Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasimi - FOTO/VİDEO

İyunun 19-da Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak ediblər.

Mərasimdə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Sonra “Azərbaycan” məhəlləsinə həsr edilmiş videoçarx nümayiş etdirilib.

Azərbaycan Respublikasının Prezidenti tədbirdə çıxış edib.

Sonra Türkiyə Respublikasının Prezidenti çıxış edib.

Daha sonra prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan “Azərbaycan” məhəlləsində inşa olunacaq mədəniyyət mərkəzinin onlayn formatda təməlini qoyublar.

Zəlzələdən zərər görmüş bir sıra ailələrə yeni mənzillərin açarları təqdim olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan” məhəlləsinin açılışını bildirən rəmzi lenti kəsdilər.

Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan “Azərbaycan” məhəlləsini gəzdilər, burada inşa edilmiş mənzillərə baxdılar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsində inşa edilmiş Heydər Əliyev adına ibtidai məktəbdə və uşaq bağçasında yaradılan şəraitlə tanış oldular.

Azərbaycan və Türkiyənin dövlət başçılarını balacalar böyük sevinclə qarşıladılar.
Sonra prezidentlər məktəbin müəllim və şagirdlərinin ifasında “Çırpınırdı Qara dəniz” mahnısını dinlədilər.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan məktəbin 4-cü sinfini bitirən şagirdlərə qiymət cədvəllərini təqdim etdilər. Dövlət başçıları tərəfindən şagirdlərə, həmçinin məktəbli çantaları hədiyyə olunub.

Üçmərtəbəli müasir məktəb və uşaq bağçası binasında 20 ibtidai sinif otağı, 3 uşaq bağçası otağı var. Burada təhsilə dəstək məqsədilə əlavə otaqlar da uşaqların ixtiyarına verilib. Binada zəruri tədris materialları ilə təchiz olunmuş fənn otaqları, musiqi, rəsm, əmək dərslərinin keçirilməsi üçün otaqlar, texnologiya, riyaziyyat və mühəndislik sahələrində bacarıqların təkmilləşdirilməsi üçün emalatxanalar yaradılıb.

x x x

Qeyd edək ki, 2023-cü ilin fevralında Türkiyənin cənub-şərqində baş verən dəhşətli zəlzələdən dərhal sonra Azərbaycan dövləti və xalqı qardaş ölkənin yanında oldu.

Fəlakətin ilk günlərindən qardaş ölkəyə kömək üçün Prezident İlham Əliyevin tapşırığı ilə bütün imkanlar səfərbər edildi. Axtarış-xilasetmə işlərində iştirak etməklə yanaşı, ölkəmizin həm dövlət qurumlarının, həm də qeyri-hökumət təşkilatlarının səyləri digər istiqamətlərə yönəldildi.

Dövlətimizin başçısının digər bir mühüm tapşırığına əsasən, Azərbaycanın qardaş ölkəyə uzunmüddətli dəstəyi üçün Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin inşasına start verildi.
Tikinti işləri Azərbaycanın Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən həyata keçirildi. Ərazisi 27,6 hektar olan məhəllədə 1194 mənzildən ibarət 68 yaşayış binası, Heydər Əliyev adına ibtidai məktəb, uşaq bağçası, mədəniyyət mərkəzi və digər sosial obyektlər inşa olunub. Həmçinin burada məskunlaşacaq ailələr üçün 1595 ticarət obyekti də yaradılacaq.

2024-cü il sentyabrın 11-də Heydər Əliyev adına ibtidai məktəbin və uşaq bağçasının açılışları olub.

