Tramp: "İrana endirdiyimiz zərbələr Xirosimaya atılan atom bombası kimidir"

ABŞ prezidenti Donald Tramp NATO-nun Haaqa sammitində çıxışı zamanı ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbələri İkinci Dünya Müharibəsində Xirosima və Naqasaki şəhərlərinə atılan atom bombaları ilə müqayisə edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Financial Times” nəşri yayıb.

“Mən Xirosimanı və Naqasakini misal çəkmək istəmirəm, amma mahiyyət etibarilə bu, eyni şeydir. Zərbə müharibəyə son qoydu”, – deyə o, qeyd edib.

Trampın fikrincə, ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi hava zərbələri təkcə İsrail və İran arasındakı müharibəyə son qoymayıb, həm də Qəzza zolağında HƏMAS-a qarşı müharibədə İsrailin irəliləyişinə təkan verə bilər:
 

“Mən düşünürəm ki, Qəzza ilə bağlı ciddi irəliləyiş əldə olunub. Bizim həyata keçirdiyimiz hücum nəticəsində yaxşı xəbərlərimiz olacaq”. CNN Trampın sözlərindən sitat gətirib.


ABŞ prezidenti eyni zamanda mətbuata sızan kəşfiyyat məlumatlarını da şübhə altına alıb. Həmin məlumatlara əsasən, ABŞ zərbələri İranın nüvə proqramını cəmi bir neçə ay geriyə atıb. Tramp isə bu dəyərləndirməni yekun saymadığını bildirib. O qeyd edib ki, Fordo, Natanz və İsfahandakı obyektlərə vurulan ziyanın miqyasını yalnız İsrailin təqdim edəcəyi dəyərləndirmə müəyyən edə bilər:

“Mən deyirəm ki, bu obyektlər məhv edilib. Ancaq bəzi mətbuat orqanları bunu kiçiltməyə çalışır. Bu xəbərlər yalandır”, – deyə o, CNN və “The New York Times”ın dərc etdiyi məlumatlara cavab olaraq bildirib.

Qeyd edək ki, ABŞ iyunun 22-nə keçən gecə İranın nüvə proqramı ilə bağlı üç əsas obyektinə – İsfahan, Natanz və Fordoya hava zərbələri endirib. Bu hadisədən sonra Tramp dəfələrlə bəyan edib ki, “İranın nüvə ambisiyaları tamamilə məhv edilib”.

ABŞ müdafiə naziri Pit Hegset də zərbədən sonra keçirilən mətbuat konfransında eyni fikri səsləndirib.

Bununla belə, CNN və “The New York Times” qəzetlərinin yaydığı ABŞ kəşfiyyatının ilkin hesabatlarına əsasən, bu zərbələr İranın nüvə materiallarının yalnız kiçik hissəsini məhv edib. İranın zənginləşdirilmiş uran ehtiyatlarının böyük hissəsini öncədən təhlükəsiz yerlərə daşıdığı qeyd olunur. Həmçinin, ABŞ-ın hədəf aldığı obyektlərin gözlənildiyindən az zədələndiyi də vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İt sahibi olmaq sağlamlığa FAYDALIDIR

İt sahibi olmaq sağlamlığa FAYDALIDIR

Əməkdar artist arxiv görüntüsünü PAYLAŞDI: “O günü yaxşı xatırlayıram…” - FOTO

Əməkdar artist arxiv görüntüsünü PAYLAŞDI: “O günü yaxşı xatırlayıram…” - FOTO

İngiltərə klubunun sabiq futbolçusu VƏFAT ETDİ

İngiltərə klubunun sabiq futbolçusu VƏFAT ETDİ

“Ukraynanın prezident seçkisi keçirmək üçün maliyyəsi yoxdur” - Podolyak

“Ukraynanın prezident seçkisi keçirmək üçün maliyyəsi yoxdur” - Podolyak

Sumqayıtda “Chevrolet” yanaraq kül oldu - VİDEO

Sumqayıtda “Chevrolet” yanaraq kül oldu - VİDEO

İkardi “Qalatasaray”dan gedir?

İkardi “Qalatasaray”dan gedir?

"Ulduz" metrosunun yaxınlığında yol təmiri nə vaxt yekunlaşacaq? - VİDEO

"Ulduz" metrosunun yaxınlığında yol təmiri nə vaxt yekunlaşacaq? - VİDEO

“Ailəmlə bağlı paylaşım etməyi özümə yaraşdırmıram” - VİDEO

“Ailəmlə bağlı paylaşım etməyi özümə yaraşdırmıram” - VİDEO

Moskva və Moskvaətrafı ərazilərdə güclü qar xəbərdalığı edilib - VİDEO

Moskva və Moskvaətrafı ərazilərdə güclü qar xəbərdalığı edilib - VİDEO

Birinci Liqa: “Şəfa”dan növbəti qələbə

Birinci Liqa: “Şəfa”dan növbəti qələbə

Bu süd məhsulu yaşlanmanı ləngidə bilər - ARAŞDIRMA

Bu süd məhsulu yaşlanmanı ləngidə bilər - ARAŞDIRMA

İsrail ordusu Misirlə sərhəddə PUA-lar ələ keçirdi

İsrail ordusu Misirlə sərhəddə PUA-lar ələ keçirdi

Balakəndə orta məktəb binasında yanğın olub

Balakəndə orta məktəb binasında yanğın olub

“Karvan” bu legionerlə yollarını ayırdı

“Karvan” bu legionerlə yollarını ayırdı

Ukrayna ordusu Dnepropetrovskda 5 kəndə nəzərəti bərpa edib

Ukrayna ordusu Dnepropetrovskda 5 kəndə nəzərəti bərpa edib

Ev almaq üçün rieltora 20 min manat verən vətəndaş aldadıldı - İDDİA/VİDEO

Ev almaq üçün rieltora 20 min manat verən vətəndaş aldadıldı - İDDİA/VİDEO

“Turan Tovuz” da Türkiyəyə GEDİR

“Turan Tovuz” da Türkiyəyə GEDİR

Alimlər xərçəngə qarşı pəhriz HAZIRLADILAR

Alimlər xərçəngə qarşı pəhriz HAZIRLADILAR

Leyla Quliyeva: “Özümü qəhrəman kimi hiss edirdim…” - VİDEO

Leyla Quliyeva: “Özümü qəhrəman kimi hiss edirdim…” - VİDEO

Yaponiyada güclü zəlzələ oldu

Yaponiyada güclü zəlzələ oldu

Avropada ən çox driblinqi kim edib?

Avropada ən çox driblinqi kim edib?

Gürcüstanın sabiq müdafiə naziri SAXLANILDI

Gürcüstanın sabiq müdafiə naziri SAXLANILDI

Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni hakimləri - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni hakimləri - FOTO

Rəsmi Moskva vətəndaşlarını bu ölkəyə səfər etməməyə ÇAĞIRDI

Rəsmi Moskva vətəndaşlarını bu ölkəyə səfər etməməyə ÇAĞIRDI

End of content

No more pages to load

RADİO