Ermənilər PANİKADA: Zəngəzurda 60 kənd boşaldılır – Azərbaycanlılar geri qayıdır

Ermənistanın “168.am” nəşri Əbu-Dabidə baş tutan İlham Əliyev-Nikol Paşinyan görüşü haqda sensasion iddia ilə çıxış edib. 

Bizim.Media xəbər verir ki, nəşr Ermənistan parlamentinin keçmiş üzvü Naira Zöhrabyana istinadən yazıb ki, İlham Əliyev və Paşinyan Əbu-Dabidə 300 min azərbaycanlının mərhələli şəkildə Ermənistana qaytarılması barədə razılığa gəliblər.

Bu mövzuda erməni politoloq Artur Xaçikyan isə qeyd edib ki, azərbaycanlıları Ermənistanda yerləşdirmək üçün ən azı 60 kənd lazımdır. 
 

Onun sözlərinə görə, Ermənistanda bu qədər boş kəndin olduğu məlum deyil: “İkincisi, bu adamlar Ermənistanda mülk sahibi olacaqlar və keçmişdəki mülklərini də tələb etməyə başlayacaqlar. Ardından Zəngəzur dəhlizi açılacaq və bununla da Azərbaycanın sərbəst hərəkəti start götürəcək”.


Erməni nəşri yada salır ki, bundan öncə Ermənistan parlamentinin sədri Alen Simonyan 300 min azərbaycanlının qayıdışını mümkün hesab edib: “Gürcüstanda ermənilər necə yaşayırsa, azərbaycanlılar da burada, bizim torpağımızda yaşayacaqlar. Onlar yerləşəcəklər və bu qədər”.

Başqa bir erməni nəşri “Fakt” isə yazıb ki, “2 milyona yaxın əhalinin olduğu ölkədə 300 min azərbaycanlı ciddi təhlükədir”.
 

Qeyd edək ki, Ermənistanın 300 min azərbaycanlının geri qayıdışından qorxmasının bir neçə əsas siyasi, demoqrafik və ideoloji səbəbi var. Bu qorxu təkcə real təhlükə kimi deyil, həm də Ermənistanın daxili siyasi mühitində formalaşmış tarixi və psixoloji travmaların təzahürüdür. 


1988–1991-ci illərdə, SSRİ-nin süqutundan əvvəl və Qarabağ münaqişəsinin kəskinləşdiyi dövrdə Ermənistandan 300 minə yaxın azərbaycanlı zorla deportasiya edilib. Bu insanlar İrəvan, Göyçə mahalı, Qaraqoyunlu dərəsi, Zəngəzur mahalı və digər bölgələrdə əsrlərlə yaşamışlar və orada tarixi kəndləri, mədəni irsləri mövcud olub.

Bu köç həm fiziki zorakılıqla, həm də ideoloji təzyiqlərlə müşayiət olunub. Ermənistanda həmin vaxtlar “monoetnik dövlət” ideyası getdikcə güclənib və bu, azərbaycanlıların qayıdışına qarşı ictimai müqavimətin təməlini qoyub.

Deməli, əgər bu 300 min nəfər öz doğma yurdlarına – Ermənistana – geri dönsə, bu, İrəvanın beynəlxalq ictimaiyyət qarşısında etnik təmizləməni faktiki olaraq etiraf etməsi demək olacaq.

Bu isə Ermənistana qarşı hüquqi iddiaların artmasına, qaçqınların kompensasiyası və əmlakın qaytarılması ilə bağlı təzyiqlərə, Ermənistanın “qurban millət” narrativinə ciddi zərbə vuracaq addım kimi dəyərləndirilə bilər.

Yeri gəlmişkən, 300 min azərbaycanlının geri qayıdışı Ermənistanın ümumi əhalisinin təxminən 10%-nə bərabərdir. Bu, ölkədəki etnik və dini kompozisiyanı dəyişə bilər.

Çünki hazırda Ermənistan monoetnik (demək olar ki, 99% erməni) bir dövlət kimi mövcuddur. Azərbaycanlıların geri dönməsi həm siyasi seçkilərdə, həm də sosial həyatın digər sahələrində ciddi struktur dəyişiklikləri yarada bilər.
 

Azərbaycanın mövqeyinə görə 300 min azərbaycanlının geri qayıdışı onların təbii hüququdur. Ermənistandakı qədim türk-müsəlman irsinin qorunması və yaşadılması üçün bu dönüş vacibdir. Bu, həm də regional barış və uzunmüddətli sabitlik üçün sınaq olacaq.


