“Temu”nun manata hörmətsizliyi – Azərbaycan puluna əl-ayaq siləcəklər?! – FOTO

Çinin məşhur Temu onlayn satış platforması Azərbaycan manatının təsvirinin dəsmal üzərində həkk edib. Bu isə cəmiyyətdə haqlı narazılıq doğurub. Söhbət adi dizayndan yox, milli valyutamızın əl-ayaq silinəcək məişət məhsulunun üzərinə vurulmasından gedir.

Pul sadəcə əskinas deyil, onun üzərindəki hər detal milli simvoldur. Temu kimi beynəlxalq platformalar əslində bilməmiş olmazlar ki, dövlətlərin milli valyutasını icazəsiz ticari məqsədlərlə istifadə etmək yasaqdır. Belə hallara görə dünyanın bir çox ölkələrində qadağalar olur. Məsələn Yaponiyada, Böyük Britaniyada və bir sıra Avropa Birliyi ölkələrində milli valyutanın təsvirindən kommersiya məqsədilə istifadə qanunla tənzimlənir. Dəsmal, ayaqqabı, xalça kimi ayaqaltı məişət əşyalarına milli valyutanı həkk etmək olmaz. Əks təqdirdə inzibati məsuliyyət daşınılır.
 

MÖVZU İLƏ BAĞLI:

"Temu"nun fırıldağı üzə çıxdı - FOTO


Azərbaycan qanunvericiliyində milli valyutaya qarşı hörmətsiz davranışla bağlı məsuliyyət nəzərdə tutulur, amma bu məsuliyyət əsasən ölkə daxilində baş verən hallara şamil olunur.

Xaricdə baş verən hallara isə birbaşa tətbiqi yoxdur.

Hüquqşünas Əkrəm Həsənov isə bu barədə nikbindir. Mövzuyla bağlı Bizim.Media-ya açıqlamasında o, Temunun bu saymazlığında hər hansı qanun pozuntusu görmür və deyir ki, belə məsələlərə artıq rahat yanaşmağı öyrənməliyik:

“Bu ancaq, bizim kimi kiçik dövlətlərdə belə qarşılanır. Böyük dövlətlər buna əhəmiyyət vermir. Pulumuzu kimsə təsvir edib, burda nə var ki?! Hər hansı biədəb yerdə etməyib ki... Bir çox ölkələrdə belə təsvirlər var. Təsvir etməkdə heç bir problem yoxdur. Bu həqiqi pul deyil, təsvirdir. Elə Azərbaycanda da pulu dəsmala həkk etsələr, onu hansı maddə ilə məsuliyyətə cəlb edəcəklər?

Yəni ölkədə də qadağan deyil. Əgər qadağan olunsa belə, ölkə daxilində qalacaq. Hər hansı qadağa mexanizmi olsa, bəli xaricdə belə hallara məhdudiyyət qoymaq olar”.

Xoşbəxtlikdən cəmiyyətdə fərqli düşünənlərimiz, “kiçik dövlət” olsaq da, böyük dəyərlərimi üstün tutanlarımız çoxdur. Bu cür hallara qarşı hüquqi addımlar atıla bilməsə də, qınaq mütləq olmalıdır ki, sabah pulumuzu, bayrağımızı kandar ayaqaltısına həkk edib satışa çıxarmasınlar. Bunu “sadəcə dizayn” adlandırıb məsələdən yan keçə bilmərik. Biz öz pulumuza, öz rəmzimizə sahib çıxmasaq, kimsə bunu bizim yerimizə etməyəcək.


Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mətanət efirdə AĞLADI: “Körpə səsinə həsrət olmuşam” - VİDEO

Mətanət efirdə AĞLADI: “Körpə səsinə həsrət olmuşam” - VİDEO

25 yaşlı gənc söyüşə görə iş yoldaşını öldürdü - TƏFƏRRÜAT

25 yaşlı gənc söyüşə görə iş yoldaşını öldürdü - TƏFƏRRÜAT

ABŞ İraqa CİDDİ XƏBƏRDARLIQ etdi

ABŞ İraqa CİDDİ XƏBƏRDARLIQ etdi

"Liverpul" "Real"la oyuna ciddi itki ilə ÇIXACAQ

"Liverpul" "Real"la oyuna ciddi itki ilə ÇIXACAQ

Xəzər sahilində suiti cəsədləri AŞKARLANDI

Xəzər sahilində suiti cəsədləri AŞKARLANDI

Həbs olunan icra başçısı apellyasiya şikayəti verməkdən İMTİNA ETDİ

Həbs olunan icra başçısı apellyasiya şikayəti verməkdən İMTİNA ETDİ

“Süni intellekt smartfonları əvəz edəcək” - Maskdan PROQNOZ

“Süni intellekt smartfonları əvəz edəcək” - Maskdan PROQNOZ

Çinarədən ETİRAF: “Keçmiş qayınanam üçün darıxıram” - VİDEO

Çinarədən ETİRAF: “Keçmiş qayınanam üçün darıxıram” - VİDEO

Nərimanovda mənzildə meyit TAPILDI

Nərimanovda mənzildə meyit TAPILDI

Pendir beynin daha uzun müddət gənc qalmasına kömək edir - YENİ ARAŞDIRMA

Pendir beynin daha uzun müddət gənc qalmasına kömək edir - YENİ ARAŞDIRMA

Pioli "Fiorentina"dan GÖNDƏRİLİR

Pioli "Fiorentina"dan GÖNDƏRİLİR

Prezident: “Bu gün süni intellekt ölkələrin gələcək inkişafının ayrılmaz hissəsidir” - VİDEO

Prezident: “Bu gün süni intellekt ölkələrin gələcək inkişafının ayrılmaz hissəsidir” - VİDEO

“Tikəmizi də tapmayacaqlar, yavaş sür” - Göygöldəki dəhşətli qəzanın ANBAAN VİDEOSU

“Tikəmizi də tapmayacaqlar, yavaş sür” - Göygöldəki dəhşətli qəzanın ANBAAN VİDEOSU

"İyrənc reytinq" - Tünzalə ƏSƏBİLƏŞDİ

"İyrənc reytinq" - Tünzalə ƏSƏBİLƏŞDİ

Paşinyanın seçkilərdə əsas rəqibi BƏLLİ OLDU

Paşinyanın seçkilərdə əsas rəqibi BƏLLİ OLDU

"Sabah" "Qəbələ"yə QALİB GƏLDİ

"Sabah" "Qəbələ"yə QALİB GƏLDİ

Tehran Zelenskini ABŞ siyasətindən zərər çəkmiş liderlərin siyahısına DAXİL ETDİ - FOTO/VİDEO

Tehran Zelenskini ABŞ siyasətindən zərər çəkmiş liderlərin siyahısına DAXİL ETDİ - FOTO/VİDEO

Əlikramın bütün mal-qarası TƏLƏF OLDU

Əlikramın bütün mal-qarası TƏLƏF OLDU

Arayikgilin məhkəməsində prokurorların çıxışı BAŞLADI - FOTO

Arayikgilin məhkəməsində prokurorların çıxışı BAŞLADI - FOTO

“Barselona”dan ayrılan futbolçu İngiltərə klubuna KEÇİR

“Barselona”dan ayrılan futbolçu İngiltərə klubuna KEÇİR

Milli irsimizə BİGANƏLİK – Yerli turistlər niyə muzeyləri ziyarət etmir?

Milli irsimizə BİGANƏLİK – Yerli turistlər niyə muzeyləri ziyarət etmir?

Moskvada avtomobil satan dəstənin azərbaycanlı üzvlərinə HÖKM OXUNDU

Moskvada avtomobil satan dəstənin azərbaycanlı üzvlərinə HÖKM OXUNDU

Rəsmi Bakı dekabrın 15-nin Dünya Türk Dilləri Ailəsi Günü elan edilməsini ALQIŞLADI

Rəsmi Bakı dekabrın 15-nin Dünya Türk Dilləri Ailəsi Günü elan edilməsini ALQIŞLADI

İkinci Liqa: “Dinamo” QALİB GƏLDİ

İkinci Liqa: “Dinamo” QALİB GƏLDİ

End of content

No more pages to load

RADİO