“Ermənistanın yalana söykənərək qayıdış hüququmuzu inkar etməsi sülh və barışıq niyyətində olmadığını göstərir”

Qərbi Azərbaycan İcması İslam Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının Qərbi Azərbaycan məsələsi ilə bağlı İstanbulda qəbul etdiyi qərarlara münasibətdə Ermənistan Xarici İşlər Nazirliyinin iyunun 23-də verdiyi bəyanatı sərt şəkildə qınayır.

Bu barədə Bizim.Media-ya Qərbi Azərbaycan İcmasından məlumat verilib.

Bildirilib ki, Ermənistan Xarici İşlər Nazirliyi sözügedən bəyanatında Qərbi azərbaycanlıların Ermənistandan guya könüllü köçdüklərini, Ermənistan tərəfindən onlara kompensasiya ödəndiyini və bu ölkədəki Azərbaycan mədəni irsinin qorunduğunu iddia edir.
 

Ermənistandan zorla çıxarılmış azərbaycanlıları özündə birləşdirən Qərbi Azərbaycan İcması Ermənistan hökumətinin bu bəyanatının başdan-başa yalan olduğunu bildirir.


Azərbaycanlıların Ermənistandan bu ölkənin hakimiyyət orqanlarının birbaşa iştirakı ilə, zor tətbiq etməklə çıxarılması hamıya məlum olan faktdır. Sonuncu deportasiya dalğasında azərbaycanlıların əksər hissəsinin – 300 minə yaxın insanın 1988-ci ilin noyabr ayının sonu, dekabr ayının əvvəlində cəmi bir həftə ərzində öz evlərini tərk edib Azərbaycana qaçmağa məcbur qalmaları, bu proses zamanı 216 nəfər azərbaycanlının qətlə yetirilməsi bu köçün zorakı deportasiya olmasını sübut edir. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın azərbaycanlıların Ermənistandan qovulmasını “tarixi uğur” kimi təqdim etməsi, sözügedən faciənin Ermənistanın dövlət siyasəti olduğunu göstərir.

Qayıdış hüququndan imtina müqabilində “kompensasiya” ödənilməsi barədə iddiaya gəlincə, qeyd edək ki, ilk dəfə Ermənistanın Baş naziri səviyyəsində 2023-cü ilin avqust ayında irəli sürülmüş bu yalanla bağlı Ermənistan tərəfi hələ də bir sübut ortaya qoymayıb.

Ermənistan ərazisindəki müsəlman irsi ilə bağlı qeyd edək ki, bu ölkə ərazisində dövlət qeydiyyatına alınmış 269 məsciddən 268-i, 700-ə yaxın məzarlıq isə yer üzündən silinib.

Ermənistan hökumətinin yalana söykənərək qayıdış hüququmuzu inkar etməsi, dialoqdan yayınması bu ölkənin sülh və barışıq niyyətində olmadığını göstərir. Ermənistanın hazırkı hökuməti Qərbi azərbaycanlıların qayıdış hüququnu inkar etməklə əvvəlki hökumətlərin siyasətlərini davam etdirir.

Qərbi Azərbaycan İcması bir daha bəyan edir ki, haqq-ədalətin öz yerini tutması, öz ata-baba yurdlarından zorla çıxarılmış Qərbi azərbaycanlıların öz evlərinə qayıtması, dağıdılmış mədəni irsin bərpası və insanlıq əleyhinə cinayət törədənlərin məsuliyyətə cəlb olunması üçün səylərini davam etdirəcək.

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Ermənistan hökumətinə destruktiv siyasətindən əl çəkməsi üçün təzyiq göstərməyə, bütün dövlətləri, beynəlxalq təşkilatları Ermənistan Xarici İşlər Nazirliyinin 2025-ci il iyunun 23-də verdiyi sözügedən bəyanatını bu dövlətin irqi ayrı-seçkilik siyasətini sübut edən dəlil kimi pisləməyə çağırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Barselona” məhkəməyə ÇAĞIRILDI

“Barselona” məhkəməyə ÇAĞIRILDI

İlham Əliyev Türkiyənin Respublika Günü münasibətilə paylaşım etdi - FOTO

İlham Əliyev Türkiyənin Respublika Günü münasibətilə paylaşım etdi - FOTO

Paşinyan Britaniya səfiri ilə Azərbaycanla münasibətlərin normallaşdırılmasını müzakirə etdi

Paşinyan Britaniya səfiri ilə Azərbaycanla münasibətlərin normallaşdırılmasını müzakirə etdi

Kurban Berdıyev: “Kuboku qazanmaq istəyirik”

Kurban Berdıyev: “Kuboku qazanmaq istəyirik”

