"Övladım olmasa da, həyat yoldaşımdan ayrılmaram"

"Evlənəndən artıq narkotikdən sağalmışdım. Adam kimisə bədbəxt etməz. Bəzilərinin axmaq düşüncə tərzi var: Evlən düzələcək. Necə yəni? Bu düzəlsin, sonra evlən də. O qədər belə ailələr var ki... Həm də insan həyatı ilə təcrübə aparmazlar. Niyə kimisə bədbəxt edirsən? Pişik deyil. İnsanın pişiyi də öləndə ona təsir edir. Cəza yoxdur deyə, belə olur. Kişi də, qadın da istəyəndə boşanır. Ailəni qoruyan qadındır. İnsan sənə pis təsir edəcək hərəkəti ardıcıl edirsə, bu, səhv deyil. Səni itirmək üçün həyat tərzidir. Sənə hörmət etsə, bir-iki dəfə edər. İnsana şans vermək lazımdır. Lakin elə məsələlər var ki, şans vermək olmaz. Bir dəfə gəlirəm dünyaya, onu da sənə qurban edim? Hamı rahat yaşamaq istəyir".

Bizim.Media xəbər verir ki, bu sözləri meyxanaçı Rüfət Nasosnu "Həftənin qonağı" verilişində deyib. O, xanımı ilə münasibətlərindən danışıb:

"Həyat yoldaşımı əvvəldən tanımırdım. Tibb bacısıdır. Diş həkiminə gedəndə tanış oldum. Təzə tanınan vaxtlarım idi. Övladımın olmamağı mənə əziyyət vermir. Qismətdir. Allah verər nemətdir, verməz qismətdir. Müalicəyə gedəcəyik. Övladımız olmasa da ayrılmayacağıq.
 

Müqəddəs bir şey deyil ki, ona görə xanımımdan ayrılım. Övlad naxələf də çıxa bilər. O qədər olub ki, beş övlad bir ata-ananı yola verə bilməyib qocalar evinə qoyub və ya əziyyət veriblər. İnsan öləndə əməl dəftəri bağlanır, savab dəftəri isə açıq qalır. Özündən sonra yaxşı övlad qoyarsan, yaxşı əməllər edər, sənə rəhmət deyərlər. Çətindir. Hər şeyi övladın yolunda qurban verirsən, amma ailə qurandan sonra dəyişir".


Meyxanaçı hazırda ailələrin dağılmasını öz həyat tərzlərini başqalarınkı ilə müqayisə etməkdə görür: "Ailələr müqayisələrə görə dağılır. Görürsən ki, qonşuda bu var, məndə niyə olmasın? Gərək sosial şəbəkələrdən uzaq olsan. Çox ailələrin dağılmasının səbəbi budur. Baxırlar, deyirlər filankəs bunu etdi.


Kişini kiminləsə müqayisə etdin, vəssalam. Onda kişi sənin yanında özünü kişi kimi hiss etmir. Amma gərək kişi də sənə dəyər versin. Vay o gündən ki, cəmiyyətin içində kişi qadının üstünə qışqırar, amma evdə gəlib könlünü alar. Kül elə münasibətin başına. Sən camaatın yanında kişiliyini kimə sübut etmək istəyirsən? Kişi ailəsinin yanında kişi kimi olar". (axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mobil telefon işlədənlərə PİS XƏBƏR - Bu sözlər avtomatik dinləməni işə salır

Mobil telefon işlədənlərə PİS XƏBƏR - Bu sözlər avtomatik dinləməni işə salır

“Qarabağ”ın yeni transferi ZƏDƏLƏNDİ

“Qarabağ”ın yeni transferi ZƏDƏLƏNDİ

Bakıda maşından külli miqdarda pul OĞURLANDI

Bakıda maşından külli miqdarda pul OĞURLANDI

“Müharibəni davam etdirmək üçün Ukraynaya 120 milyard lazımdır” - Şmıqal

“Müharibəni davam etdirmək üçün Ukraynaya 120 milyard lazımdır” - Şmıqal

Nadir Qafarzadə böyük oğlu və gəlini ilə - FOTO

Nadir Qafarzadə böyük oğlu və gəlini ilə - FOTO

Avtomobil 1 həftə və ya daha çox sürülməsə hansı problemlər YARANIR?

