Rusiyaya gedəcək azərbaycanlılara XƏBƏRDARLIQ: QƏRAR VERİLDİ

İyunun 30-dan etibarən Rusiyaya vizasız səfər edən əcnəbi vətəndaşlardan ölkəyə QR kodla daxil olmaları tələb olunacaq.

Bizim.Media xəbər verir ki, buraya Avrasiya İqtisadi Birliyinin (AİB) vətəndaşları da daxildir.

Yeni proqram Rusiyaya gəlməzdən ən azı 72 saat əvvəl “Gosuslugi RuID” platformasında rəqəmsal qeydiyyat tələb edir.

"GazetemRu"-da yer alan xəbərə görə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan kimi vizasız ölkələrdən gələnlər girişdən əvvəl sistemdə qeydiyyatdan keçməlidirlər.
 

“Gosuslugi RuID” adlı bu platformaya şəxsi məlumatlar, səyahət məqsədi, marşrut, Rusiyada yaşayış ünvanı, pasport fotoşəkili və səyahət sənədləri yüklənir. Müraciət fövqəladə hallar (xəstəlik, yaxın qohumun ölümü və s.) istisna olmaqla, ölkəyə girişdən ən tez üç gün əvvəl edilməlidir.


Bununla belə, fövqəladə hallarda sistem vasitəsilə daxil olmadan dörd saat əvvəl qeydiyyatdan keçmək mümkündür. Ərizə təsdiqləndikdən sonra 90 gün ərzində qüvvədə olan QR kodu yaradılır. Bu kod sərhəd qapısında təqdim edilməlidir. İmmiqrasiya hüququ üzrə ekspert Anna Minuşkina bildirib ki, sistem avtomatik olaraq ölkəyə girişi qadağan edilən əcnəbilərin QR kodu almasına mane olacaq.

O qeyd edib ki, bu sistem sayəsində viza liberallaşmasına baxmayaraq, sərhəddə giriş qadağası ilə üzləşən əcnəbilər hava limanlarında çox gözləməli olmayacaq və deportasiya prosedurlarının qarşısı əvvəlcədən alına bilər.

Lakin QR kodu əldə etmək ölkəyə girişə zəmanət vermir. Sərhəd zabitləri zərurət yaranarsa, yenə də əcnəbilərə girişi qadağan edə bilərlər.

Bundan əlavə, girişdə biometrik yoxlamalar məcburi olacaq, üz fotoşəkilləri və barmaq izləri götürüləcək. Yalnız Belarus vətəndaşları, vizasız ölkələrin diplomatları və altı yaşından kiçik uşaqlar bundan azaddırlar. Altı yaşdan on səkkiz yaşa qədər olan uşaqlar ölkəyə yalnız valideynlərinin, övladlığa götürənlərinin və ya rəsmi qəyyumlarının müşayiəti ilə daxil ola biləcəklər.

Digər qohumlara onları müşayiət etmək hüququ verilməyəcək. Səyahət bildirişi tamamlandıqdan sonra ərizəçi üçün rəqəmsal QR kodu yaradılır. Bu kod sərhəd keçidində pasportla birlikdə təqdim edilməlidir.

Sərhəd qapısında üz şəkli də çəkilir və barmaq izləri götürülür. Hazırda bu prosedurlar Moskvanın Şeremetyevo, Domodedovo, Vnukovo, Jukovskiy hava limanlarında və Qazaxıstan sərhədindəki Maştakovo buraxılış məntəqəsində tətbiq olunur. 30 iyun 2025-ci il tarixindən etibarən onlar bütün Rusiya sərhəd məntəqələrində etibarlı olacaq. Səlahiyyətlilər bildirirlər ki, yeni sistem miqrantların rəqəmsal profillərini yaradacaq, bu profillərə pasport məlumatları, biometrik məlumatlar, səyahətin məqsədi və müddəti daxildir.

Bu məlumatlar həm sərhəd təhlükəsizliyi, həm məşğulluq və vergi yoxlamaları üçün istifadə olunacaq.

“Kapital Kadry” insan resursları şirkətinin təsisçisi Aleksandr Selivanov sistemin miqrantların rəqəmsal profillərini yaratmaq məqsədi daşıdığını, bu məlumatların Daxili İşlər Nazirliyi və vergi orqanları tərəfindən də istifadə oluna biləcəyini vurğulayıb.
 

Selivanov onu da bildirib ki, bu tətbiq qeyri-leqal işçilərin aşkarlanmasına və qeyri-qanuni işlərin qarşısının alınmasına şərait yaradacaq. O əlavə edib ki, sistemə daxil olmaqda texniki problemlər ola bilər, rus dilini bilməyən miqrantlar qeydiyyat zamanı səhvlərə yol verə bilər və bu səbəbdən rəsmi sənədlərdə ciddi çaşqınlıq yaranır.


