Avtomobilin qiymətinə görə CƏZA – Bahalı maşın sürənlər daha çox CƏRİMƏ ÖDƏYƏCƏK?

Son zamanlar bir məsələ ciddi müzakirə obyektinə çevrilib. Bəzi insanlar hesab edir ki, yol hərəkəti qaydası pozulan zaman cərimələr avtomobilin qiymətinə əsasən müəyyən edilməlidir. Yəni bahalı avtomobil sürənlər daha çox cərimə ödəməlidir.

Nəzərə alaq ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində hər bir yol hərəkəti qaydasının pozuntusuna görə müvafiq cərimələr müəyyən edilib. Yəni cərimələr avtomobilin dəyərinə görə yox, törədilən xətaya uyğun tətbiq edilir.

“Avtomobilin qiymətinə görə cərimə” mexanizmi ölkəmizdə tətbiq oluna bilər?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Arzuxan Əlizadə bildirib ki, bahalı maşın sürənlərin daha çox cərimə ödəməsi düzgün olmazdı:

“Təbii ki, beynəlxalq təcrübədə var ki, bahalı maşın sürənlər əlavə vergi və rüsum ödəyir. Bu qayda qardaş Türkiyədə də tətbiq edilir. Amma cərimələr vahid tarif sistemində olmalıdır. Cərimələr inzibati məsuliyyət əsasında müəyyən edilir.
 

Qanunvericilikdə hər bir inzibati xətaya, yol hərəkəti qaydasının pozulmasına görə müvafiq cərimələr müəyyən edilib. Bu mənada avtomobilin bahalı və yaxud ucuz olması sürücünün məsuliyyətini nə azaldır, nə də artırır. Yol hərəkətinin istənilən iştirakçısı bərabər formada, bərabər əsaslarla qanuna əməl etməlidir.


Kimsə qanunu pozursa, hansısa inzibati xəta törədirsə, ona uyğun olaraq cərimə ödəməlidir. Belə hallarda avtomobilin dəyəri vacib deyil. Vacib olan törədilən qanunsuzluğun cəzasını verməkdir. Ona görə də cərimələrin tətbiqində avtomobilin baha və yaxud ucuz olması önəmli olmamalıdır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Colinin gözünə nə olub? - FOTO

Colinin gözünə nə olub? - FOTO

"Google" və Pentaqon arasında GİZLİ RAZILAŞMA əldə edildi

"Google" və Pentaqon arasında GİZLİ RAZILAŞMA əldə edildi

Səhər enerjili oyanmağın ən asan yolu: Bir damla kifayətdir

Səhər enerjili oyanmağın ən asan yolu: Bir damla kifayətdir

ABŞ İrana yardım edən 17 ŞƏXSƏ sanksiya tətbiq etdi

ABŞ İrana yardım edən 17 ŞƏXSƏ sanksiya tətbiq etdi

Əməkdar artist keçmişini xatırladı: “Günlərlə məktəbə ac gedirdim”

Əməkdar artist keçmişini xatırladı: “Günlərlə məktəbə ac gedirdim”

Bakı, Sumqayıt və Abşeron üçün seysmik xəritələr hazırlanır - VİDEO

Bakı, Sumqayıt və Abşeron üçün seysmik xəritələr hazırlanır - VİDEO

Sumqayıtdakı bu xəstəxana boşaldılır - FOTOLAR

Sumqayıtdakı bu xəstəxana boşaldılır - FOTOLAR

ABŞ-dan rusiyalı diplomatlarla bağlı QADAĞA: Ölkəyə qoymadı...

ABŞ-dan rusiyalı diplomatlarla bağlı QADAĞA: Ölkəyə qoymadı...

"3000 manata qədərdirsə..." — Borc verənlərin nəzərinə

"3000 manata qədərdirsə..." — Borc verənlərin nəzərinə

Bakıda binada yanğın olub, 87 yaşlı qadının meyiti aşkarlanıb - VİDEO

Bakıda binada yanğın olub, 87 yaşlı qadının meyiti aşkarlanıb - VİDEO

Hacı Əliyev 35 illiyini QEYD ETDİ - VİDEO

Hacı Əliyev 35 illiyini QEYD ETDİ - VİDEO

Tramp Mertsi İranla bağlı dediklərinə görə TƏNQİD ETDİ: “Nədən danışdığını bilmir”

Tramp Mertsi İranla bağlı dediklərinə görə TƏNQİD ETDİ: “Nədən danışdığını bilmir”

Bakının İKİ RAYONUNDA qaz olmayacaq

Bakının İKİ RAYONUNDA qaz olmayacaq

Bu malların gömrükdən keçirilməsinə İCAZƏ verilməyəcək

Bu malların gömrükdən keçirilməsinə İCAZƏ verilməyəcək

Qızının çıxışı Dilarə Əliyevanı KÖVRƏLTDİ: “Məni atamın qəbrində basdırsınlar” - VİDEO

Qızının çıxışı Dilarə Əliyevanı KÖVRƏLTDİ: “Məni atamın qəbrində basdırsınlar” - VİDEO

İsrail hərbçiləri Livanda xilasetmə briqadasına hücum edib

İsrail hərbçiləri Livanda xilasetmə briqadasına hücum edib

Çin yanacaq ixracını bərpa etməyə hazırlaşır

Çin yanacaq ixracını bərpa etməyə hazırlaşır

Kadırovun qardaşı oğlunun Serbiya vətəndaşlığı ləğv edildi

Kadırovun qardaşı oğlunun Serbiya vətəndaşlığı ləğv edildi

"Siz hamınız şou-biznes adamısınız" - Vasif Məhərrəmlidən cavab

"Siz hamınız şou-biznes adamısınız" - Vasif Məhərrəmlidən cavab

Putin narahatdır: Rusiyada terror təhlükəsi riskləri artır

Putin narahatdır: Rusiyada terror təhlükəsi riskləri artır

Birinci sinfə qəbulla bağlı YENİLİK: Uşaqlar NƏLƏRİ bilməlidir?

Birinci sinfə qəbulla bağlı YENİLİK: Uşaqlar NƏLƏRİ bilməlidir?

İtaliya OPEC-dən çıxan BƏƏ-yə XƏBƏRDARLIQ etdi

İtaliya OPEC-dən çıxan BƏƏ-yə XƏBƏRDARLIQ etdi

Xəzərlə bağlı qorxulu iddialar YAYILDI - RƏSMİ CAVAB

Xəzərlə bağlı qorxulu iddialar YAYILDI - RƏSMİ CAVAB

İranda hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçib - KİV

İranda hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçib - KİV

End of content

No more pages to load

RADİO