Avtomobil 1 həftə və ya daha çox sürülməsə hansı problemlər YARANIR?

“Turan Tovuz” “Qəbələ”yə qalib gəldi - VİDEO

“Turan Tovuz” “Qəbələ”yə qalib gəldi - VİDEO

İlon Mask britaniyalıları söz azadlığı uğrunda mübarizəyə ÇAĞIRDI - VİDEO

İlon Mask britaniyalıları söz azadlığı uğrunda mübarizəyə ÇAĞIRDI - VİDEO

FHN-dən Ağdamdakı qəza ilə bağlı MƏLUMAT

FHN-dən Ağdamdakı qəza ilə bağlı MƏLUMAT

Bakıda satılan “Ayfon 17”-nin qiyməti gülüş doğurdu – FOTO

Bakıda satılan “Ayfon 17”-nin qiyməti gülüş doğurdu – FOTO

Tbilisidə hökumət əleyhinə kütləvi aksiya KEÇİRİLİR - VİDEO

Tbilisidə hökumət əleyhinə kütləvi aksiya KEÇİRİLİR - VİDEO

“İmişli”yə TEXNİKİ MƏĞLUBİYYƏT veriləcək

“İmişli”yə TEXNİKİ MƏĞLUBİYYƏT veriləcək

Məktəbdə işləmək istəyən ingilis dili müəllimindən 10 min manat ALDILAR

Məktəbdə işləmək istəyən ingilis dili müəllimindən 10 min manat ALDILAR

Ağdamdakı qəzada xəsarət alanların KİMLİYİ BİLİNDİ

Ağdamdakı qəzada xəsarət alanların KİMLİYİ BİLİNDİ

Eks-prezidentin ailəsi məc­buri qay­dada EVİNDƏN ÇIXARILIR - ANBAAN VİDEO

Eks-prezidentin ailəsi məc­buri qay­dada EVİNDƏN ÇIXARILIR - ANBAAN VİDEO

Məşhur türk serialında Azərbaycanla bağlı SƏHNƏ - VİDEO

Məşhur türk serialında Azərbaycanla bağlı SƏHNƏ - VİDEO

Ağdamda minik maşını traktora çırpıldı - 3 nəfər xəsarət aldı

Ağdamda minik maşını traktora çırpıldı - 3 nəfər xəsarət aldı

Madriddə restoranda partlayış oldu - 25 nəfər xəsarət aldı - FOTO

Madriddə restoranda partlayış oldu - 25 nəfər xəsarət aldı - FOTO

“Sabah” Aleksey İsayevə görə “Qarabağ”a nə qədər pul ödəyib?

“Sabah” Aleksey İsayevə görə “Qarabağ”a nə qədər pul ödəyib?

Londonda müsəlman miqrantlara qarşı ETİRAZLAR başladı - VİDEO

Londonda müsəlman miqrantlara qarşı ETİRAZLAR başladı - VİDEO

Qızı Əməkdar artisti ölüm ildönümündə belə XATIRLADI - FOTO

Qızı Əməkdar artisti ölüm ildönümündə belə XATIRLADI - FOTO

Alimlər qidalanma ilə əhval-ruhiyyə arasında əlaqənin sirrini AÇDILAR

Alimlər qidalanma ilə əhval-ruhiyyə arasında əlaqənin sirrini AÇDILAR

Bu il ölkədə 1,6 milyon şagird TƏHSİL ALACAQ

Bu il ölkədə 1,6 milyon şagird TƏHSİL ALACAQ

Balakəndə küçədə atasını söyən şəxs HƏBS EDİLDİ

Balakəndə küçədə atasını söyən şəxs HƏBS EDİLDİ

End of content

No more pages to load

RADİO