DTX-nin saxladığı fransalıdan SENSASİON ETİRAF – “Fərhad Əhmədovun 500 milyonluq yaxtası...”

Külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunan Fransanın “SAUR” şirkətinin vitse-prezidenti Anass Derrazın barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində
hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

O, Azərbaycana işgüzar səfərə gəldiyini bildirib:
 

"Azərbaycanın su infrastrukturuna yatırım etməyə gəlmişdim. Ölkəyə gəlməyimin ikinci günündə DTX-nin inzibati binasında ifadə verdim. Mən passiv korrupsiya və cinayət yolu ilə əldə olunmuş əmlakı leqallaşdırmada iştirakda günahlandırılıram. Baş vermiş hadisə ilə bağlı deyə bilərəm ki, 2022-ci ilin oktyabr ayında Fərhad Əhmədovun ofisi tərəfindən mənə müraciət olunub. Onun yoldaşından boşanması ilə əlaqədar London Məhkəməsi tərəfindən əmlaklarının dondurulmasına qərar verilmişdi. Ona görə Fərhad Əhmədov 500 milyon dəyərində yaxtasının illik xərcinin 16 milyon dollardan hesablanması ilə bağlı və digər hüquqi məsələləri həll etmək üçün mənə müraciət edib. Mənim konsultant olaraq fəaliyyətimi eşidib mənimlə əlaqəyə keçib.



Həmin dövrdə mən "Viola" şirkəti ilə bir neçə milyardlıq layihələri idarə edirdim. Hamı məni çox çətin məsələləri düzgün şəkildə idarə edə bilmə bacarığıma görə tanıyırdı. Fərhad Əhmədovla müqavilələr imzalaşmışdıq, mən onlara hüquqi müstəvidə yardım edəcəkdim. Fərhad Əhmədov mənə işlərini görməyim üçün etibarnamə də təqdim etmişdi. Xahiş edirəm onu iş materiallarına da əlavə edəsiniz".

Məhkəmədə həmin sənədin iş materiallarına əlavə olunduğu bildirilib.

A.Derraz ifadəsinin davamında bildirib ki, həmin etibarnaməyə əsasən F.Əhmədovun "Luna" adlı yaxtası ilə bağlı məsələlərdə strateji məsləhətçisi olub: "Mən strateji məsləhətçi və komandaya liderlik göstərərək, F.Əhmədov adından yaxta ilə bağlı prosedurları həyata keçirmişəm. Vəzifəm hüquqi prosedurlara nəzarət idi ".

A.Derraz onu da deyib ki, ittihamlara tək-tək cavab vermək istəyir: “Öncədən qeyd etdiyim avansın məbləği 200 min dollar idi. Əgər dondurmanı aradan qaldırmağı bacarsaydım, o mənə 2 milyon dollar ödəməli idi. Bu rəqəmi 500 milyon dollarlıq aktivlə müqayisə edirdik. Tez bir zamanda problemi aradan qaldırmağa çalışırdıq. Çünki texniki səbəblərə görə, yaxtanın dəyəri hər gün düşürdü. Müqavilə imzalanarkən Benalla isə həmin vaxt artıq Fransa Prezidenti Makronun administrasiyasından qovulmuşdu və Fransada Benalla haqda araşdırma aparılırdı.

Mənə Benalla haqda Fərhad Əhmədov bildirmişdi ki, yoldaşı ilə bağlı məsələlərə Benalla dəstək olub və işində professionaldı, Dubayda da yaxşı əlaqələri var. F.Əhmədov da bunu ifadəsində göstərib. Mən də sadəcə, Fərhad Əhmədovla çalışmış, onlara yardım etmişəm, məlumat vermişəm".

İş materiallarına əlavə olunmuş sənədlərin ingilis dilindən tərcümə olunması üçün proses təxirə salınıb.

Növbəti proses sentyabrın 11-nə təyin edilib.

Qeyd edək ki, ittihama görə, DTX tərəfindən istintaqı aparılan cinayət işi üzrə Fransa Prezidentinin Mühafizə Xidmətinin sabiq rəhbəri Aleksandr Benalla və Fransanın milyardlarla dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidenti Anass Derraz 2018-ci ildə Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun aktivlərinə qarşı beynəlxalq sanksiyaların ləğvi müqabilində külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunurlar.
 

Həmin iş üzrə əvvəllər xarici və yerli mətbuatda dərc edilmiş məqalələrdə qeyd edilir ki, adıçəkilən şəxslər Fərhad Əhmədovdan rüşvət tələb ediblər və bunun müqabilində sonuncunun dəbdəbəli “Luna” yaxtasının beynəlxalq həbsdən azad ediləcəyini, özünün sanksiyalardan qorunacağını vəd ediblər.


