Rusiyada azərbaycanlı biznesmenlərin həbsi davam edir – FOTO

Saat 22:30 etibarilə alınan məlumata görə, Rusiyada azərbaycanlı diaspor təşkilatları ilə əlaqəli olan iş adamlarının həbsi davam edir. Bu dəfə Leningrad vilayətində daha dörd azərbaycanlı sahibkar korrupsiyada ittiham olunaraq həbs edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya KİV-ləri yazıb.

Əməliyyat FTX-nin xüsusi təyinatlı dəstələri tərəfindən həyata keçirilib və ilk olaraq 128-ci polis bölməsinin rəhbəri, polkovnik-leytenant Sergey Korotkov saxlanılıb.

Rusiya İstintaq Komitəsinin açıqlamasına görə, polis rəhbərləri azərbaycanlı iş adamlarından təxminən 3,7 milyon rubl məbləğində rüşvət alıblar. Rüşvətin qanunsuz sahibkarlıq fəaliyyətinə göz yummaları müqabilində verildiyi bildirilir. Bunun ardınca 87-ci bölmənin rəhbəri polkovnik Roman Kamerzanov və 97-ci bölmənin rəhbəri Aleksey Peremibeda da həbs olunub.

Saxlanılan azərbaycanlı sahibkarlar bunlardır:

Vüsal Orucov, İbadət İsmayılov, Asif Allahverdiyev və Ərəstun Talıbov.

İttihamlara görə, onlar qaçaqmalçılıq yolu ilə spirtli içki və tütün satışı, eləcə də qeyri-qanuni miqrantların işlədilməsi ilə məşğul olublar.

Həbs olunan şəxslər barəsində 9 sentyabra qədər həbs qətimkan tədbiri seçilib.

Asif Allahverdiyev məhkəmədə özünü günahsız hesab etdiyini və baş verənlərdən xəbərsiz olduğunu bildirib:

"Ümumiyyətlə, bura niyə gətirildiyimi anlamıram. Nə baş verdiyini də başa düşmürəm", – deyə o, ifadə verib.

Allahverdiyev yalnız Vüsal Orucovla tanış olduğunu, onunla biznes ortağı olduğunu deyib.

Mütəxəssislərin fikrincə, bu həbslər Rusiya ilə Azərbaycan arasında münasibətlərin gərginləşməsi fonunda, azərbaycanlı diaspor üzvlərinə qarşı sistemli təzyiqlər kimi dəyərləndirilə bilər. Bu cür ardıcıl həbslər etnik və siyasi motivli təqib əlamətləri də daşıya bilər.

Hadisə Azərbaycan ictimaiyyətində və diaspor təşkilatlarında narahatlıqla qarşılanıb. Təhlilçilər bildirirlər ki, bu gedişat Rusiya daxilində yaşayan milyonlarla azərbaycanlının hüquq və təhlükəsizliyi ilə bağlı ciddi suallar doğurur.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağcabədidə Milli Musiqi Gününə həsr olunmuş təntənəli tədbir – FOTO

Ağcabədidə Milli Musiqi Gününə həsr olunmuş təntənəli tədbir – FOTO

Ermənistan hökumətində dəyişikliklər olacaq – KİMLƏR GEDİR?

Ermənistan hökumətində dəyişikliklər olacaq – KİMLƏR GEDİR?

Putin Administrasiyasının müavini İSTEFA VERDİ – Ukrayna müharibəsinə qarşı çıxırdı

Putin Administrasiyasının müavini İSTEFA VERDİ – Ukrayna müharibəsinə qarşı çıxırdı

Ursula fon der Lyayenə qarşı yeni İTTİHAMLAR

Ursula fon der Lyayenə qarşı yeni İTTİHAMLAR

"Nürnberq məhkəməsi" GƏLƏN HƏFTƏ davam etdiriləcək

"Nürnberq məhkəməsi" GƏLƏN HƏFTƏ davam etdiriləcək

Tələbələrə ictimai nəqliyyatda güzəştlər ediləcək? – Deputatdan AÇIQLAMA

Tələbələrə ictimai nəqliyyatda güzəştlər ediləcək? – Deputatdan AÇIQLAMA

Milli Qəhrəmana AĞIR İTKİ

Milli Qəhrəmana AĞIR İTKİ

BƏƏ Prezidenti İlham Əliyevlə görüşü barədə paylaşım etdi – VİDEO

BƏƏ Prezidenti İlham Əliyevlə görüşü barədə paylaşım etdi – VİDEO

ABŞ-ın Federal Təhqiqat Bürosu iranlı hakerləri axtarır – FOTO

ABŞ-ın Federal Təhqiqat Bürosu iranlı hakerləri axtarır – FOTO

Evi yararsız hala düşən vətəndaş üçün çadır quruldu – FOTO

Evi yararsız hala düşən vətəndaş üçün çadır quruldu – FOTO

Bu binalar enerji effektivliyi üzrə PASPORTLAŞDIRILIR

Bu binalar enerji effektivliyi üzrə PASPORTLAŞDIRILIR

Yekaterinburqda azərbaycanlı sahibkara qarşı yeni məhkəmə: 3 dəfə bəraət almışdı

Yekaterinburqda azərbaycanlı sahibkara qarşı yeni məhkəmə: 3 dəfə bəraət almışdı

3 100 manata görə qazinin anasını məhkəməyə verən “Bank of Baku”nun MİLYONLUQ gəlirləri – ARAŞDIRMA

3 100 manata görə qazinin anasını məhkəməyə verən “Bank of Baku”nun MİLYONLUQ gəlirləri – ARAŞDIRMA

“Fənərbağça”dan xal itkisi – VİDEO

“Fənərbağça”dan xal itkisi – VİDEO

Özünüzlə tək qalmağın HANSI FAYDASI VAR?

Özünüzlə tək qalmağın HANSI FAYDASI VAR?

Avropa İttifaqının Komissarı Ağdama GEDƏCƏK

Avropa İttifaqının Komissarı Ağdama GEDƏCƏK

Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum – FOTO

Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum – FOTO

Bakı aeroportundan “Formula 1"lə bağlı sərnişinlərə MÜRACİƏT

Bakı aeroportundan “Formula 1"lə bağlı sərnişinlərə MÜRACİƏT

Ukrayna ABŞ-dan Patriot raketləri alacaq: $3,5 milyardlıq fond yaradılır

Ukrayna ABŞ-dan Patriot raketləri alacaq: $3,5 milyardlıq fond yaradılır

Məzahir Pənahovun oğlu keçmiş arvadına uduzdu - 300 minlik əmlakı qaytaracaq

Məzahir Pənahovun oğlu keçmiş arvadına uduzdu - 300 minlik əmlakı qaytaracaq

Cəlalabadın adı dəyişdirildi

Cəlalabadın adı dəyişdirildi

Maştağada DƏHŞƏT: 22 yaşlı oğlan anasını döydü

Maştağada DƏHŞƏT: 22 yaşlı oğlan anasını döydü

397 min manatlıq dələduzluq edən şəxslə bağlı qərar AÇIQLANDI

397 min manatlıq dələduzluq edən şəxslə bağlı qərar AÇIQLANDI

Zelenskidən qorxunc HÜCUM ANONSU – “Rusiya bu əraziləri də işğal edə bilər”

Zelenskidən qorxunc HÜCUM ANONSU – “Rusiya bu əraziləri də işğal edə bilər”

End of content

No more pages to load

RADİO