Leyla Əliyeva yenilənən növbəti həyətin AÇILIŞINDA - FOTO

İyulun 17-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli "AB" yaşayış sahəsində yerləşən çoxmərtəbəli binaları əhatə edən, 3500-dən çox sakinin yaşadığı həyət abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.

Bizim.Media xəbər verir ki, “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılmış digər ərazilərdə olduğu kimi, yenidən qurulmuş bu həyətdə də sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb. Həyətdə bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli təşkili və onlarda idmana marağın artırılması məqsədilə ərazidə süni örtüklü futbol meydançası, şahmat meydançası, müxtəlif idman qurğuları, uşaqlar üçün oyun sahəsi salınıb. Eyni zamanda, həyətyanı sahədə söhbətgahlar, çoxsaylı oturacaqlar, quş yuvaları və pişik evləri quraşdırılıb. Həyətdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları yerləşdirilib, binaların fasad və blokları tam təmir olunub, asfalt və dam örtüyü, elektrik xətləri yenilənib.
 

Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, müxtəlif növ yeni ağaclar və mövsümi güllər, eləcə də kol bitkiləri əkilərək yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətin ətrafında sıx bitən, havanın çirklənməsinin qarşısını almaq məqsədilə adi daşsarmaşığı və digər sarmaşan bitkilər əkilərək “yaşıl sədlər” yaradılıb.


Məlumat üçün bildirək ki, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi 2017-ci ildən etibarən icra olunur. Layihənin əsas məqsədi paytaxt ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad olması, yaşıllıqların bərpası, mənalı istirahət mühitinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

“Bizim həyət” layihəsi çərçivəsində bu günədək 159 ümumi yaşayış sahəsi abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.

Qeyd edək ki, IDEA İctimai Birliyi həyətlərin abadlaşdırılması və yenidənqurma işlərinin aparılması istiqamətində sakinlərin təklif və müraciətlərini İctimai Birliyə təqdim etməyə çağırır.

Müraciətlərinizi IDEA İctimai Birliyinin “qaynar xətt”i “1113” və ya e-mail ünvanına ([email protected]) göndərməyiniz xahiş olunur.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ərdoğan sabah Azərbaycana gələcək

Ərdoğan sabah Azərbaycana gələcək

Göygöldə iki maşın toqquşdu: 4 nəfər xəsarət aldı - FOTO

Göygöldə iki maşın toqquşdu: 4 nəfər xəsarət aldı - FOTO

Türkiyədə 3 yaşlı uşağın qida borusundan 19 maqnit çıxarıldı

Türkiyədə 3 yaşlı uşağın qida borusundan 19 maqnit çıxarıldı

Fransada yeni hökumət - ADLAR

Fransada yeni hökumət - ADLAR

Şəmkirdə piyadanı öldürüb qaçan sürücü saxlanıldı

Şəmkirdə piyadanı öldürüb qaçan sürücü saxlanıldı

Tərtərdə ağır qəza: 1 ölü, 1 yaralı var

Tərtərdə ağır qəza: 1 ölü, 1 yaralı var

Gürcülər yenidən Tbilisi küçələrində

Gürcülər yenidən Tbilisi küçələrində

Ukraynada keçirilən paradda balaca qızın dünyaya səs salan tamaşasından 4 il ötür - VİDEO

Ukraynada keçirilən paradda balaca qızın dünyaya səs salan tamaşasından 4 il ötür - VİDEO

İtaliya A Seriyası: "Napoli" geridönüşlə qalib gəldi

İtaliya A Seriyası: "Napoli" geridönüşlə qalib gəldi

Özü azərbaycanlı, əri Qəzzadandır - Bakıya gətirilən ailə danışdı - VİDEO

Özü azərbaycanlı, əri Qəzzadandır - Bakıya gətirilən ailə danışdı - VİDEO

Evimizdəki "Wi-Fi" təhlükəsi

Evimizdəki "Wi-Fi" təhlükəsi

Netanyahu sabah Qəzza danışıqları üçün Misirə nümayəndə göndərəcək

Netanyahu sabah Qəzza danışıqları üçün Misirə nümayəndə göndərəcək

Pentaqonda jurnalistlər üçün qaydalar sərtləşdirilir

Pentaqonda jurnalistlər üçün qaydalar sərtləşdirilir

Suriyada hakimiyyət dəyişikliyindən sonra ilk dəfə parlament seçkisi keçirildi - VİDEO

Suriyada hakimiyyət dəyişikliyindən sonra ilk dəfə parlament seçkisi keçirildi - VİDEO

İstanbuldakı konserti ləğv olundu

İstanbuldakı konserti ləğv olundu

Xankəndidə yarışlara qatılan gənc idmançılar Şuşanı gəzdilər - FOTO

Xankəndidə yarışlara qatılan gənc idmançılar Şuşanı gəzdilər - FOTO

Makronun Azərbaycana qarşı mövqeyi niyə dəyişdi? - VİDEO

Makronun Azərbaycana qarşı mövqeyi niyə dəyişdi? - VİDEO

Sənədsiz evlər problemi: Yüzlərlə ailə çıxarış gözləyir - VİDEO

Sənədsiz evlər problemi: Yüzlərlə ailə çıxarış gözləyir - VİDEO

Aİ liderləri Gürcüstanla bağlı birgə bəyanat yaydılar

Aİ liderləri Gürcüstanla bağlı birgə bəyanat yaydılar

Moldovada hakim partiya parlament seçkilərində 50,20% səs toplayıb

Moldovada hakim partiya parlament seçkilərində 50,20% səs toplayıb

Zelenski: “Putin sadəcə Qərbə gülür”

Zelenski: “Putin sadəcə Qərbə gülür”

“Qəbələ” “Şamaxı”ya məğlub oldu - VİDEO

“Qəbələ” “Şamaxı”ya məğlub oldu - VİDEO

ABŞ-da atışma: 14 nəfər güllələndi

ABŞ-da atışma: 14 nəfər güllələndi

Zəngilanda yük maşını alışıb yandı - VİDEO

Zəngilanda yük maşını alışıb yandı - VİDEO

End of content

No more pages to load

RADİO