İlkin son qapını döydü - Ali Məhkəmə qərar verəcək - FOTO

Uzun müddət ictimaiyyətin və medianın diqqətində olan 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı məhkum edilən İlkin Süleymanovun cinayət işi məhkəmə sistemində sonuncu mərhələdədir.

Bizim.Media xəbər verir ki, İlkinin vəkilləri xeyli müddət ərzində hazırladıqları kassasiya şikayətini artıq Ali Məhkəməyə təqdim ediblər.

Müdafiə tərəfinin tələbi isə eynidir: Cəza qərarı ləğv edilsin.

Vəkillər kassasiya şikayətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünün və onu qüvvədə saxlayan Gəncə Apellyasiya Məhkəməsinin qərarının ləğvini, işin yenidən araşdırmaya qaytarılmasını istəyirlər.

Müdafiə tərəfi hesab edir ki, bəhs edilən cinayəti İlkin törətməyib və hökm əsaslı sübutlar əsasında çıxarılmayıb.

Bu iş üzrə istintaq və məhkəmə prosesləri bir neçə il davam edib. Müdafiə tərəfi çoxsaylı vəsatətlər qaldırıb, əlavə şahidlərin ifadələrinə, ekspert rəyinə və müxtəlif sübutlara istinad edərək təqsirləndirilən şəxsin günahsız olduğunu deyiblər.
 

Lakin yekunda məhkəmələr müdafiə tərəfinin arqumentlərini əsaslı saymayıb, ittihamı qanuni hesab edib. İndi İlkin gələcək taleyi üçün son qapını döyür. Çünki Ali Məhkəmə sonuncu instansiyadır və yekun qərarı məhz bu məhkəmə verəcək.


Hələlik iş üzrə iclasın keçiriləcəyi tarix məlum deyil.

Xatırladaq ki, hadisə 2020-ci ilin əvvəlində Tovuz rayonunun Dondar Quşçu kəndində baş verib.

İttihama görə, İlkin Süleymanov həmkəndlisi olan azyaşlı Nərmini oğurlayaraq evində saxlayıb, bir neçə gün sonra onu xüsusi amansızlıqla qətlə yetirib və cəsədini yandıraraq izləri gizlətməyə çalışıb.
 

İlkin Süleymanov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə xüsusi amansızlıqla adam öldürmə, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə və adam oğurluğunda təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilib.


Apellyasiya instansiyası hökmü təsdiq edib. (Qafqazinfo.az)


 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan "Avroviziya"da iştirakdan imtina edib?

Azərbaycan "Avroviziya"da iştirakdan imtina edib?

Erməni konsul Paşinyana qarşı çıxdı: “Yalnız Rusiya ilə ittifaqda suverenliyi qoruya bilərik”

Erməni konsul Paşinyana qarşı çıxdı: “Yalnız Rusiya ilə ittifaqda suverenliyi qoruya bilərik”

Şəkərin əvəzedicisi TAPILDI

Şəkərin əvəzedicisi TAPILDI

Putin başına gələn hadisədən danışdı - VİDEO

Putin başına gələn hadisədən danışdı - VİDEO

Gədəbəydə qardaş-bacını maşın vurdu

Gədəbəydə qardaş-bacını maşın vurdu

Bakıda növbəti Formula 1 yarışı uğurla yekunlaşdı

Bakıda növbəti Formula 1 yarışı uğurla yekunlaşdı

Bu ölkələr Fələstinin müstəqilliyini tanıdı

Bu ölkələr Fələstinin müstəqilliyini tanıdı

İlham Əliyev: “Ermənistanla sülh sazişinin imzalanması istiqamətində mühüm tarixi addım atılıb”

İlham Əliyev: “Ermənistanla sülh sazişinin imzalanması istiqamətində mühüm tarixi addım atılıb”

Prezident beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanladı

Prezident beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanladı

Hərbi jurnalist Şəmistan Nəzirli dəfn edildi

Hərbi jurnalist Şəmistan Nəzirli dəfn edildi

Ruanda Prezidentinin Azərbaycana səfəri başa çatdı

Ruanda Prezidentinin Azərbaycana səfəri başa çatdı

Kanada Fələstinin müstəqilliyini tanıdı

Kanada Fələstinin müstəqilliyini tanıdı

"Formula-1" üzrə Azərbaycan Qran-prisinin QALİBLƏRİ mükafatlandırıldı

"Formula-1" üzrə Azərbaycan Qran-prisinin QALİBLƏRİ mükafatlandırıldı

Roma Papası Qəzzanı “şəhid torpaq” adlandırdı

Roma Papası Qəzzanı “şəhid torpaq” adlandırdı

“Bakıda qələbə qazanmaq mənim üçün çox önəmli idi” - Ferstappen

“Bakıda qələbə qazanmaq mənim üçün çox önəmli idi” - Ferstappen

Azərbaycan paraüzgüçüsü dünya çempionatında qızıl medal qazandı

Azərbaycan paraüzgüçüsü dünya çempionatında qızıl medal qazandı

Maks Ferstappen Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu - VİDEO

Maks Ferstappen Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu - VİDEO

Erməni dava saldı, Rusiya mediası onu "azərbaycanlı" yazdı -VİDEO

Erməni dava saldı, Rusiya mediası onu "azərbaycanlı" yazdı -VİDEO

Lamin Yamal "Qızıl top" mükafatının təqdimetmə mərasiminə 20 nəfərlə qatılacaq

Lamin Yamal "Qızıl top" mükafatının təqdimetmə mərasiminə 20 nəfərlə qatılacaq

Şamaxıda 15 yaşlı qız nişanlanır? - DİN araşdırır

Şamaxıda 15 yaşlı qız nişanlanır? - DİN araşdırır

Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

Avstraliya Fələstin dövlətini tanıdığını elan edəcək

Avstraliya Fələstin dövlətini tanıdığını elan edəcək

Rusiya İstintaq Komitəsinin rəhbərini söyən erməni TUTULDU - VİDEO

Rusiya İstintaq Komitəsinin rəhbərini söyən erməni TUTULDU - VİDEO

Xankəndi sakini: "İnşallah, tezliklə köçümüz də baş tutar" - VİDEO

Xankəndi sakini: "İnşallah, tezliklə köçümüz də baş tutar" - VİDEO

End of content

No more pages to load

RADİO