Rusiyanın etnik təmizləmə SİYASƏTİ – Miqrantları bu yolla aldadıb ölümə GÖNDƏRİRLƏR – SENSASİON DETALLAR

“Rusiya sədaqət istəyir, nəzarət tələb edir. Buna görə də Moskva Azərbaycanın müstəqil siyasətindən razı deyil”.

Bu fikirləri Bizim.Media-ya müsahibəsində Ukrayna siyasi elmlər namizədi, politoloq Oleksiy Buryaçenko deyib.

O əlavə edib ki, artıq Rusiya, əvvəllər olduğu kimi, Azərbaycana təsir edə bilmir, çünki Azərbaycanın Türkiyə ilə strateji tərəfdaşlığı var. Putin isə indi Türkiyəyə qarşı getmək istəmir.

Buna görə də, Azərbaycana da birbaşa qarşı çıxa bilmir.

“Amma burada bir incə məqam var. Hazırda Rusiyada şovinizm siyasəti – yəni ölkə daxilində daimi etnik təmizləmələr, əslində çox geniş miqyas alıb. Rusiya daxili problemlərini, xüsusən səfərbərlik məsələlərini, tez-tez əmək miqrantlarının, əsasən Yaxın Şərq və Mərkəzi Asiyadan gələn, qeyri-qanuni şəkildə ölkədə yaşayanların hesabına həll etməyə çalışır.

Bəzilərini sadəcə işə götürmək adı ilə aldadırlar. Guya hərbi zavodlarda çalışacaqlar – amma bir həftə sonra bu adamlar artıq cəbhə xəttində olur və "ət maşınları"na göndərilirlər. Ət maşını nədir? Yəni, onların aqibəti artıq bəllidir. Onlara vəd edirlər ki, sadə bir müqavilə imzaladıqları halda Rusiya vətəndaşlığı veriləcək”.

Buryaçenko qeyd edib ki, Rusiya üçün digər xalqlar bir resursdur.

Onlar bu insanlara səfərbərlik resursu kimi baxırlar.

“Azərbaycana gəldikdə isə, azərbaycanlıların saxlanılması və hətta öldürülməsi ilə bağlı bu rezonans doğuran hallar çox açıq bir siqnaldır. Bu vəziyyət açıq-aydın göstərir ki, müstəqil siyasət aparmaq və Rusiyada baş verən özbaşınalığa adekvat reaksiya vermək mümkün deyil. Hələ mən demirəm ki, Rusiya bilərəkdən azərbaycanlılara məxsus təyyarəni vurub, indi isə etnik təmizləmələr başlayıb.

Əslində, Rusiya elitaları bu cür təşəbbüslərə müsbət yanaşır. Niyə? Çünki bu, əllərində ciddi biznes resursları olan azərbaycanlı diasporasını zəiflətmək, onları yerində oturtmaq, Putinə və onun rejiminə sədaqətli olmayanlardan pulları, biznesləri almaq üçün əla fürsətdir”.

Buryaçenko əlavə edib ki, Rusiya keçmiş Sovet İttifaqının təsir dairəsini bərpa etmək istəyir.

“Artıq söhbət ərazi məsələlərindən getmir. İndi əsas məsələ təsirin bərpasıdır. Baxın, Moskvanın ideoloqları, təbliğatçıları nələr yazırlar: Onlar Sovet İttifaqının təsirinin bərpası, dünyanın iki və ya üç imperiya arasında bölünməsi ideyasını daha çox təbliğ edirlər.
 

Bir sözlə, Rusiya Federasiyasının imperial ambisiyaları artıq tamamilə fərqli səviyyəyə keçib. İndi Rusiyanın təsiri altında olan və ya “rus dünyası” ilə əlaqəsi olan bütün ölkələr daha ehtiyatlı olmalıdır. Onlar anlamalıdır ki, Rusiya Sovet İttifaqının təsir dairəsində olmuş ölkələrə qarşı siyasətini daha aqressiv şəkildə aparacaq.


