Problemli kreditlərdən necə xilas ola bilərik?

2025-ci ilin aprelin 1-nə olan statistik göstəricilər Azərbaycanda problemli kreditlərin nominal məbləğində artım olduğunu göstərir. Mərkəzi Bankın məlumatına görə, ölkədə vaxtı keçmiş kreditlərin həcmi 481.6 milyon manata çatıb ki, bu göstərici cari ilin əvvəli ilə müqayisədə 7.2% və ya 32.5 milyon manat çoxdur. Bununla yanaşı, son bir il ərzində problemli kreditlərin həcmi 10.9 milyon manat və ya 2.3 faiz yüksəlib. Bəs bu artım nə ilə bağlıdır? Problemli kreditlərdən necə xilas ola bilərik?

Bizim.Media "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

"Kredit faizlərində artım müşahidə olunur"

Millət vəkili, iqtisad elmləri üzrə fəlsəfə doktoru Vüqar Bayramovun sözlərinə görə, problemli kreditlərin həcmi üç faizdən artıq olsaydı, bu zaman problem hesab oluna bilərdi: "Problemli kreditlərin ümumi kredit portfelindəki payı riskli həddə deyil. Ümumi kredit portfelində iki faizdən az yer tutur. Beynəlxalq standartlara görə bu pay üç faizdən aşağı olduqda bank sektoru üçün elə də riskli sayılmır. Likvidlik üçün də problem yaratmır".

V.Bayramovun fikrincə, hər bir halda problemli kreditlərin həcminin artması arzuolunan deyil:

"Artım dinamikasının tənzimlənməsi çox vacibdir. Problemli kreditlərin payının ümumi portfeldə azaldılmasına çalışmalıyıq". Millət vəkili problemli kreditlərin artım səbəblərinə də toxunub: "Səbəblərdən biri kredit verən zaman şəxsin ödəmə qabiliyyətinin doğru qiymətləndirilməməsidir. Əvvəlki dövrlərdə verilmiş kreditlər üzrə öhdəliklərin tam müəyyənləşdirilməməsi, yaxud öhdəliklərlə bağlı müştəriyə izahedici məlumatların verilməməsidir. Həmçinin kredit faizlərinin yüksək olduğunu da qeyd etməliyik. Son bir ildə də kredit faizlərində artım müşahidə olunur. Bu da kredit götürən şəxslərin ödəmə qabiliyyətinə birbaşa təsir edir".

Birinci yerdə istehlak, ikinci yerdə biznes

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc problemli kreditlərin daha çox istehlak kreditlərində olduğunu vurğuladı: "Problemli kreditlər iki yerə ayrılır - biznes məqsədli götürülmüş problemli kreditlər və istehlak kreditləri. İstehlak kreditləri birinci yerdədir. Hansısa vətəndaş iş yerini itirirsə, ödəmə qabiliyyəti aşağı düşür. Bununla da problemli kreditin yaranmasına səbəb olur. İstehlak kreditləri sayca biznes kreditlərindən çox olsa da, məbləğ olaraq biznes kreditləri daha böyükdür. Problemli kreditlərin artımında BOKT-ların da rolu var. İstehlak kreditlərinin böyük həcmi məhz BOKT-ların üzərinə düşür. Ona görə onların da fəaliyyətinə ciddi nəzarət olunmalıdır. İkinci yerdə biznes kreditləridir. Bu kreditlərin problemli kreditə çevrilməsi o halda baş verir ki, biznes quran şəxs bazardakı riskləri müəyyən edə bilmir, son nəticədə iflas olur. Lakin biznes kreditlərində problemli hallar elə də çox deyil".

V.Oruc bildirdi ki, ipoteka kreditləri ən az problem müşahidə olunandır. Çünki orada həll imkanları daha genişdir: "İpoteka krediti ilə alınan mənzillərdə ödəmə problemi olanda kredit ödəyicisinin, mülkiyyətçinin dəyişdirilməsi, yeni alıcının tapılması ilə bu problemin aradan qaldırılması daha asan başa gəlir".

Ekspert düşünür ki, problemli kreditlərin son vaxtlardakı artımı dövrü mahiyyət daşıyır: "Neft satışında azalma, dünyanı və ölkəmizi 2025-ci ildə gözləyən iqtisadi problemlər, o cümlədən ölkəmizin müharibədən yeni çıxması müəyyən iqtisadi çətinliklərin yaranmasına səbəb ola bilər. Hesab edirəm ki, gələcəkdə müəyyən qabaqlayıcı tədbirlər görməklə bu artımın qarşısını almaq mümkün olacaq".

"Sağlamlaşdırılma əsas həll yoludur"

V.Oruc problemli kreditlərlə bağlı problemin həlli üçün atılmalı olan addımlara da toxundu: "Artım cüzi olsa da, ciddi xəbərdarlıqdır. Qarşısı vaxtında alınmalıdır ki, daha da böyüməsin. İlin sonuna qədər kommersiya bankları bu istiqamətdə müəyyən tədbirlər görməlidirlər. Hər an problemli kreditə çevrilə biləcək yeni kreditlərə də ehtiyatlı yanaşmaq lazımdır. Yeni kreditlərin verilməsində kifayət qədər mühafizəkar mövqedən yanaşılması və risklərin nəzərə alınmasına da ehtiyac var. Mərkəzi Bank problemli kredit portfelinə malik banklara nəzarəti gücləndirməlidir".

