"Fəlakət" obrazı ilə tanınan aktyor Elşən Orucov rəsmən boşanıb.
Bizim.Media xəbər verir ki, aktyor təxminən iki ay öncə həyat yoldaşından ayrılıb. Xəbəri aktyor Elşən Orucov təsdiqləyib.
Qeyd edək ki, E.Orucov 2018-ci ildə İlahə adlı xanımla ailə həyatı qurmuşdu. Onların bu nikahdan bir qız övladları var.
Bizim.Media