Azərbaycan da istisna deyil. Azərbaycan başa düşməlidir ki, Rusiya Federasiyası bundan sonra daha çox təzyiq göstərəcək, öz siyasətini diktə etməyə çalışacaq və azərbaycanlıları bu siyasətə tabe olmağa məcbur edəcək. Hazırda Putin rejiminin Rusiya üçün müəyyən etdiyi siyasət budur”, - deyə O. Buryaçenko bildirib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bir insanın öz evində nə qədər “yeri” var? – ARAŞDIRMA

Bir insanın öz evində nə qədər “yeri” var? – ARAŞDIRMA

Dəfnə yarpağı və zeytun yağının diz ağrılarına FAYDALARI

Dəfnə yarpağı və zeytun yağının diz ağrılarına FAYDALARI

Stasionar telefonlara maraq artır

Stasionar telefonlara maraq artır

“Qarabağ” bu futbolçunu baxışa çağırdı

“Qarabağ” bu futbolçunu baxışa çağırdı

Gədəbəydə 2 yaşlı uşaq epilepsiyadan dünyasını dəyişdi

Gədəbəydə 2 yaşlı uşaq epilepsiyadan dünyasını dəyişdi

Ötən gün ölkədə 8 avtomat, 2 pulemyot və digər silah-sursatlar aşkarlandı

Ötən gün ölkədə 8 avtomat, 2 pulemyot və digər silah-sursatlar aşkarlandı

Azərbaycanda əczaçılıq məhsullarının idxalı azalıb, istehsal isə artıb

Azərbaycanda əczaçılıq məhsullarının idxalı azalıb, istehsal isə artıb

Sabahın HAVASI: Yağış intensivləşəcək, subasma gözlənilir

Sabahın HAVASI: Yağış intensivləşəcək, subasma gözlənilir

Millimiz bu gün Portuqaliya ilə qarşılaşır

Millimiz bu gün Portuqaliya ilə qarşılaşır

Toy etmək istəyənlərin NƏZƏRİNƏ: Qiymətlər dəyişib? - VİDEO

Toy etmək istəyənlərin NƏZƏRİNƏ: Qiymətlər dəyişib? - VİDEO

Dünya səyyahları Zəngilanda – FOTO

Dünya səyyahları Zəngilanda – FOTO

Zaqatalada kafe yandı – FOTO

Zaqatalada kafe yandı – FOTO

Ən depressiv 5 BÜRC

Ən depressiv 5 BÜRC

DÇ-2026: Pley-off mərhələsində yarımfinal başa çatdı

DÇ-2026: Pley-off mərhələsində yarımfinal başa çatdı

Səidə Bəkirqızı ölümlə təhdid olundu - FOTOLAR/ÖZƏL

Səidə Bəkirqızı ölümlə təhdid olundu - FOTOLAR/ÖZƏL

Könül Kərimova ən böyük arzusunu gerçəkləşdirəcək

Könül Kərimova ən böyük arzusunu gerçəkləşdirəcək

Barmağında sıxışan üzüyü belə çıxardılar – VİDEO

Barmağında sıxışan üzüyü belə çıxardılar – VİDEO

Prezident Gürcüstan səfirliyində - Başsağlığı verdi – FOTO

Prezident Gürcüstan səfirliyində - Başsağlığı verdi – FOTO

Bu 6 amil qaraciyəriniz üçün təhlükə yaradır – Həkimdən XƏBƏRDARLIQ

Bu 6 amil qaraciyəriniz üçün təhlükə yaradır – Həkimdən XƏBƏRDARLIQ

Goranboyda 34 yaşlı kişi BIÇAQLANDI

Goranboyda 34 yaşlı kişi BIÇAQLANDI

Qusarda mətbəx və mədəniyyətin qovuşduğu məkan - “Xidir”ın 27 illik UĞUR HEKAYƏSİ – VİDEO

Qusarda mətbəx və mədəniyyətin qovuşduğu məkan - “Xidir”ın 27 illik UĞUR HEKAYƏSİ VİDEO

Bu bürclərə ulduzlardan şans yağacaq

Bu bürclərə ulduzlardan şans yağacaq

Mert məşhur yazarın nəvəsi ilə sevgilidir - Foto

Mert məşhur yazarın nəvəsi ilə sevgilidir - Foto

Rusiyanın Azərbaycandan tranzit keçməklə İrana göndərdiyi humanitar yardım təhvil verildi - FOTO

Rusiyanın Azərbaycandan tranzit keçməklə İrana göndərdiyi humanitar yardım təhvil verildi - FOTO

End of content

No more pages to load

RADİO