Ermənistanın bu qayıdışdan qorxusu onun öz daxilindəki ideoloji dayanıqsızlığı, keçmişlə üzləşə bilməməsi və etnik fərqliliyə dözümsüz yanaşmasından qaynaqlanır. Azərbaycanlıların qayıdışı isə sadəcə demoqrafik deyil, həm də tarixi, siyasi və mənəvi ədalətin bərpası olardı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Suraxanı bazarı" SÖKÜLÜR

"Suraxanı bazarı" SÖKÜLÜR

“Neftçi” Vernidubla müqaviləni uzatdı

“Neftçi” Vernidubla müqaviləni uzatdı

Gürcüstan parlamentinin iclasında DAVA: Deputatlar əlbəyaxa oldular - VİDEO

Gürcüstan parlamentinin iclasında DAVA: Deputatlar əlbəyaxa oldular - VİDEO

Tramp İranı atəşkəsi pozmaqda ittiham etdi - FOTO

Tramp İranı atəşkəsi pozmaqda ittiham etdi - FOTO

Səfirimiz Qazaxıstanın "Dostık" ordeni ilə təltif olundu

Səfirimiz Qazaxıstanın "Dostık" ordeni ilə təltif olundu

Türkiyədə fişəng fabrikində partlayış: Ölən və yaralanan var - VİDEO

Türkiyədə fişəng fabrikində partlayış: Ölən və yaralanan var - VİDEO

“Neftçi”nin aparıcı oyunçusu komandadan ayrıldı

“Neftçi”nin aparıcı oyunçusu komandadan ayrıldı

Müəllimlərin nəzərinə: Növbəti ildən sertifikasiyadan azad oluna bilərsiniz

Müəllimlərin nəzərinə: Növbəti ildən sertifikasiyadan azad oluna bilərsiniz

Dilarə Səlim vəzifəsindən AZAD EDİLDİ

Dilarə Səlim vəzifəsindən AZAD EDİLDİ

“Araz Naxçıvan”ın yeni prezidenti bəlli oldu

“Araz Naxçıvan”ın yeni prezidenti bəlli oldu

Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti AÇIQLANDI

Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti AÇIQLANDI

Kadir İnanır VƏFAT ETDİ

Kadir İnanır VƏFAT ETDİ

Çində təyyarə dünyanın ən hündür binalarından birinə ÇIRPILDI - VİDEO

Çində təyyarə dünyanın ən hündür binalarından birinə ÇIRPILDI - VİDEO

ABŞ-də DƏHŞƏT: Piylənmədən ölən 7 yaşlı uşağın valideynləri həbs edildi

ABŞ-də DƏHŞƏT: Piylənmədən ölən 7 yaşlı uşağın valideynləri həbs edildi

“Zirə”yə yeni idman direktoru təyin olundu

“Zirə”yə yeni idman direktoru təyin olundu

Kursantlarımız Qazaxıstandakı "Aybın-2026" toplanışında ölkəmizi təmsil edir - FOTO

Kursantlarımız Qazaxıstandakı "Aybın-2026" toplanışında ölkəmizi təmsil edir - FOTO

Aleksandr Lukaşenko Rusiyaya səfər edib - VİDEO

Aleksandr Lukaşenko Rusiyaya səfər edib - VİDEO

Dubayda raket hücumu xəbərdarlığı edildi

Dubayda raket hücumu xəbərdarlığı edildi

Bəhlul Mustafazadənin zədəsi ilə bağlı "Qarabağ"dan AÇIQLAMA

Bəhlul Mustafazadənin zədəsi ilə bağlı "Qarabağ"dan AÇIQLAMA

İsmayıllıda suda boğulan gəncin meyiti tapıldı - TƏFƏRRÜAT - VİDEO

İsmayıllıda suda boğulan gəncin meyiti tapıldı - TƏFƏRRÜAT - VİDEO

Şəkidə evdən gənc oğlanın meyiti tapıldı

Şəkidə evdən gənc oğlanın meyiti tapıldı

Venesuelada qadın dağıntıların altında uşaq dünyaya gətirdi

Venesuelada qadın dağıntıların altında uşaq dünyaya gətirdi

Mirzə Mirzəyev BDU-ya prorektor təyin edildi

Mirzə Mirzəyev BDU-ya prorektor təyin edildi

Ceyhun Bayramov Antonio Tayani ilə DANIŞDI

Ceyhun Bayramov Antonio Tayani ilə DANIŞDI

End of content

No more pages to load

RADİO