Tramp göstəriş verdi: Dərhal Ukraynaya Patriot raketləri göndərilsin!

“ABŞ Ukraynaya hərbi yardımın bərpasına başlayır. Bu dəfə söhbət Patriot hava hücumundan müdafiə sistemləri üçün raketlərin göndərilməsindən gedir”.

Bizim.Media xəbər verir ki, bu barədə Axios portalı məsələdən xəbərdar olan mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, bu qərar ABŞ prezidenti Donald Tramp tərəfindən hələ cümə günü (5 iyul) qəbul edilib. Həmin gün Tramp Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb və Patriot sistemləri üçün raketlərin dərhal göndəriləcəyinə söz verib.

Axios-a danışan mənbələrdən biri Trampın qərarını belə izah edib: “Putin özünü axmaq kimi apardı”.

Bu ifadə Trampın Rusiyanın son addımlarından narazı qaldığını və artıq əvvəlki neytral mövqedən uzaqlaşmağa başladığını göstərir.

Trampın bu addımı onun əvvəlki bəyanatları ilə ziddiyyət təşkil edir. Belə ki, bir müddət öncə o, Ukraynaya yardımın azaldılmasından və münaqişəni tezliklə danışıqlar yolu ilə həll etmək istəyindən danışırdı. Ancaq görünür, Rusiyanın son hərəkətləri, bəlkə də Donbasdakı eskalasiya və ya mülki infrastrukturun bombalanması Trampın mövqeyini dəyişib.
 

Xatırladaq ki, Patriot – ABŞ-ın istehsalı olan, yüksək effektivlik dərəcəsinə malik hava hücumundan müdafiə sistemidir. Onun əsas vəzifəsi ballistik və qanadlı raketləri, habelə döyüş təyyarələrini vurmaqdır. Bu sistem Ukraynaya 2023-cü ildən bəri təhvil verilir və xüsusilə Kyiv və Dnepr kimi şəhərlərin müdafiəsində mühüm rol oynayır.


Lakin son aylar Ukrayna tərəfi dəfələrlə bildirib ki, mövcud raket ehtiyatları tükənmək üzrədir və Patriot sistemləri boş qala bilər. Belə olan halda, bu qərar Ukraynanın hava hücumlarından müdafiə imkanlarını bərpa edə və gücləndirə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Süni intellekt çox sayda yeni ekzoplanet aşkarlayıb

Süni intellekt çox sayda yeni ekzoplanet aşkarlayıb

İlk dəfə qadın kilsə rəhbəri təyin edildi - FOTO

İlk dəfə qadın kilsə rəhbəri təyin edildi - FOTO

Almaniya millisinin üzvü “Fənərbağça”ya keçir

Almaniya millisinin üzvü “Fənərbağça”ya keçir

İranda əsgərlik yaşı 12-yə endirildi

İranda əsgərlik yaşı 12-yə endirildi

Hindistanda dəhşətli qəza: On dörd nəfər diri-diri yandı

Hindistanda dəhşətli qəza: On dörd nəfər diri-diri yandı

Afrikadakı qatil göl - bir neçə dəqiqədə yüzlərlə insanın həyatına son qoyub - FOTO

Afrikadakı qatil göl - bir neçə dəqiqədə yüzlərlə insanın həyatına son qoyub - FOTO

Cinayətkar Tayqa meşəsində gizləndi: 8 il sonra saxlanıldı

Cinayətkar Tayqa meşəsində gizləndi: 8 il sonra saxlanıldı

Tramp: "Enerji obyektlərinə hücumu 10 gün müddətinə dayandırıram" - FOTO

Tramp: "Enerji obyektlərinə hücumu 10 gün müddətinə dayandırıram" - FOTO

DÇ-2026: Türkiyə millisi Rumıniyanı məğlub edərək pley-off finalına vəsiqə qazanıb - VİDEO

DÇ-2026: Türkiyə millisi Rumıniyanı məğlub edərək pley-off finalına vəsiqə qazanıb - VİDEO

Rusiyadan İrana göndərilən humanitar yardım Astaraya çatıb – FOTO

Rusiyadan İrana göndərilən humanitar yardım Astaraya çatıb – FOTO

Elektron siqaret qadağası – GƏLƏN HƏFTƏ QÜVVƏYƏ MİNƏCƏK

Elektron siqaret qadağası – GƏLƏN HƏFTƏ QÜVVƏYƏ MİNƏCƏK

Ronaldo “Əl Nəsr”in düşərgəsinə qayıtdı

Ronaldo “Əl Nəsr”in düşərgəsinə qayıtdı

İllər sonra onu ölümdən qurtaran qəhrəmanla görüşdü - FOTO

İllər sonra onu ölümdən qurtaran qəhrəmanla görüşdü - FOTO

Sosial şəbəkələrdə TƏHLÜKƏLİ TREND: Ölülər "dirildilir", görüntüləri satılır - VİDEO

Sosial şəbəkələrdə TƏHLÜKƏLİ TREND: Ölülər "dirildilir", görüntüləri satılır - VİDEO

Daha bir ölkədə güclü ZƏLZƏLƏ oldu

Daha bir ölkədə güclü ZƏLZƏLƏ oldu

Milimizin son məşqi - FOTO

Milimizin son məşqi - FOTO

"Kurtlar Vadisi"nin məşhur malikanəsi FANTASTİK QİYMƏTƏ SATILIR - FOTOLAR

"Kurtlar Vadisi"nin məşhur malikanəsi FANTASTİK QİYMƏTƏ SATILIR - FOTOLAR

Kallas: Yaxın Şərqdəki gərginlik diqqəti Ukraynadan yayındırmamalıdır - FOTO

Kallas: Yaxın Şərqdəki gərginlik diqqəti Ukraynadan yayındırmamalıdır - FOTO

FİFA-dan yeni qaydalar: VAR sisteminin səlahiyyəti artırılır

FİFA-dan yeni qaydalar: VAR sisteminin səlahiyyəti artırılır

Nadir: "Toyda bunu etmək tərbiyəsizlikdir" - VİDEO

Nadir: "Toyda bunu etmək tərbiyəsizlikdir" - VİDEO

Telefon kamerası vasitəsilə kimisə izləyə bilərsinizmi?

Telefon kamerası vasitəsilə kimisə izləyə bilərsinizmi?

Dünyada ən çox hərbçiyə malik olan ölkələr - SİYAHI

Dünyada ən çox hərbçiyə malik olan ölkələr - SİYAHI

Çox işləyənlərin nəzərinə: İşdən sonra bunları etsəniz xoşbəxt olacaqsınız

Çox işləyənlərin nəzərinə: İşdən sonra bunları etsəniz xoşbəxt olacaqsınız

Nura Suri: Göstəriş üçün yaşamaqdan imtina edin

Nura Suri: Göstəriş üçün yaşamaqdan imtina edin

End of content

No more pages to load

RADİO