Samir Nuriyev BƏƏ-nin Hesablama Qurumunun nümayəndə heyəti ilə görüşdü – FOTO

İyulun 17-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hesablama Qurumunun sədri Humeyd Obeyd Abuşibsin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bizim.Media xəbər verir ki, görüşdə Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri arasında strateji tərəfdaşlıq xarakteri daşıyan münasibətlərin cari vəziyyətindən məmnunluq ifadə olunub. Bu xüsusda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə son səfərinin və hər iki ölkənin dövlət başçılarının iştirakı ilə imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi”nin qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi üçün möhkəm zəmin yaratdığı xüsusilə vurğulanıb.

Son illər Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadiyyat, nəqliyyat, enerji, mədəniyyət sahələrində və digər sahələrdə münasibətlərin davamlı və dinamik inkişaf etdiyi vurğulanıb. BƏƏ şirkətlərinin Azərbaycanda alternativ və bərpaolunan enerji mənbələrində istifadə sahəsində bir sıra uğurlu layihələr icra etdiyi bildirilib.
 

Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinin sürətlə davam etdiyi diqqətə çatdırılıb. Görülmüş işlərin nəticəsi olaraq artıq keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmağa başladıqları bildirilib. Eyni zamanda, Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə göstərdiyi maliyyə dəstəyinə görə BƏƏ-yə təşəkkür ifadə edilib.


Həmçinin Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının və Birləşmiş Ərəb Əmirliklərinin Hesablama Qurumunun fəaliyyəti, korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlər, institusional islahatlar, qanunvericilik bazasının təkmilləşdirilməsi, dövlət orqanlarının fəaliyyətində hesabatlılığın və məsuliyyətin artırılması istiqamətində görülən tədbirlər və həmin sahələr üzrə ikitərəfli və beynəlxalq əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xaçmazın bəzi ərazilərində işıq olmayacaq

Xaçmazın bəzi ərazilərində işıq olmayacaq

SON DƏQİQƏ! Siqaret satışı MƏHDUDLAŞDIRILDI – Qiymətlər kəskin YÜKSƏLDİ

SON DƏQİQƏ! Siqaret satışı MƏHDUDLAŞDIRILDI – Qiymətlər kəskin YÜKSƏLDİ

Paytaxt yollarında yeni işıqforlar – VİDEO

Paytaxt yollarında yeni işıqforlar – VİDEO

Lotereya biletləri satan şəxsi bıçaqladı - Məhkəmə zalında həbs edildi

Lotereya biletləri satan şəxsi bıçaqladı - Məhkəmə zalında həbs edildi

İdarə rəisinin öldüyü qəzadan görüntülər – VİDEO

İdarə rəisinin öldüyü qəzadan görüntülər – VİDEO

Naxçıvanda xanımı ilə birgə dəm qazından ölən Altay hərbçi imiş - FOTO

Naxçıvanda xanımı ilə birgə dəm qazından ölən Altay hərbçi imiş - FOTO

"Bitcoin"in SON qiyməti

"Bitcoin"in SON qiyməti

Bakıda ucuz qiymətə qəribə formalı ət satışa çıxarıldı – VİDEO

Bakıda ucuz qiymətə qəribə formalı ət satışa çıxarıldı – VİDEO

Nazirlikdən mövsümi xəstəliklərlə bağlı əhaliyə MÜRACİƏT

Nazirlikdən mövsümi xəstəliklərlə bağlı əhaliyə MÜRACİƏT

Mingəçevirdə 36 yaşlı kişi bıçaqlandı – TUTULAN VAR

Mingəçevirdə 36 yaşlı kişi bıçaqlandı – TUTULAN VAR

Ağdərə sakinlərinin NƏZƏRİNƏ: Təşvişə düşməyin

Ağdərə sakinlərinin NƏZƏRİNƏ: Təşvişə düşməyin

Məhkəmə "Kürd Amo"nu öldürən şəxslə bağlı hökmü dəyişdirdi

Məhkəmə "Kürd Amo"nu öldürən şəxslə bağlı hökmü dəyişdirdi

İlin son oyununda "Sabah" "Sumqayıt"ın qonağı olacaq

İlin son oyununda "Sabah" "Sumqayıt"ın qonağı olacaq

MƏZƏNNƏ: Avro bahalaşdı, rus rublu ucuzlaşdı

MƏZƏNNƏ: Avro bahalaşdı, rus rublu ucuzlaşdı

Qubada maşın qadın piyadanı vuraraq ÖLDÜRDÜ

Qubada maşın qadın piyadanı vuraraq ÖLDÜRDÜ

Göyçayda qadın dəm qazından BOĞULDU

Göyçayda qadın dəm qazından BOĞULDU

Bakıda evdə yanğın – Bir ölü var

Bakıda evdə yanğın – Bir ölü var

Qaxda iki avtomobil toqquşdu

Qaxda iki avtomobil toqquşdu

İlham Əliyev MDB liderlərinin Zirvəsində bu səbəbdən iştirak etməyəcək – RƏSMİ

İlham Əliyev MDB liderlərinin Zirvəsində bu səbəbdən iştirak etməyəcək – RƏSMİ

Tramp Baydenin təyin etdiyi səfirləri geri çağırır - Ermənistandakı diplomat da var

Tramp Baydenin təyin etdiyi səfirləri geri çağırır - Ermənistandakı diplomat da var

Siqaret yenidən BAHALAŞACAQ?

Siqaret yenidən BAHALAŞACAQ?

Bütün diqqətlər ABŞ-a yönəlir: Tramp bəyanatla çıxış edəcək

Bütün diqqətlər ABŞ-a yönəlir: Tramp bəyanatla çıxış edəcək

Dişləri təbii üsullarla necə ağartmalı?

Dişləri təbii üsullarla necə ağartmalı?

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

End of content

No more pages to load

RADİO