Yeni tənzimləmə 2024-cü ilin dekabrında istifadəyə verilmiş biometrik nəzarət pilot tətbiqinin davamıdır. QR kod tətbiqi 30 iyun 2026-cı il tarixinə qədər davam edəcək eksperimental prosesin bir hissəsi olacaq. Həmin tarixə qədər tətbiqin daimi olub-olmayacağına qərar veriləcək. Viza və ya müvəqqəti və ya daimi yaşayış icazəsi olan əcnəbilər bu rəqəmsal tətbiqdən azaddırlar, onların giriş prosedurları əvvəlki qaydada davam edəcək. (News24.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sumqayıtda “Chevrolet” yanaraq kül oldu - VİDEO

Sumqayıtda “Chevrolet” yanaraq kül oldu - VİDEO

İkardi “Qalatasaray”dan gedir?

İkardi “Qalatasaray”dan gedir?

"Ulduz" metrosunun yaxınlığında yol təmiri nə vaxt yekunlaşacaq? - VİDEO

"Ulduz" metrosunun yaxınlığında yol təmiri nə vaxt yekunlaşacaq? - VİDEO

“Ailəmlə bağlı paylaşım etməyi özümə yaraşdırmıram” - VİDEO

“Ailəmlə bağlı paylaşım etməyi özümə yaraşdırmıram” - VİDEO

Moskva və Moskvaətrafı ərazilərdə güclü qar xəbərdalığı edilib - VİDEO

Moskva və Moskvaətrafı ərazilərdə güclü qar xəbərdalığı edilib - VİDEO

Birinci Liqa: “Şəfa”dan növbəti qələbə

Birinci Liqa: “Şəfa”dan növbəti qələbə

Bu süd məhsulu yaşlanmanı ləngidə bilər - ARAŞDIRMA

Bu süd məhsulu yaşlanmanı ləngidə bilər - ARAŞDIRMA

İsrail ordusu Misirlə sərhəddə PUA-lar ələ keçirdi

İsrail ordusu Misirlə sərhəddə PUA-lar ələ keçirdi

Balakəndə orta məktəb binasında yanğın olub

Balakəndə orta məktəb binasında yanğın olub

“Karvan” bu legionerlə yollarını ayırdı

“Karvan” bu legionerlə yollarını ayırdı

Ukrayna ordusu Dnepropetrovskda 5 kəndə nəzərəti bərpa edib

Ukrayna ordusu Dnepropetrovskda 5 kəndə nəzərəti bərpa edib

Ev almaq üçün rieltora 20 min manat verən vətəndaş aldadıldı - İDDİA/VİDEO

Ev almaq üçün rieltora 20 min manat verən vətəndaş aldadıldı - İDDİA/VİDEO

“Turan Tovuz” da Türkiyəyə GEDİR

“Turan Tovuz” da Türkiyəyə GEDİR

Alimlər xərçəngə qarşı pəhriz HAZIRLADILAR

Alimlər xərçəngə qarşı pəhriz HAZIRLADILAR

Leyla Quliyeva: “Özümü qəhrəman kimi hiss edirdim…” - VİDEO

Leyla Quliyeva: “Özümü qəhrəman kimi hiss edirdim…” - VİDEO

Yaponiyada güclü zəlzələ oldu

Yaponiyada güclü zəlzələ oldu

Avropada ən çox driblinqi kim edib?

Avropada ən çox driblinqi kim edib?

Gürcüstanın sabiq müdafiə naziri SAXLANILDI

Gürcüstanın sabiq müdafiə naziri SAXLANILDI

Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni hakimləri - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni hakimləri - FOTO

Rəsmi Moskva vətəndaşlarını bu ölkəyə səfər etməməyə ÇAĞIRDI

Rəsmi Moskva vətəndaşlarını bu ölkəyə səfər etməməyə ÇAĞIRDI

Maradonanın cırılmış forması rekord məbləğə satıldı - FOTO

Maradonanın cırılmış forması rekord məbləğə satıldı - FOTO

Xankəndi Məhkəməsinin yeganə qadın hakimi odur

Xankəndi Məhkəməsinin yeganə qadın hakimi odur

Qaxa qar yağdı, yollar buz bağladı - VİDEO

Qaxa qar yağdı, yollar buz bağladı - VİDEO

“Araz Naxçıvan” Qara Qarayevlə yollarını AYIRDI – FOTO

“Araz Naxçıvan” Qara Qarayevlə yollarını AYIRDI – FOTO

End of content

No more pages to load

RADİO