Əbu-Dabidə TARİXİ GÖRÜŞ – Hansı razılaşmalar ƏLDƏ OLUNDU?

İyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan görüş başa çatıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin görüşün yekunlarına dair yaydığı məlumatda qeyd olunur ki, görüşdə dövlətlərarası normallaşma gündəliyinin müxtəlif aspektləri müzakirə edilib.

Məlumata görə, ikitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb.

Bildirilib ki, sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər.

Tərəflər həmçinin iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər.

Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin vacib istiqamətləri – sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh müqaviləsinin paraflanması və digər məsələlərlə bağlı çox ciddi və substansiv müzakirələr aparılıb.

Vasitəçilərsiz baş tutan görüş

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Milli Məclisin deputatı Elman Nəsirovun fikrincə, görüşün nəticəsi olaraq artıq sülh prosesində pozitiv tendensiyanın mövcud olduğu qənaətinə gəlmək olar:

“Onu qoruyub saxlamaq, inkşaf etdirib, məntiqi sonluğa çatdırmaq lazımdır. Bu istiqamətdə də razılaşma əldə olunub”.

Deputat qeyd edir ki, Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Paşinyan arasında keçirilən görüşün nəticələrinə böyük ümidlər vardı:

“İndiyə kimi belə görüşlər dünyanın kifayət qədər siyasiləşmiş paytaxtlarında keçirilib. Belədə, bir çox hallarda ev sahibinin öz marağı da sülh prosesinə maneə olurdu. Bu dəfə isə görüş neytral mövqedə dayanan və Cənubi Qafqazda dayanıqlı sülhdə maraqlı olan BƏƏ-də baş tutdu. Bakı və İrəvan dəfələrlə qeyd edib ki, ikitərəfli formatda keçirilən görüşlər nəticə verir və ona görə də daha məqbuldur. Əbu-Dabi görüşü də məhz vasitəçilərsiz baş tutub”.

E.Nəsirov düşünür ki, görüş konstruktiv keçib və ümidverici nəticələr ortadadır:

“Delimitasiya və Zəngəzur dəhlizi məsələsi müzakirə edilib. Bu məsələlər ətrafında ortaq mövqenin hasil olduğu bəyan edilir. İlkin reaksiyaya görə sülh müqaviləsinin imzalanması prosesində də ciddi irəliləyişlər var. Tərəflər buna hazır olduqlarını ifadə ediblər. Bundan sonra da işçi qrupları, xarici işlər və dövlət başçıları səviyyəsində danışıqların aparılması məsələsi ortaya çıxıb”.
 

Həmsöhbətimiz qeyd edir ki, Azərbaycanın irəli sürdüyü iki tələb - ATƏT-in Minsk qrupunun buraxılması və Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarından imtina ilə bağlı müzakirələrdə müsbət tendensiyanın müşahidə olunduğunu da artıq söyləmək olar:


“İstisna deyil ki, Ermənistanda gələn il keçiriləcək parlament seçkilərilə eyni vaxtda həm də konstitusiya dəyişikliklərini nəzərdə tutan referendum da olsun. Bunları hesablamaqla o qənaətə gəlmək olar ki, sülh prosesində pozitiv tendensiya mövcuddur”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiyanın iki qırıcı təyyarəsinin məhv edilməsinin ANBAAN VİDEOSU

Rusiyanın iki qırıcı təyyarəsinin məhv edilməsinin ANBAAN VİDEOSU

Bu ailələrə 200 manat birdəfəlik yardım VERİLƏCƏK

Bu ailələrə 200 manat birdəfəlik yardım VERİLƏCƏK

Cevdet Yılmaz Zəfər parkında – FOTO

Cevdet Yılmaz Zəfər parkında – FOTO

Azərbaycanda 2026-cı il "Şəhərsalma və Memarlıq İli" elan edildi – SƏRƏNCAM

Azərbaycanda 2026-cı il "Şəhərsalma və Memarlıq İli" elan edildi – SƏRƏNCAM

Onlar üçün də həbsxana həyatı sona çatdı – FOTO

Onlar üçün də həbsxana həyatı sona çatdı – FOTO

Dələduzluğa görə həbs olunan Xəyal Həmidov da azadlığa buraxıldı – FOTO

Dələduzluğa görə həbs olunan Xəyal Həmidov da azadlığa buraxıldı – FOTO

Şahin Şıxlınski ilə bağlı QƏRAR VERİLDİ

Şahin Şıxlınski ilə bağlı QƏRAR VERİLDİ

Rusiya Kiyevə 45 ukraynalını təhvil VERDİ

Rusiya Kiyevə 45 ukraynalını təhvil VERDİ

Bu kəndlərə daha 32 ailə yola salındı – FOTO

Bu kəndlərə daha 32 ailə yola salındı – FOTO

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Daha üç klub “Qarabağ”ın legionerinə MARAQ GÖSTƏRİR

Daha üç klub “Qarabağ”ın legionerinə MARAQ GÖSTƏRİR

Bakıda 174 milyonluq qumar oyununun üstü açıldı – ŞOK DETALLAR

Bakıda 174 milyonluq qumar oyununun üstü açıldı – ŞOK DETALLAR

Ağdərə rayonunun Həsənriz kəndinə NÖVBƏTİ KÖÇ – FOTO

Ağdərə rayonunun Həsənriz kəndinə NÖVBƏTİ KÖÇ – FOTO

Xorvatiya Prezidentindən İlham Əliyevə MƏKTUB

Xorvatiya Prezidentindən İlham Əliyevə MƏKTUB

Amnistiyadan yararlananlar arasında yeniyetmələr də var – FOTOLAR

Amnistiyadan yararlananlar arasında yeniyetmələr də var – FOTOLAR

Cevdet Yılmaz Azərbaycana gəldi - FOTO

Cevdet Yılmaz Azərbaycana gəldi - FOTO

"Səni axtarıram"da saxlanılan Əfsanə AZADLIQDA

"Səni axtarıram"da saxlanılan Əfsanə AZADLIQDA

Neftçalanın sabiq icra başçısının müavini də azadlığa çıxdı

Neftçalanın sabiq icra başçısının müavini də azadlığa çıxdı

Kirkorovun yalanı üzı çıxdı – Vanqa erməni deyil

Kirkorovun yalanı üzı çıxdı – Vanqa erməni deyil

Azadlığa buraxılan Dəniz Əsədovadan İLK AÇIQLAMA – VİDEO

Azadlığa buraxılan Dəniz Əsədovadan İLK AÇIQLAMA – VİDEO

Əhaliyə XƏBƏRDARLIQ: Dekabrın 22-dən...

Əhaliyə XƏBƏRDARLIQ: Dekabrın 22-dən...

Bu gün 300 məhkum azadlığa ÇIXACAQ

Bu gün 300 məhkum azadlığa ÇIXACAQ

Orxan Lökbatanlı xanımına mağaza AÇDI - VİDEO

Orxan Lökbatanlı xanımına mağaza AÇDI - VİDEO

Orxan Qasımov: "Bu müstəqillik dövründə 13-cü Amnistiya aktıdır"

Orxan Qasımov: "Bu müstəqillik dövründə 13-cü Amnistiya aktıdır"

End of content

No more pages to load

RADİO