D.Orucun sözlərinə görə, bu sahədə atıla biləcək ən doğru addım kreditlərin sağlamlaşdırılmasıdır: "Problemli kreditlər bankların likvidliyinə, dayanıqlılığına, dinamikliyinə mənfi təsir göstərir. Bank öz fəaliyyətini yüksək səviyyədə qurmaq istəyirsə, problemli kreditləri sağlamlaşdırmalıdır. Müəyyən dəstəkləyici addımlar atılmalıdır ki, həmin banklar kreditlərin sağlamlaşmasına çalışsınlar. Çünki problemli kreditlərin sağlamlaşdırılması onların əsas həlli yoludur. Şəxslərə və ya sahibkarlara şərait yaradılır ki, mövcud problemli kreditin ödənişini təmin etsinlər. Problemli kreditlər sağlamlaşdırılmadıqca onlar kredit portfelində öz yerini qoruyub saxlayacaqlar".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

"Araz-Naxçıvan" "Şamaxı"nı MƏĞLUB ETDİ

"Araz-Naxçıvan" "Şamaxı"nı MƏĞLUB ETDİ

Qarabağ danışıqlarının ən qaranlıq səhifəsi - VİDEO

Qarabağ danışıqlarının ən qaranlıq səhifəsi - VİDEO

Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevi TƏBRİK ETDİ

Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevi TƏBRİK ETDİ

Azərbaycana qış gəldi

Azərbaycana qış gəldi

Səudiyyə Ərəbistanında alkoqol satılan yeganə mağazadan kimlər spirtli içki ala biləcək?

Səudiyyə Ərəbistanında alkoqol satılan yeganə mağazadan kimlər spirtli içki ala biləcək?

SpaceX raketinin partlayışı az qala 3 təyyarə qəzasına səbəb olacaqdı - KİV

SpaceX raketinin partlayışı az qala 3 təyyarə qəzasına səbəb olacaqdı - KİV

Bakıda qarğalar və sərçələr niyə YOXA ÇIXIB?

Bakıda qarğalar və sərçələr niyə YOXA ÇIXIB?

Putinlə “birbaşa xətt”də baş verən sevgi hekayəsindən film çəkiləcək?

Putinlə “birbaşa xətt”də baş verən sevgi hekayəsindən film çəkiləcək?

“Qareginin sayılı günləri qalıb” — Erməni katolikosuna növbəti XƏBƏRDARLIQ

“Qareginin sayılı günləri qalıb” — Erməni katolikosuna növbəti XƏBƏRDARLIQ

Alimlər uzunömürlülüyün sirrini ilk dəfə AÇIQLADILAR

Alimlər uzunömürlülüyün sirrini ilk dəfə AÇIQLADILAR

Fransanın Azərbaycandan öyrənəcəyi çox şey var — Fransız jurnalistin baxışı

Fransanın Azərbaycandan öyrənəcəyi çox şey var — Fransız jurnalistin baxışı

İstanbulda uşaqlar 1,3 milyon lirə dəyərində qızılı sahibinə qaytarıblar – VİDEO

İstanbulda uşaqlar 1,3 milyon lirə dəyərində qızılı sahibinə qaytarıblar – VİDEO

Beyləqanda 68 yaşlı qadının qətlinə görə bir nəfər TUTULDU

Beyləqanda 68 yaşlı qadının qətlinə görə bir nəfər TUTULDU

Putin Sankt-Peterburqda ölkə liderlərini başına topladı - Mobil internet söndürüldü - FOTO/VİDEO

Putin Sankt-Peterburqda ölkə liderlərini başına topladı - Mobil internet söndürüldü - FOTO/VİDEO

Keçmiş xanımı Anarı məhkəməyə verdi - Aliment ödəmir

Keçmiş xanımı Anarı məhkəməyə verdi - Aliment ödəmir

Mayonezin gizli təhlükəsi: Görün nələrə səbəb olur

Mayonezin gizli təhlükəsi: Görün nələrə səbəb olur

Qonaqpərvərliyimiz yenə gündəmdə: Turistlər heyranlıqlarını gizlətmirlər - VİDEO

Qonaqpərvərliyimiz yenə gündəmdə: Turistlər heyranlıqlarını gizlətmirlər - VİDEO

"Qarabağ" "Qəbələ"ni məğlub etdi - VİDEO

"Qarabağ" "Qəbələ"ni məğlub etdi - VİDEO

Ukrayna ordusu cəbhəboyu müdafiə qurğuları İNŞA EDİR

Ukrayna ordusu cəbhəboyu müdafiə qurğuları İNŞA EDİR

Naxçıvanda ər-arvad dəm qazından BOĞULDU

Naxçıvanda ər-arvad dəm qazından BOĞULDU

Hansı makaronları almaq tövsiyə edilmir?

Hansı makaronları almaq tövsiyə edilmir?

Deputat iclasa 214 min dollarlıq saatla gəldi - FOTO

Deputat iclasa 214 min dollarlıq saatla gəldi - FOTO

Sabahın havası bu insanlar üçün əlverişlidir

Sabahın havası bu insanlar üçün əlverişlidir

End of content

No more pages to load

RADİO