Türkiyə Qara dənizdə yerləşən yeni qaz yatağına daha bir qazma gəmisini- «Kanuni»ni göndərib.
Bizim.Media "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməzin sözlərinə görə, hazırda “Fatih” gəmisinin "Sakarya" qaz yatağında axtarış quyusunun qazmasını davam etdirir.
''"Tuna-1" quyusundan sonra "Türkali-1" quyusunun qazılması üzrə işlər davam etdirilir. Dərinlik artıq 2 600 metrə çatdırılıb”, - deyə F. Dönməz qeyd edib.
Xatırladaq ki, ehtiyatları 405 mlrd. kubmetr səviyyəsində qiymətləndirilən "Sakarya" qaz yatağının açılması barədə bu il elan edilib.
Bizim.Media