“Azərbaycan” məhəlləsinin Baş planı üzrə 7, 8, 11 və 12-ci kvartalların tikintisi artıq tamamlanıb. 4 kvartalda 26 yaşayış binası yerləşir. Binalar hamısı 4 mərtəbəlidir. Bu binalarda ümumilikdə 456 mənzil, 328 qeyri-yaşayış obyekti inşa edilib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Azərreyl” və “Abşeron” QALİB GƏLDİ

“Azərreyl” və “Abşeron” QALİB GƏLDİ

Sevgilisini öldürən iş adamı ifadə verdi - "Kəlmeyi-şəhadəti öyrədirdim"

Sevgilisini öldürən iş adamı ifadə verdi - "Kəlmeyi-şəhadəti öyrədirdim"

Kanal açılışı üçün pultu Ərdoğana yerli robot gətirdi - TARİXİ ANLAR/VİDEO

Kanal açılışı üçün pultu Ərdoğana yerli robot gətirdi - TARİXİ ANLAR/VİDEO

“Atletiko” onunla müqaviləni UZATDI

“Atletiko” onunla müqaviləni UZATDI

Milli Qəhrəmanın cənazəsi Azərbaycana gətirildi

Milli Qəhrəmanın cənazəsi Azərbaycana gətirildi

Gəncədə qohumlar arasında DAVA - Xəsarət alanlar var

Gəncədə qohumlar arasında DAVA - Xəsarət alanlar var

Afətdən şok İDDİA: “Vəfa əsəbiləşdirdi, uşaq düşdü” - VİDEO

Afətdən şok İDDİA: “Vəfa əsəbiləşdirdi, uşaq düşdü” - VİDEO

ABŞ-dan İrana SANKSİYA - Siyahıda Laricani də var

ABŞ-dan İrana SANKSİYA - Siyahıda Laricani də var

Məktəblərdə yeni fənn tədris ediləcək

Məktəblərdə yeni fənn tədris ediləcək

“Sumqayıt” Emil Mustafayevin keçidini həll etdi

“Sumqayıt” Emil Mustafayevin keçidini həll etdi

Qırmızı kürünün FAYDALARI: Düzgün seçim qaydaları…

Qırmızı kürünün FAYDALARI: Düzgün seçim qaydaları…

Avtomobildə boğularaq ölən əmi və qardaşı oğlunun FOTOSU

Avtomobildə boğularaq ölən əmi və qardaşı oğlunun FOTOSU

Maskalılar Tehranda reydlər keçirirlər - Evlərdə peyk antenaları sökülür

Maskalılar Tehranda reydlər keçirirlər - Evlərdə peyk antenaları sökülür

Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

“Qalatasaray”ın sabiq futbolçusu İstanbul klubuna KEÇDİ

“Qalatasaray”ın sabiq futbolçusu İstanbul klubuna KEÇDİ

NATO ABŞ-ın iştirakı olmadan Almaniyada ilin ən irimiqyaslı təlimlərinə BAŞLADI

NATO ABŞ-ın iştirakı olmadan Almaniyada ilin ən irimiqyaslı təlimlərinə BAŞLADI

Rəqsanənin qızından Ülviyyə ilə bağlı PAYLAŞIM: “Bu mahnı niyə var?!” - VİDEO

Rəqsanənin qızından Ülviyyə ilə bağlı PAYLAŞIM: “Bu mahnı niyə var?!” - VİDEO

22 bank mənfəət açıqladı - SİYAHI

22 bank mənfəət açıqladı - SİYAHI

“Fənərbağça” bu hücumçu ilə yollarını ayırdı

“Fənərbağça” bu hücumçu ilə yollarını ayırdı

"Ev cəhənnəmə yansın, yoldaşımla nəvəmi son anda çıxarıblar" - FOTO/VİDEO

"Ev cəhənnəmə yansın, yoldaşımla nəvəmi son anda çıxarıblar" - FOTO/VİDEO

İslam İnkişaf Bankı Qrupunun Bakıda keçiriləcək İllik Toplantısına hazırlıq MÜZAKİRƏ EDİLDİ

İslam İnkişaf Bankı Qrupunun Bakıda keçiriləcək İllik Toplantısına hazırlıq MÜZAKİRƏ EDİLDİ

İsrail İranın dövlət bankını terror təşkilatı kimi TANIDI

İsrail İranın dövlət bankını terror təşkilatı kimi TANIDI

Gəncədə boş qalan vəzifəyə yeni rəis TƏYİN EDİLDİ

Gəncədə boş qalan vəzifəyə yeni rəis TƏYİN EDİLDİ

Təbrizdə hərbi vəziyyət ELAN EDİLDİ

Təbrizdə hərbi vəziyyət ELAN EDİLDİ

End of content

No more pages to load

RADİO