danışıqları üçün Misirə nümayəndə göndərəcək

Pentaqonda jurnalistlər üçün qaydalar sərtləşdirilir

Pentaqonda jurnalistlər üçün qaydalar sərtləşdirilir

Suriyada hakimiyyət dəyişikliyindən sonra ilk dəfə parlament seçkisi keçirildi - VİDEO

Suriyada hakimiyyət dəyişikliyindən sonra ilk dəfə parlament seçkisi keçirildi - VİDEO

İstanbuldakı konserti ləğv olundu

İstanbuldakı konserti ləğv olundu

Xankəndidə yarışlara qatılan gənc idmançılar Şuşanı gəzdilər - FOTO

Xankəndidə yarışlara qatılan gənc idmançılar Şuşanı gəzdilər - FOTO

Makronun Azərbaycana qarşı mövqeyi niyə dəyişdi? - VİDEO

Makronun Azərbaycana qarşı mövqeyi niyə dəyişdi? - VİDEO

Sənədsiz evlər problemi: Yüzlərlə ailə çıxarış gözləyir - VİDEO

Sənədsiz evlər problemi: Yüzlərlə ailə çıxarış gözləyir - VİDEO

Aİ liderləri Gürcüstanla bağlı birgə bəyanat yaydılar

Aİ liderləri Gürcüstanla bağlı birgə bəyanat yaydılar

Moldovada hakim partiya parlament seçkilərində 50,20% səs toplayıb

Moldovada hakim partiya parlament seçkilərində 50,20% səs toplayıb

End of content

No more pages to load

RADİO