Gözlər İran-Türkiyə sərhədində – Tehrandan qaçan əhali hara ÜZ TUTACAQ? – VİDEO

İsrailin İranı bombardman etməsi nəticəsində yüzlərlə iranlı nicatı Türkiyədə tapmağa çalışır. Sosial şəbəkələrdə quru yolu vasitəsilə insanların tək keçə biləcəyi yer hazırda Türkiyə olduğu üçün çoxsaylı köç müşahidə olunduğu deyilir. Xüsusilə ötən gecə Tehran bombalandıqdan sonra şəhərin demək olar ki boşaldıldığı bildirilir.

Lakin rəsmi olaraq Türkiyə tərəfi belə bir vəziyyətin yaşanmadığını deyir.

Bizim.Media xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin nəzdindəki Dezinformasiya ilə Mübarizə Mərkəzi yazılı açıqlamasında bildirib ki, Türkiyə sərhəddi güvəndədir.

“Bəlli qruplar tərəfindən sosial mediada paylaşılan “İrandan Türkiyəyə köç dalğası başlanıldı” iddiyası yalandır. İsrailin İrana hücumundan sonra bəzi sosial media hesablarından paylaşılan məlumatlar dezinformasiyadır. Daxili İşlər Nazirliyimiz Türkiyə-İran sərhəddində hər hansı sıxlıq, fövqəladə bir hərəkətlilik, yaxud nizamsız köç axını müşahidə olunmadığını bildirir”.

Əlavə olaraq qeyd olunur ki, Türkiyə-İran sərhədi ən müasir texnologiya ilə təchiz edilib və 7/24
mühafizə olunur.

İranda qalan ailə üzvlərinin aqibəti məlum deyil, əlaqə qurmaq mümkün olmur 

“Haber Türk” kanalının verdiyi məlumatda isə bildirilir ki, İran tərəfdən Türkiyəyə keçid edənlər var. Amma onlar qorxub axın edənlər deyil, rutin olaraq işlə əlaqədar gələnlərdir. Əsasən təhlükəli yerləri öz ölkələri daxilində tərk edib, nisbətən təhlükəsiz yerlərdən uzaqlaşırlar.


Maraqlısı odur ki, əks tərəfə - İrana da getmək istəyənlər az deyil. Türkiyə-İran sərhədinin Van Kapıköy Nəzarət məntəqəsində böyük hərəkətlilik müşahidə olunur. Yəni İrandan qaçmır, əksinə İrana qayıdırlar. Təbrizdən Türkiyəyə ən yaxın hesab olunan Van sərhədində (təxmini 230 km) sıxlıq müşahidə olunur. Məlumata görə köç edənlər mərkəzi ərazilərə olmasa da, Təbriz və ya Tehran ətrafı daha az təhlükəli yerlərə qayıtmaq niyyətindədirlər. İnsanlar orda qalan ailə üzvlərinin, qohumlarının aqibətindən narahatdırlar. Heç cür telefon əlaqəsi saxlaya bilmirlər.

Qeyd edək ki, Türkiyədə olan İran vətəndaşlarının bəziləri turist olaraq, bəziləri tələbə kimi və ya qohumlarına baş çəkməyə gələnlərdir.


Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dövlətə məxsus 55 nəqliyyat vasitəsi SATILDI

Dövlətə məxsus 55 nəqliyyat vasitəsi SATILDI

“Qəbələ”nin oyunçusu dünya çempionatında İŞTİRAK EDƏCƏK

“Qəbələ”nin oyunçusu dünya çempionatında İŞTİRAK EDƏCƏK

İdman zalı ayaq yolundan daha mikropludur

İdman zalı ayaq yolundan daha mikropludur

BMT baş katibi: “Ukraynada yaxın zamanda sülh görünmür”

BMT baş katibi: “Ukraynada yaxın zamanda sülh görünmür”

“Qarabağ” “Benfika”nı YIXDI 3:2 - Qələbə qolları - VİDEO

“Qarabağ” “Benfika”nı YIXDI 3:2 - Qələbə qolları - VİDEO

Ceyhunun avtomobili YANDI

Ceyhunun avtomobili YANDI

"Qarabağ" 3-cü qolu VURDU - VİDEO

"Qarabağ" 3-cü qolu VURDU - VİDEO

İsrail Suriyaya yeni təhlükəsizlik sazişi təklif edib – KİV

İsrail Suriyaya yeni təhlükəsizlik sazişi təklif edib – KİV

Sumqayıtda qadın qətlə yetirildi - Əri şübhəli bilinir - FOTO

Sumqayıtda qadın qətlə yetirildi - Əri şübhəli bilinir - FOTO

Trampdan Azərbaycanla bağlı növbəti PAYLAŞIM - FOTO

Trampdan Azərbaycanla bağlı növbəti PAYLAŞIM - FOTO

"Qarabağ" hesabı BƏRABƏRLƏŞDİRDİ - VİDEO

"Qarabağ" hesabı BƏRABƏRLƏŞDİRDİ - VİDEO

Onkoloq Anar Məmmədovun peşəkarlığı səhv iddiaları DOĞRU ÇIXARDI - VİDEO

Onkoloq Anar Məmmədovun peşəkarlığı səhv iddiaları DOĞRU ÇIXARDI - VİDEO

"Qarabağ" fərqi AZALTDI - VİDEO

"Qarabağ" fərqi AZALTDI - VİDEO

Sərnişin tərəfindən döyülən avtobus sürücüsü açıqlama verdi - VİDEO

Sərnişin tərəfindən döyülən avtobus sürücüsü açıqlama verdi - VİDEO

“Benfika” hesabı ARTIRDI - YENİLƏNİB/VİDEO

“Benfika” hesabı ARTIRDI - YENİLƏNİB/VİDEO

Sabirabadda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var

Sabirabadda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var

Naxçıvanın BU ƏRAZİSİNDƏ işıq olmayacaq

Naxçıvanın BU ƏRAZİSİNDƏ işıq olmayacaq

Azərbaycan klubu baş məşqçi ilə müqaviləni UZATDI

Azərbaycan klubu baş məşqçi ilə müqaviləni UZATDI

Bu ətlərin qiymətində UCUZLAŞMA

Bu ətlərin qiymətində UCUZLAŞMA

Trampdan VƏD: “Ukrayna ciddi problemlərlə qarşı-qarşıyadır, amma mən bunu dayandıracam”

Trampdan VƏD: “Ukrayna ciddi problemlərlə qarşı-qarşıyadır, amma mən bunu dayandıracam”

Zərərli qidalardan asan yolla imtina etməyin YOLLARI - Dietoloqdan tövsiyələr

Zərərli qidalardan asan yolla imtina etməyin YOLLARI - Dietoloqdan tövsiyələr

“Barselona” “Nou Kamp”a qayıda bilmir

“Barselona” “Nou Kamp”a qayıda bilmir

Bakıda FACİƏ: 78 yaşlı qadın binadan yıxılıb öldü

Bakıda FACİƏ: 78 yaşlı qadın binadan yıxılıb öldü

Sumqayıtda yaşayış binasında yanğın oldu, 8 nəfər təxliyə edildi - VİDEO

Sumqayıtda yaşayış binasında yanğın oldu, 8 nəfər təxliyə edildi - VİDEO

End of content

No more pages to load

RADİO