"Gürcüstan parlamentində Novruz bayramının martın 21-də rəsmi bayram və qeyri iş günü olması təşəbbüsü müzakirə olunub".
Bizim.Media xəbər verir ki, bu barədə təşəbbüskar Samirə Bayramova 24News.ge xəbər portalına verdiyi müsahibəsində qeyd edib.
Onun sözlərinə görə, müzakirə İnsan Haqlarının Qorunması və İnteqrasiya Komitəsində gündəmə gətirilib.
Bayramova deyib ki, iclasda azərbaycanlı deputatlar iştirak etsələr də müzakirələrə qatılmayıblar.
Bizim.Media