İlin sonunadək Xocalının Təzəbinə kəndində ümumilikdə 197 fərdi ev hazır olacaq

Bu ilin sonunadək Xocalının Təzəbinə kəndində ümumilikdə 197 fərdi ev hazır olacaq.

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarda Tikinti, Bərpa və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı deyib.

Onun sözlərinə görə, gələn il isə daha 159 fərdi evin təmir və bərpası nəzərdə tutulub.

Şöbə müdiri xatırladıb ki, iyulun 14-də 28 ailə - 125 nəfər yaşamaq üçün kəndə qayıdıb.

Məlumat verilib ki, hazırda kəndin müasir sosial infrastrukturunun qurulması istiqamətində işlər davam edir.

Belə ki, 15,5 kilometr uzunluğunda 10 kV-luq elektrik xətti təmir-bərpa olunub, sayğaclaşdırma prosesinə başlanılıb, 11,4 kilometr uzunluğunda təbii qaz xətti çəkilib, 1,2 kilometr uzunluğunda mövcud xətt isə bərpa olunub.
 

Həcmi 300 kubmetr olan su anbarı və içməli su şəbəkəsi təmir edilib, 16 kilometr uzunluğunda rabitə xətti çəkilib və abonentlərin stasionar telefon, internet və İPTV xidmətləri ilə əhatə edilməsi üçün şərait yaradılıb.


3100 metr uzunluğunda kənddaxili yollara asfalt örtüyü salınıb, məktəbəqədər və ümumtəhsil müəssisələrinin binalarının təmir-bərpası istiqamətində hazırlıq işləri görülür, ambulatoriya mərkəzi və market üçün nəzərdə tutulmuş bina əsaslı təmir edilir.

Kənddə sakinlərin istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün bir hektar ərazisi olan müasir istirahət parkı yaradılıb.
 

Qeyd edək ki, Təzəbinə kəndi Xocalı rayonunun eyniadlı inzibati ərazi dairəsinə daxildir. Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi.2023-cü ilin sentyabrında Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş antiterror tədbirləri nəticəsində kənd işğaldan azad olunub.


Xatırladaq ki, İyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev Xocalının Təzəbinə kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çinli turistlər Mərkəzi Asiyaya axışır: Aviabilet bronları 120 faiz çoxalıb

Çinli turistlər Mərkəzi Asiyaya axışır: Aviabilet bronları 120 faiz çoxalıb

Xetaq Qazyumov ən yaxşı məşqçi seçildi

Xetaq Qazyumov ən yaxşı məşqçi seçildi

Xəzər dənizində yenə zəlzələ oldu

Xəzər dənizində yenə zəlzələ oldu

Bakının azadlığa buraxdığı Xaçatryan Robert Köçəryanla revanş xəyalları qurur

Bakının azadlığa buraxdığı Xaçatryan Robert Köçəryanla revanş xəyalları qurur

Tramp: “Putinlə son danışığımın məzmununu açıqlamaq istəmirəm” - VİDEO

Tramp: “Putinlə son danışığımın məzmununu açıqlamaq istəmirəm” - VİDEO

İDDİA: Rusiya ordusunda qida çatışmır - Öldürülən silahdaşlarının...

İDDİA: Rusiya ordusunda qida çatışmır - Öldürülən silahdaşlarının...

“Qarabağ” “Neftçi”ni darmadağın etdi - VİDEO

“Qarabağ” “Neftçi”ni darmadağın etdi - VİDEO

Xankəndi 30 illik işğaldan sonra tədricən canlanır: 3 avtobus marşrutu fəaliyyətə başladı - VİDEO

Xankəndi 30 illik işğaldan sonra tədricən canlanır: 3 avtobus marşrutu fəaliyyətə başladı - VİDEO

Yaponiya ABŞ-dan ilk xam neft partiyasını aldı - VİDEO

Yaponiya ABŞ-dan ilk xam neft partiyasını aldı - VİDEO

İsrail Prezidenti Netanyahunu əfv etmədi - KORRUPSİYA QALMAQALI

İsrail Prezidenti Netanyahunu əfv etmədi - KORRUPSİYA QALMAQALI

Çin İrana kömək edirmi? - Trampın cavabı - VİDEO

Çin İrana kömək edirmi? - Trampın cavabı - VİDEO

Bakı Zooloji Parkında ikihürgüclü dəvə balası doğuldu - FOTO

Bakı Zooloji Parkında ikihürgüclü dəvə balası doğuldu - FOTO

Tramp: “İranla müharibə çox tezliklə başa çatacaq” - VİDEO

Tramp: “İranla müharibə çox tezliklə başa çatacaq” - VİDEO

Malidə şiddətli döyüşlər: Rusiya hərbçiləri ölkədən qaçır - VİDEO

Malidə şiddətli döyüşlər: Rusiya hərbçiləri ölkədən qaçır - VİDEO

Dünya Kuboku: Azərbaycan boksçusu qızıl medal qazandı

Dünya Kuboku: Azərbaycan boksçusu qızıl medal qazandı

Çexiyanın Baş naziri Azərbaycana gəldi - FOTO

Çexiyanın Baş naziri Azərbaycana gəldi - FOTO

İsrailin iki keçmiş baş naziri Netanyahuya qarşı birləşdi

İsrailin iki keçmiş baş naziri Netanyahuya qarşı birləşdi

“Elgizin, Xoşqədəmin verilişini bağlamaq islahatdır?”

“Elgizin, Xoşqədəmin verilişini bağlamaq islahatdır?”

Bu ölkənin müdafiə naziri öldürüldü

Bu ölkənin müdafiə naziri öldürüldü

Evinin qarşısındakı tikintidən narahat oldu - Ofisə gəlib bir işçini öldürdü - VİDEO

Evinin qarşısındakı tikintidən narahat oldu - Ofisə gəlib bir işçini öldürdü - VİDEO

Dünyada portağal qıtlığı yarana bilər

Dünyada portağal qıtlığı yarana bilər

Narkokuryer narkotiki parikin altında keçirməyə çalışdı - VİDEO

Narkokuryer narkotiki parikin altında keçirməyə çalışdı - VİDEO

Şagird müəlliməsindən bu üsulla intiqam aldı - Onun fotosunu...

Şagird müəlliməsindən bu üsulla intiqam aldı - Onun fotosunu...

Bu ölkədə qadınları qəsdən öldürənlərə ömürlük həbs cəzası veriləcək

Bu ölkədə qadınları qəsdən öldürənlərə ömürlük həbs cəzası veriləcək

End of content

No more pages to load

RADİO