Məlumatlara əsasən, F.Əhmədov milyonlarla dollarlıq rüşvətin bir hissəsini Anass Derrazın “AL HILAL BANK”-dakı hesabına və Aleksandr Benallanın “BANK OF AFRICA UNITED KINGDOM PLC SC PAR”-dakı hesabına köçürüb.

Məlum olmayan formada istintaqın əlinə keçən A.Derraz Azərbaycanda məsuliyyətə cəlb olunaraq ölkədən çıxışına qadağa qoyulub, A.Benallanın isə beynəlxalq axtarışa verilməsi ilə bağlı İNTERPOL-a müraciət olunub.

Anass Derraza AR Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 32.5, 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan olunub. Onun barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tovuzda qidadan zəhərlənənlər evə buraxıldı

Tovuzda qidadan zəhərlənənlər evə buraxıldı

Ağcabədi qəzasında xəsarət alan şəxsin SON DURUMU

Ağcabədi qəzasında xəsarət alan şəxsin SON DURUMU

İlham Əliyev Özbəkistan səfərindən paylaşım etdi - VİDEO

İlham Əliyev Özbəkistan səfərindən paylaşım etdi - VİDEO

Azərbaycan-Fransa matçı başladı - CANLI

Azərbaycan-Fransa matçı başladı - CANLI

Samuxda ağır qəza: 15 yaşlı piyada xəstəxanalıq oldu

Samuxda ağır qəza: 15 yaşlı piyada xəstəxanalıq oldu

İstanbulda oteldə 3 turist öldü - Bütün qonaqlar təxliyə edildi

İstanbulda oteldə 3 turist öldü - Bütün qonaqlar təxliyə edildi

“Simpsonlar”ın ssenaristi vəfat etdi

“Simpsonlar”ın ssenaristi vəfat etdi

Portuqaliya Ermənistanı 9:1 hesabı ilə darmadağın etdi

Portuqaliya Ermənistanı 9:1 hesabı ilə darmadağın etdi

Abşeronda maşın piyadanı vurub öldürdü

Abşeronda maşın piyadanı vurub öldürdü

Maya Donq: "Bakıda səhnəyə çıxmaq mənim üçün şərəfdir"

Maya Donq: "Bakıda səhnəyə çıxmaq mənim üçün şərəfdir"

Azərbaycan və Fransa yığmalarının start heyətləri

Azərbaycan və Fransa yığmalarının start heyətləri

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - FOTO

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - FOTO

Sadə əyləncə hesab etdiyimiz digital oyunlar bu qədər GƏLİR GƏTİRİRMİŞ

Sadə əyləncə hesab etdiyimiz digital oyunlar bu qədər GƏLİR GƏTİRİRMİŞ

Dünyanın ən yaxşı 10 avtomobili - SİYAHI

Dünyanın ən yaxşı 10 avtomobili - SİYAHI

3 yaşlı uşaq quyuya düşərək öldü

3 yaşlı uşaq quyuya düşərək öldü

Sumqayıtda avtomobil dərəyə aşdı - VİDEO

Sumqayıtda avtomobil dərəyə aşdı - VİDEO

İtaliya Prezidenti: Müharibə ən çox mülki insanlara təsir edir

İtaliya Prezidenti: Müharibə ən çox mülki insanlara təsir edir

Bu şəhər Avropanın ən yaxşı Milad bazarlarından biri seçildi

Bu şəhər Avropanın ən yaxşı Milad bazarlarından biri seçildi

Ağcabədidə zəncirvari qəza: Ölən və yaralanan var - FOTO

Ağcabədidə zəncirvari qəza: Ölən və yaralanan var - FOTO

Göygöldə “Nissan” markalı minik avtomobili yandı

Göygöldə “Nissan” markalı minik avtomobili yandı

Lənkəranda yanan hər iki şəxs Cəlilabad rayon sakinidir

Lənkəranda yanan hər iki şəxs Cəlilabad rayon sakinidir

Simonyanın ETİRAFI: Azərbaycanın bu əraziləri bizim nəzarətimizdədir

Simonyanın ETİRAFI: Azərbaycanın bu əraziləri bizim nəzarətimizdədir

Sabahın havası bu insanlar üçün əlverişlidir

Sabahın havası bu insanlar üçün əlverişlidir

Aygün Kazımovanın illər əvvəlki VİDEOSU

Aygün Kazımovanın illər əvvəlki VİDEOSU

End of content

No more pages to load

RADİO