Səidə Dadaşovadan xalası haqda QALMAQALLI AÇIQLAMA: “O adda insan tanımıram” - VİDEO

Səidə Dadaşovadan xalası haqda QALMAQALLI AÇIQLAMA: “O adda insan tanımıram” - VİDEO

Leyla Əliyeva İsmayıllıdan PAYLAŞIM ETDİ - VİDEO

Leyla Əliyeva İsmayıllıdan PAYLAŞIM ETDİ - VİDEO

Prezident İlham Əliyev şad xəbəri Şərqi Zəngəzurdan VERDİ - VİDEO

Prezident İlham Əliyev şad xəbəri Şərqi Zəngəzurdan VERDİ - VİDEO

Volkan Dəmirəl Superliqa klubunun baş məşqçisi oldu - FOTO

Volkan Dəmirəl Superliqa klubunun baş məşqçisi oldu - FOTO

Netanyahu yenidən Qəzzaya zərbələr endirilməsini ƏMR ETDİ

Netanyahu yenidən Qəzzaya zərbələr endirilməsini ƏMR ETDİ

Restoranlarda bəh-bəhlə yediyimiz monqol quzuları belə kəsilirmiş... – Almadan əvvəl MÜTLƏQ OXUYUN!

Restoranlarda bəh-bəhlə yediyimiz monqol quzuları belə kəsilirmiş... – Almadan əvvəl MÜTLƏQ OXUYUN!

Pərvindən diqqətçəkən PAYLAŞIM: “Çirkini öpməyiblər, özünü namuslu bilib” - FOTO

Pərvindən diqqətçəkən PAYLAŞIM: “Çirkini öpməyiblər, özünü namuslu bilib” - FOTO

Türkiyə XİN rəsmisi Hikmət Hacıyev və Xələf Xələfovla görüşüb - FOTO

Türkiyə XİN rəsmisi Hikmət Hacıyev və Xələf Xələfovla görüşüb - FOTO

HƏMAS girovun cəsədini İsrailə verməkdən İMTİNA ETDİ

HƏMAS girovun cəsədini İsrailə verməkdən İMTİNA ETDİ

Xırdalanda çoxmərtəbəli binada yanğın oldu, 15 nəfər sakin təxliyə olundu - VİDEO

Xırdalanda çoxmərtəbəli binada yanğın oldu, 15 nəfər sakin təxliyə olundu - VİDEO

Röya Ayxan qardaşı İsmayılla oğlunun FOTOSUNU paylaşdı

Röya Ayxan qardaşı İsmayılla oğlunun FOTOSUNU paylaşdı

Taksi sürücülərinin YAŞ MƏHDUDİYYƏTİ – 70 yaşlı şəxsin sükan arxasında olması TƏHLÜKƏLİDİRMİ?

Taksi sürücülərinin YAŞ MƏHDUDİYYƏTİ – 70 yaşlı şəxsin sükan arxasında olması TƏHLÜKƏLİDİRMİ?

Qadının saçlarını keçəl edib görüntüsünü yayan əri saxlanıldı - FOTO

Qadının saçlarını keçəl edib görüntüsünü yayan əri saxlanıldı - FOTO

İlham Əliyev: “Ermənilər bizim dədə-baba torpaqlarımızı viran qoyub”

İlham Əliyev: “Ermənilər bizim dədə-baba torpaqlarımızı viran qoyub”

“Ukrayna və Aİ müşavirləri atəşkəs planını müzakirə etmək üçün görüşəcək” - Zelenski

“Ukrayna və Aİ müşavirləri atəşkəs planını müzakirə etmək üçün görüşəcək” - Zelenski

Sosial-iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edildi - FOTO

Sosial-iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edildi - FOTO

“Qarabağ”ın çempionat oyununun yeri “Çelsi” ilə matça görə DƏYİŞDİRİLDİ

“Qarabağ”ın çempionat oyununun yeri “Çelsi” ilə matça görə DƏYİŞDİRİLDİ

Prezident: “Zəngilan çox önəmli nəqliyyat mərkəzlərindən birinə çevriləcək”

Prezident: “Zəngilan çox önəmli nəqliyyat mərkəzlərindən birinə çevriləcək”

Dabaq xəstəliyi əleyhinə saxta dərman hazırlayan şəxslər SAXLANILDILAR - VİDEO

Dabaq xəstəliyi əleyhinə saxta dərman hazırlayan şəxslər SAXLANILDILAR - VİDEO

İlham Əliyev: “Bu gün "Böyük Qayıdış"ın növbəti mərhələsidir”

İlham Əliyev: “Bu gün "Böyük Qayıdış"ın növbəti mərhələsidir”

End of content

No more pages to load

RADİO