Gürcüstanda 17 təkmandatlı dairələr üzrə parlament seçkilərinin ikinci turu noyabrın 21-də keçiriləcək.
Bizim.Media Gürcüstan mətbuatına istinadla xəbər verir ki, bunu Gürcüstan Mərkəzi Seçki Komitəsinin sədr müavini Georgi Şarabidze deyib.
O bildirib ki, qərar komitənin dünən keçirilən iclasında verilib.
Qeyd edək ki, Gürcüstanda parlament seçkilərinin ilk turu oktyabrın 31-də keçirilib. Parlamentdə 150 yer üçün 48 partiya və iki siyasi blok mübarizə aparıb.
Nəticələrə əsasən, hakim “Gürcü arzusu – demokratik Gürcüstan” Partiyası 48,22% səslə qalib olub.
İkinci yerdə 27,18% səslə müxalifət “Güс birlikdədir” blokudur.
Bizim.Media