Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Dağlıq Qarabağla əlaqəli humanitar məsələlərdə Rusiya ilə əməkdaşlığın inkişafında maraqlıdır.
Bizim.Media TASS-a istinadla bildirir ki, bu barədə BQXK-nın rəsmi nümayəndəsi Rut Heterinqton məlumat verib.
Onun sözlərinə görə, təşkilatın prezidenti Peter Maurer RF Xarici İşlər naziri Serqey Lavrovun dəvəti ilə noyabrın 17-də Moskvaya rəsmi səfər edəcək:
“Dağlıq Qarabağdakı humanitar vəziyyət müzakirə ediləcək məsələlərdən biridir. BQXK humanitar mövzularda narahatlıq yaradan məsələlərdə fikir mübadiləsini gözləyir”.
Heterinqton bildirib ki, BQXK həmçinin münaqişə zamanı saxlanılan şəxslərin və öldürülənlərin cəsədlərinin qaytarılmasında təşkilatın bitərəf vasitəçi rolunu gücləndirmək üçün müzakirələr aparılacaq.
Bizim.Media